Amerikalı müğənni Teylor Svift toyunu istədiyi tarixdə keçirə bilmək üçün başqa bir gəlinə rüşvət verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Müğənni amerikalı futbolçu Trevis Kelsi ilə toy mərasimini 2026-cı il iyunun 13-də keçirməyi planlaşdırır. O, ABŞ-nin Rod-Aylend şəhərindəki dəbdəbəli Viktoriya üslublu "Ocean House" hotelini seçib. Lakin ulduz başqa bir cütlüyün həmin tarixdə həmin məkanda toy sifariş etdiyini öyrənib.
Məlumata görə, Svift həmin qadına toyunu təxirə salmaq üçün böyük məbləğdə çek yazıb və qadın təklifi rədd edə bilməyib.
Telegramda izləyin