Kamçatka (Rusiya) ərazisində utilizasiya zamanı gəmidə pnevmatik torbanın partlaması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinə istinadən məlumat yayıb.
"Utilizasiyaya məruz qalan gəminin sahilə çəkilməsini təmin edən pnevmatik rulon-torbanın partlaması nəticəsində iki kişi xəsarət alıb. Onlardan biri hadisə yerində dünyasını dəyişib", – məlumatda qeyd olunub.
Telegramda izləyin