Henri Fyusli və ya Henri Fyuzli[6][7][8] (ing. Henry Fuseli; 7 fevral 1741[1][2], Sürix[4] – 16 aprel 1825[3][4][…]) — isveçrəli və ingilis rəssamı, tarixçi və incəsənət nəzəriyyəçisi. Fyuzli XVIII–XIX əsrlər kəsişməsində rəssamlığın əsas yenilikçilərindən biri hesab olunur və onun yaradıcılığı Vilyam Bleykin əsərləri ilə yanaşı, ingilis sənətində romantizmin erkən təzahürlərindən biri sayılır.[9]
Henri Fyusli | |
---|---|
alm. Johann Heinrich Füssli ing. Henry Fuseli | |
![]() | |
Doğum tarixi | 7 fevral 1741(1741-02-07)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1825(1825-04-16)[3][4][…] (84 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, şair, boyakar[d], illüstrasiyaçı[d], qrafika ustası[d], memarlıq çertyojçusu[d], sənətşünas, vizual incəsənət rəssamı, incəsənət xadimi |
Janrlar | portret rəssamlığı[d][4], dini rəssamlıq[d][4], tarix rəssamlığı[4], portret[4] |
Stillər | romantizm[1][5], neoklassisizm[1] |
![]() |
Henri Fyuzli İsveçrədə, Sürixdə anadan olmuşdur. O, rəssam və yazıçı İohann Kaspar Fyuzlinin (1706–1782) və onun həyat yoldaşı Elizabet Vasserin ailəsində on səkkiz uşağın ikincisi idi.[10] Onun bacıları Elizabet və Anna Fyuzli də rəssam olublar. İohann Kaspar Fyuzli portret və landşaft rəsmləri ilə tanınan bir sənətkar olmaqla yanaşı, İsveçrədə rəssamlıq tarixi haqqında kitabların müəllifi kimi də məşhur idi.[11] O, Henri Fyuzlini ruhani karyerasına yönəltmək istəyirdi və onu Sürixdəki Karolin Kollecinə göndərdi, burada o, mükəmməl klassik təhsil almışdır. Onun sinif yoldaşlarından biri gələcək ilahiyyatçı və şair İohann Kaspar Lafater idi və onlar yaxın dost olmuşdular.[12]
Henri Fyuzli ilahiyyat, qədim və yeni dillər üzrə təhsil aldı; İohann Yakob Bodmerin təsiri altında Homerin, Dante Aligyerinin, Uilyam Şekspirin və Con Miltonun epik poeziyasına böyük maraq göstərdi. 1761-ci ildə Fyuzli protestant kilsəsində keşiş kimi təyin edilmişdir. 20 yaşında o, Sürixdə pastor seçilmiş, lakin dostu Lafaterə ədalətsiz bir magistri ifşa etməkdə kömək etdiyinə görə ölkəni tərk etməyə məcbur olmuşdur.[13]
Fyuzli Berlində rəssamlıq təhsili almışdır.[14] Daha sonra 1765-ci ildə İngiltərəyə getmişdir. Orada məşhur rəssam ser Coşua Reynolds ilə tanış olmuş və ona rəsmlərini göstərmişdir. Reynoldsun məsləhəti ilə Fyuzli tamamilə incəsənətə həsr olunmaq qərarına gəlmişdir. 1770-ci ildə o, İtaliyaya "sənət səfərinə" çıxmışdır və 1778-ci ilə qədər orada qalmışdır. Bu müddət ərzində adını Fyuzlidən daha italyansayağı olan "Fuzeli" (Fuseli) olaraq dəyişdirmişdir. İtaliyada Fuzeli Anton Rafael Menqs ilə tanış olmuş və Romada Mikelancelonun əsərlərini böyük heyranlıqla öyrənmişdir.[15]
