Son xəbərlər
Son xəbərlər

Əhməd Əl Şaraa: İsrailin demilitarizasiya tələbləri Suriyanı təhlükəli vəziyyətə salır

Əhməd Əl Şaraa: İsrailin demilitarizasiya tələbləri Suriyanı təhlükəli vəziyyətə salırİsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır.

"Report" AFP-yə istinadən xəbər verir ki, bunu Suriya lideri Əhməd Əl Şaraa Dohada keçirilən forumda bəyan edib.

O vurğulayıb: "Dəməşq İsraillə 1974-cü ildə imzalanmış ayrılma sazişinə riayət olunmasında israr edir. Bu saziş artıq 50 ildən çoxdur qüvvədədir və müəyyən mənada uğurlu sazişdir".

Əl Şaraa bildirib ki, sazişə müdaxilə və demilitarizasiya zonası kimi digər razılaşmalara cəhd ərəb dövlətini təhlükəli vəziyyətə sala bilər: "İsraillə sərhəddə demilitarizasiya olunmuş bufer zonası yaradılması barədə söhbət təhlükəli mövzudur. Sual yaranır: bu zonanın təhlükəsizliyini kim təmin edəcək, kim idarə edəcək? Əgər orada Suriya ordusu və təhlükəsizlik qüvvələri olmayacaqsa, bu, tamamilə məntiqli narahatlıqdır".

Qeyd olunur ki, İsrail qoşunları hələ də BMT-nin patrul çəkdiyi Holan təpələrindəki əraziləri işğal altında saxlayır və dəfələrlə Suriyanın dərinliklərində hərbi əməliyyatlar həyata keçirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 141   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife