Son xəbərlər
Son xəbərlər

Məşhur dilənçi qız oğurluğa görə saxlanıldı - Video

Məşhur dilənçi qız oğurluğa görə saxlanıldı - VideoPaytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

"Qafqazinfo"nun məlumatına görə, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-"Tiktok" adı "Aysu") və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı.

Əlavə edək ki, dilənçiliklə məşğul olan qız gözəlliyinə görə qısa zamanda populyarlaşmışdı.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 513   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife