Son xəbərlər
Son xəbərlər

Ardıcıl 11 gün iş olmayacaq - BU AYDA

Ardıcıl 11 gün iş olmayacaq - BU AYDAGələn il Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında məlumat yer alıb.

2026-cı il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən, Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 18582   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife