Elşad İlyas oğlu Əhmədov — AMEA Zoologiya İnstitutu, Elmi işlər üzrə direktor müavini[1], biologiya elmləri doktoru, dosent.
Elşad Əhmədov | |
---|---|
Elşad İlyas oğlu Əhmədov | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Qaratuğay, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | biologiya, parazitologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Azərbaycan Respublikası Sabirabad rayonu Qaratuğay kəndində anadan olmuşdur. 1987-ci ildə ildə Sabirabad rayon Qaratoğay kənd orta məktəbi, 1995-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi olarakən, son iki ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun protozoologiya şöbəsinin parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışmış, 1995–1998-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2000-ci ildə "Ev toyuqlarının eymeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi" mövzusunda namizədlik, 2014-cü ildə 2429.01 parazitologiya ixtisası üzrə "Ev toyuqlarının eymeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2003-cü ildə dosent elmi adı almışdır. 2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya institutunda "Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları" laboratoriyasının müdiridir. O zamanda AMEA Zoologiya institutunda fəaliyyət göstərən D.01.071 dissertasiya şurasını elmi katibi, "AMEA Zoologiya institutunun əsərləri"nin və "Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri"nin redaksiya heyətinin üzvüdür.[2]
Elmi fəaliyyətə 1995-ci ildən baş laborant vəzifəsindən başlayan Elşad İlyas oğlu Əhmədov 2008-ci ildən hal hazıra qədər AMEA Zoologiya institutunda Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının müdiridir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir. Şəxsi tədqiqatları nəticəsində eimeriozlar zamanı zülal mübadiləsində baş verən bəzi biokimyəvi proseslərin mahiyyəti aydınlaşdırılmış, antieymerioz preparatların effektivliyinin qiymətləndirilməsində zülal göstəricilərindən istifadə etməyi təklif etmişdir. Onun tərəfindən ilk dəfə kompleks parazitoloji və biokimyəvi metodları tətbiq etməklə təbabətdə bu vaxta qədər işlədilməmiş aminturşuların alkil törəmələrinin antieymerioz təsirə malik olduğu müəyyənləşdirilmişdir. Sahib heyvanların orqanizminin biokimyəvi göstəricilərinə, yaşamalarına, çəki artımına, parazitin reproduktivliyinə əsasən amin turşu törəmələrinin quşların eimeriozu ilə mübarizədə perspektiv dərman preparatı ola biləcəyi əsaslandırılmışdır. Qanda ümumi zülalın və bir neçə zülal fraksiyasının miqdarına görə eimeriyalara qarşı işlədilən preparatların effektliyinin qiymətləndirilməsi metodu hazırlanmışdır. Ev toyuqlarının eimeriozu (E.tenella) və onun baykoks və acı yovşan ilə müalicəsi zamanı amin turşu mübadiləsində və fermentlərin fəallığında baş verən dəyişkənliklər müəyyənləşdirilmış, parazit-sahib münasibətlərinin biokimyəvi mahiyyətinin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır. İlk dəfə baykoks ilə acı yovşanın kombinasiyasının ev toyuqlarının eymeriozunun müalicəsində tətbiqi sxemləri təklif edilmişdir. E. İ. Əhmədovun 81 elmi əsəri çapdan çıxmış və 1 patentə müəlliflik şəhadətnaməsi almışdır.