Dünyaca məşhur ulduz Paris Hilton sosial şəbəkədə türkiyəli musiqiçini izləməyə başlayaraq diqqət mərkəzinə düşüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 27 milyon izləyicisi olan Hilton-un izlədiyi insanların sayı cəmi 7 min 493 nəfərdir. Bu qısa siyahıya türkiyəli müğənni Hatice-nin də daxil edilməsi izləyicilər arasında təəccüb yaradıb.
Sosial mediada paylaşım və qarşılıqlı əlaqələri ilə tez-tez gündəmə gələn Paris Hilton bu dəfə gözlənilməz addımı ilə diqqət çəkib. O, Instagram hesabından Türkiyənin tanınmış müğənnisi Hatice-ni izləməyə başlayıb.
Hilton-un bu addımı sosial mediada "Paris Hilton türk sənətçilərini kəşf edir?" kimi şərhlərə səbəb olub.
Qeyd edək ki, Paris Hilton-un Türkiyəyə marağı ilk dəfə deyil. O, daha əvvəl İstanbulda keçirilən tədbirlərdə iştirak edib, həmçinin türk dizaynerlərin geyimlərini də seçib. Bu dəfə isə onun diqqətini uzun illərdir musiqi səhnəsində fəaliyyət göstərən və enerjili səhnə çıxışları ilə tanınan Hatice cəlb edib.