Son xəbərlər
Son xəbərlər

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏKVəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 383   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife