Əbdül Qadir Xan (urdu عبدالقدیر خان, ing. Abdul Qadeer Khan; 1 aprel 1936[1], Bhopal, Britaniya Hindistanı – 10 oktyabr 2021[2], İslamabad) — pakistanlı nüvə fiziki və metallurgiya mühəndisi, Pakistan nüvə proqramının qurucusu və rəhbəri.
Əbdül Qadir Xan | |
---|---|
urdu عَبْد الْقَدِير خان | |
![]() | |
Doğum tarixi | 1 aprel 1936(1936-04-01)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2021(2021-10-10)[2] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19[3] |
Dəfn yeri | |
Uşağı | 2 |
Elm sahələri | fizika, Nüvə fizikası, metallurgiya |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() |
web.archive.org/web/2019… | |
![]() |
Xan 1936-cı ildə Hindistanın Madhya-Pradeş əyalətinin Bhopal şəhərində puştun ailəsində anadan olub.[5][6] Atası Əbdül Qafur məktəb müəllimi olmaqla yanaşı, bir müddət Hindistan Təhsil Nazirliyində işləmiş, anası Züleyxa isə çox dindar dünyagörüşlü evdar qadın idi[7]. Hindistanın bölünməsindən sonra, Əbdül Qadir Xan 11 yaşında ikən, onun böyük qardaş və bacıları Pakistana köçdülər və oradan tez-tez valideynlərinə yeni həyatları haqqında yazırdılar[8]. Bhopalda təhsilini başa vurduqdan sonra Xan və valideynləri 1952-ci ildə Pakistana köçdülər və burada ailənin qalan hissəsi ilə birləşdilər[9].
O, Kəraçidəki Dayaram Jetamal kollecində təhsil alıb və fizika-riyaziyyat sahəsində ixtisaslaşıb. 1960-cı ildə o, Kəraçi Universitetində bərk cisim fizikası üzrə bakalavr dərəcəsi almışdır[10]. Universitetdə oxuduğu müddətdə o, çəkilər və ölçülər üzrə müfəttiş kimi çalışıb və buna görə Qərbi Almaniyada təhsil almağa icazə verən təqaüd qazanıb.[9][11] 1961-ci ildə Xan Berlin Texniki Universitetində (Qərbi Berlin) materialşünaslıq üzrə təhsil almaq üçün Qərbi Almaniyaya getdi, burada o, metallurgiya kurslarında fərqləndi, lakin 1965-ci ildə Hollandiyanın Delft Texnologiya Universitetinə yollandı.[8] 1967-ci ildə materialşünaslıq ixtisası üzrə mühəndis dərəcəsi alıb və Löven Katolik Universitetində (Belçika) metallurgiya istiqaməti üzrə doktoranturaya daxil olub[12].
Xanın doktoranturada oxuduğu müddətdə elmi rəhbəri belçikalı professor Martin Brabers olub və məhz onun köməyi sayəsində gənc alim 1972-ci ildə dissertasiya işini uğurla müdafiə edərək metallurgiya üzrə mühəndislik elmləri doktoru elmi dərəcəsi alıb[12]. Dissertasiya martensit sahəsində fundamental tədqiqat idi .
Dissertasiya müdafiəsindən sonra professor Brabersin tövsiyəsi ilə Amsterdamda fəaliyyət göstərən Physics Dynamics Research Laboratory (FDO) şirkətində işə düzəlir. FDO Qərbi Almaniya, Böyük Britaniya və Hollandiya tərəfindən nüvə yanacağı ilə bağlı tam məxfi işləri yerinə yetirmək üçün birgə yaradılan URENCO Qrupunun subpodratçısı idi. URENCO Hollandiyanın Almelo şəhərindəki uranın zənginləşdirilməsi zavodunun operatoru idi və Hollandiya atom elektrik stansiyalarını nüvə yanacağı ilə təmin etmək üçün qaz sentrifuqalarından istifadə edən sistemlər hazırlayırdı[13]. Tezliklə URENCO Xana uran metallurgiyası sahəsində tədqiqatların aparılması ilə bağlı yüksək vəzifə təklif etdi.
1974-cü ilin may ayında Hindistan ilk nüvə silahı sınağını keçirir. Əbdül Qadir Xan o vaxta qədər URENCO-da məsul vəzifədə idi və kifayət qədər yüksək icazələrə malik idi.
1975-ci ilin sonlarında Xan əlində oğurlanmış nüvə sirləri ilə Pakistana qayıdır. Pakistanın baş naziri Zülfüqar Əli Bhutto zənginləşdirilmiş uran əsasında nüvə bombası yaratmağı qarşısına məqsəd qoymuşdu. Xan sonralar onun adını daşıyacaq tədqiqat laboratoriyasına rəhbərlik etməyə başladı. Paralel olaraq Munir Əhməd Xanın rəhbərlik etdiyi Pakistan Atom Enerjisi Komissiyası plutonium əsaslı nüvə bombası hazırlayırdı. Daha sonra iki proqram birləşdirildi və nəticədə 1998-ci il mayın 28-də Pakistan zənginləşdirilmiş uran əsasında nüvə bombasını sınaqdan keçirdi.
2004-cü ilin fevralında prezident Müşərrəflə görüşdən sonra Xan milli televiziyaya çıxdı və nüvə materialları və avadanlıqlarının satışında günahını etiraf etdi. Bundan sonra alim ev dustaqlığına buraxıldı və xarici müstəntiqlərlə təmasdan tamamilə kənarlaşdırıldı. Xan özü müsahibələrində nüvə materialları və avadanlıqlarının ticarətinin Pakistan rəhbərliyinin, o cümlədən prezident Müşərrəfin məlumatı ilə aparıldığına eyham vurub. 2007-ci ildə Bənazir Bhutto elan etdi ki, seçkidə qalib gəldikdən sonra xaricilərə, o cümlədən AEBA-ya Xanın nüvə qara bazarındakı fəaliyyəti ilə bağlı sorğu-sual etməyə icazə verəcək. Lakin həmin il dekabrın sonlarında Bhuttonun öldürülməsindən sonra 2008-ci il seçkilərində hakimiyyətə gələn Pakistan Xalq Partiyasının yeni rəhbərliyi xarici müstəntiqlərə Xanın[14] sorğu-sual edilməsinə icazə vermədi.