Son xəbərlər
Son xəbərlər

Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı

Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandıPrezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin şəxsi saytı bloklanıb.

Sonxeber.az Yenisabah.az-a istinadla xəbər verir ki, hazırda http://ramizmehdiyev.preslib.az/ domeninə giriş mümkün deyil.

Amma bunun səbəbi barədə heç bir açıqlama verilməyib.

R.Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən "Ramiz Mehdiyev. Elektron kitabxana" layihəsi 2018-ci ilin may ayında istifadəyə verilib.

Elektron kitabxanada R.Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri yer alırdı.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 361   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife