Son xəbərlər
Son xəbərlər

"Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmır

"Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmırTəxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiyməti isə getdikcə artıb.

Bəs bahalaşma nə ilə bağlıdır?

Milli.Az xəbər verir ki, Yeni ili yeni yolka və oyuncaqlarla girmək istəyənlər də az deyil.

Satıcıların sözlərinə görə, hər məhsulun öz alıcısı var:

"Ən bahalı yolka 1200 manatdır. Oyuncaqlar 5 manat, işıqlar isə 3 manatdan başlayır. Qiymətlər dəyişir".

Alıcılar isə qiymətlər baha olsa da, alacaqlarını bildirirlər:

"Şam ağacı yeni başlanğıc deməkdir. İldə 1 dəfə olur bayram, ona görə çalışırıq alaq. Hələ ki qiymətlər münasibdir. Yeni ildə evi bəzəmək üçün bizdə hər il 500 manat ayrılır. Gözoxşayan bir şey yaratmaq üçün 1 000 manat xərclənir".

Lakin satıcılar bildirirlər ki, qiymətlər nisbətən aşağı olsa da, əvvəlki illə müqayisədə alıcıların sayı xeyli azdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 249   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife