Son xəbərlər
Son xəbərlər

Dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaq

Dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaqParisdəki "Grand Palais" sarayında dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Meydança genişmiqyaslı təmirdən sonra istifadəyə veriləcək.

"Grand Palais des Glaces" dekabrın 14-də açılacaq. 2 700 kvadratmetrlik meydança Milad və Yeni il mövsümü boyunca 6 yanvar 2026-cı ilə qədər açıq olacaq.

Buz meydançasının mərkəzində 1 100 güzgüsü olan 8 metr diametrli şar quraşdırılacaq. O, gün ərzində təbii işığı əks etdirərək fırlanacaq və axşamlar meydançanı işıqlandıracaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 134   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife