Son xəbərlər
Son xəbərlər

Yeməkxanada ayranın qiymətini eşidən süd istehsalçısı etiraz etdi: "1 litr südü 1,4 manata satıram, 3,5 manata ayran içərəm?" - VİDEO

Yeməkxanada ayranın qiymətini eşidən süd istehsalçısı etiraz etdi: "1 litr südü 1,4 manata satıram, 3,5 manata ayran içərəm?" - VİDEOTürkiyədə bir süd istehsalçısı, getdiyi yeməkxanada ayranın 3,5 manata satıldığını eşidəndə sərt reaksiya verib.

Sonxeber.az türk mdiasına istinadən xəbər verir ki, özünü süd istehsalçısı kimi təqdim edən vətəndaş qiymətə etiraz edərək:

"Qardaş, mən 1 litr südü 1,4 manata satıram, axmağam, 3,5 manata ayran içim?" – sözləri ilə yeməkxana sahibinə irad bildirib.

Müştərilərin gözü qarşısında baş verən bu etirazdan sonra süd istehsalçısı ilə yeməkxana sahibi arasında qısa müddətli mübahisə yaşanıb. Etiraz edən şəxs fikirlərini belə davam etdirib: "Südün litri 1,4 manat, ayranın bir stəkanı 3,5 manat. Bu necə hesabdır?"

Hadisə anı ətrafdakı müştərilər tərəfindən mobil telefonla lentə alınıb və görüntülər sosial mediada sürətlə yayılıb. Minlərlə istifadəçi videoya reaksiya verib.

Bu hadisə qida sektorunda bahalaşma ilə bağlı narazılıqları bir daha gündəmə gətirib və cəmiyyət arasında geniş rezonans doğurub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 862   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife