Son xəbərlər
Son xəbərlər

Hobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTO

Hobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTOTürkiyədə yaşayan Rabia Çelik dörd il əvvəl hobbi kimi başladığı şam hazırlama məşğuliyyətini peşəkar işə çevirib. Evindəki bir otağı atelyeyə çevirən Çelik öz dizaynı olan xüsusi qəliblərlə hazırladığı dekorativ şamları açdığı stentdə nümayiş etdirir. Estetik görünüşü və fərqli formaları ilə diqqət çəkən şamlar həm yerli sakinlərdən, həm də şəhəri ziyarət edən turistlərdən böyük maraq görür.

Milli.Az xəbər verir ki, Rabia Çelik bildirib ki, standart şam modellərindən uzaqlaşıb daha estetik və fərqli dizaynlar yaratmağa çalışır: "Bazardakı standart məhsullardan fərqlənmək üçün qəliblərin böyük hissəsini 3D printerlə özüm hazırlayıram. Bu modelləri başqa yerdə tapmaq çətindir. Xammal kimi orqanik soya şamı istifadə edirəm, lakin məhsulların qəlibdən çıxarkən çatlamaması və möhkəmliyini artırmaq üçün qarışığa 10 faiz parafin əlavə edirəm. Hər zaman estetik görünüşü ön planda saxlayıram."

Çelik "İnsanlar dizaynların gözəlliyini görüb adətən 'Bunları necə yandıraq? Qıymarıq!' deyirlər. Məhsullar dekorativ fiqur kimi görünsə də, yandırıldığında içindəki sədəf effektinə görə çox gözəl rəng keçidləri və parıltılar ortaya çıxır." deyə bildirib.

Onun sözlərinə görə, şamların qiyməti modelə görə dəyişir - 75 lirədən başlayıb 350 lirəyə qədər yüksəlir.

Hobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTOHobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTOHobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTOHobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTOHobbisi idi, indi 15 MANATA SATIR: Alıcılar istifadə etməyə qıymır - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 327   Tarix: 07 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife