Son xəbərlər
Son xəbərlər

Ramil Həsənin deputatlığına xitam verildi - Yenilənib

Ramil Həsənin deputatlığına xitam verildi - YenilənibMərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

"Qafqazinfo" xəbər verir ki, komissiyanın iclasında Ramil Həsənin deputatlıq səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirə olunur.

***

MSK-nın iclasında Ramil Həsənin deputat səlahiyyətinə xitam verilib.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Bu gün artıq TÜRKPA-nın Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Er tərəfindən yeni seçilmiş Ramil Həsənə təhvil verilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 490   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife