Son xəbərlər
Son xəbərlər

KİV: Maduro istefasına görə Trampdan pul istəyib

KİV: Maduro istefasına görə Trampdan pul istəyibVenesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampdan "istefa razılaşması" çərçivəsində 200 milyon dollar və siyasi sığınacaq istəyib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, Venesuela prezidenti istefa verib ölkəni tərk etməsi qarşılığında şəxsi sərvətindən 200 milyon dolları özündə saxlamağı, vəzifəli şəxsləri əfv etməyi və dost ölkədə ona sığınacaq verməyi amerikalı həmkarından istəyib.

Qeyd edək ki, noyabrın sonu iki lider arasında telefon danışığı baş tutub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 174   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife