Son xəbərlər
Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci cüzi azaldıb

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci cüzi azaldıbBu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 202,979 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Təkcə noyabrda Türkiyə Azərbaycana 18,485 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,7 % çoxdur.

11 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 5,4 % artaraq 16,006 milyard ABŞ dollarına, noyabr ayında isə 2,2 % artaraq 1,480 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 601 milyon 40 min ABŞ dolları (1 il əvvələ nisbətən 4,1 % çox), Almaniya 1 milyard 283 milyon 502,8 min ABŞ dolları (+2,6 %) və ABŞ 1 milyard 33 milyon 893 min ABŞ dolları (+ 47,4 %) dəyərində həyata keçirib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 136   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife