Son xəbərlər
Son xəbərlər

"Bloomberg": "Ukraynadakı münaqişə həlledici mərhələyə qədəm qoyur"

"Bloomberg": "Ukraynadakı münaqişə həlledici mərhələyə qədəm qoyur"Rusiya-Ukrayna münaqişəsinin potensial həlledici mərhələyə qədəm qoyması fonunda ABŞ Avropanı tənqid etməyə başlayıb, çünki bu, ABŞ-nin Avropa ölkələri ilə münasibətlərinin pozulması təhlükəsi yaradır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri yazıb.

ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Milli Təhlükəsizlik Strategiyasında bildirilir ki, Avropa öz mədəniyyətini və siyasətini dəyişməsə, məhv olmaq riski daşıyır. Vaşinqton bəyan edib ki, Avropa məmurları "real olmayan gözləntilərə sahibdirlər".

Avropa liderləri ABŞ-nin Rusiya ilə razılaşmaq cəhdlərindən dərin narahatlıq keçirirlər. Bu, Tramp administrasiyasına etimadı sarsıdıb. Avropa diplomatları ABŞ prezidentinin Ukraynaya dair siyasətini attraksionla müqayisə edirlər. Agentlik yazır ki, hazırda onlar xüsusilə kəskin bir eniş müşahidə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 140   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife