Altan Karamanoğlu (türk. Altan Karamanoğlu; 2 iyun 1935, Bolu ili, Türkiyə – 17 may 2012, Lion, Fransa) — Türkiyə siyasətçisi, Türkiyənin Azərbaycandakı (1992—1995) və Litvadakı (1998—2000) fövqəladə və səlahiyyətli səfiri.
Altan Karamanoğlu | |
---|---|
türk. Altan Karamanoğlu | |
![]() | |
28 fevral 1998 – 15 aprel 2000 | |
Əvvəlki | Erkan Gezer |
Sonrakı | Nazım Belger |
14 yanvar, 1992 – 24 aprel, 1995 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Ömür Orhun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bolu ili, Türkiyə |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Lion, Fransa |
Təhsili | Ankara Universiteti |
2 iyun 1935-ci ildə Türkiyənin Bolu ilində dünyaya gəlib.[1] Atası Əhməd Qüdsi Muhsin Karamanoğlu Bolunun nüfuzlu Sürəyya Əfəndiləri ailəsindən olub.[2]
Əmək fəaliyyətinə 1957-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin protokol idarəsində başlayıb.[3] 1961-ci ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirib. 1963-1965-ci illərdə ehtiyatda olan zabit kimi hərbi xidmət keçib. 1965-ci ildə Konsulluq idarəsində üçüncü katib işləyib.[2]
Müxtəlif illərdə Türkiyə Xarici İşlər Nazirliyində, o cümlədən Suriyada, Əlcəzairdə, İspaniyada, İranda, Fransada diplomatik vəzifələrdə çalışıb.[2][3] 1991-ci ildə Bakıya baş konsul təyin olunub. 1992-1995-ci illər aralığında Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.[2][3] Bəzi məlumatlara görə, onun Azərbaycandan ayrılmasının səbəbi 1995-ci il mart hadisələri və rəsmi Bakının səfirlə yola getməməsi olub.[2] 1995-1998-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müdiri olub. 1998-2000-ci illər aralığında Türkiyə Cümhuriyyətinin Litvadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.[2][3]
2000-ci ildə təqaüdə çıxan Karamanoğlu, uzun sürən ağır xəstəlikdən sonra 17 may 2012-ci ildə Lionda vəfat edib. Cənazəsi Türkiyəyə gətirilən sabiq səfir Karşıyaka qəbiristanlığında dəfn edilib.[1]