1779-cu ilin əvvəlində Fyuzli İngiltərəyə qayıtmışdır və Londonda artıq məşhur rəssam kimi tanınırdı. O, qravür nəşriyyatçısı Con Boydellin "Şekspir qalereyası" üçün sifarişini yerinə yetirdi. Lafaterin fizioqnomikaya dair əsərinin ingilis dilinə tərcüməsini dərc etmiş və Con Miltonun əsərlərinin tərcüməsində şair Uilyam Kuperə kömək etmişdir. 1788-ci ildə Fyuzli modeli olan Sofiya Roulinz ilə evləndi. Həmin il o, London Kral İncəsənət Akademiyasına üzv qəbul edilmişdir və 1799-cu ildə Akademiyanın rəsm professoru olmuşdur. 1804–1825-ci illər arasında o, Akademiyanın qalereyasının mühafizi vəzifəsində çalışdı, incəsənət nəzəriyyəsi ilə bağlı əsərlər yazmışdır.[16]
Britaniyalı yazıçı və feminist Meri Uolstonkraft (Fyuzli onun portretini çəkmişdi) rəssamın ardınca gedirdi və onunla Parisə səyahət etməyi planlaşdırırdı.[17] Lakin Sofiyanın müdaxiləsindən sonra Fyuzli onunla bütün əlaqələri kəsdi və sonralar dedi: "Mən ağıllı qadınlardan nifrət edirəm. Onlar yalnız problem yaradırlar.[18]"
1825-ci il aprelin 10-da Fyuzli xəstələnmişdir, lakin həkimlər onun xəstəliyini müəyyən edə bilməmişdilər. Aprelin 14-də o, dostu Con Noulsla söhbət etmişdir və ertəsi gün vəfat etmişdir. Aprelin 25-də isə Fyuzli Müqəddəs Pavel Kilsəsinin kriptasında rəssam dostları ser Coşua Reynolds və Con Opi ilə yanaşı dəfn edilmişdir.[19]
Fyuzli neoklassisizm sənətinin idealları əsasında formalaşmışdı.[20] O, İohan Vinkelmanın "Yunan sənətinin təsviri və heykəltəraşlığında təqlid haqqında düşüncələr" əsərini ingilis dilinə tərcümə etmiş və anonim şəkildə "Jan-Jak Russonun əsərləri və hərəkətləri haqqında qeydlər" kitabını dərc etdirmişdi. Fyuzlinin yaradıcılığında qorxu və dəhşət, fövqəltəbii varlıqlar (demonlar, cadugərlər, ruhlar) üstünlük təşkil edirdi. Onun məşhur əsərləri arasında "Kabusu" (1781), "Yatan və furiyalar" (1821) yer alır. 1791-ci ildə o, "Penelopa Butbinin apofeozu" adlı əsərini çəkmişdir. Bu rəsmdə altı yaşında vəfat edən qızın ölüm anı və mələklər tərəfindən səmavi aləmə aparılması təsvir olunmuşdu. 1799-cu ildə Fyuzli Con Miltonun əsərləri əsasında 47 rəsmdən ibarət bir seriya təqdim etdi. Bu qalereyanın Boydellin "Şekspir qalereyası" ilə rəqabət aparması nəzərdə tutulurdu. Lakin sərgi uğursuz oldu və 1800-cü ildə bağlandı. Bununla belə, məşhur heykəltəraş Antonio Kanova Fyuzlinin əsərlərindən təsirlənmiş və 1817-ci ildə onu Romanın Müqəddəs Luka Akademiyasının fəxri üzvü seçilməsinə nail olmuşdu. Fyuzlinin "Kabusu" adlı məşhur rəsmi Ziqmund Freydin qəbul otağında asılmışdı.[21]
Horas Volpol onu belə təsvir etmişdi:[22] "O, heyrətamiz dərəcədə dəlidir, tamamilə və mükəmməl dəlidir."
Fyuzli Vilyam Bleyk, Teodor fon Holst və Devid Uilki kimi gənc britaniyalı rəssamların yaradıcılığına böyük təsir göstərmişdir. O, 1825-ci ildə vəfat etdikdən sonra romantizm dövrü ingilis sənətində öz zirvəsinə çatdı. Lakin Fyuzlinin yaradıcılığı XIX əsrin ortalarında unuduldu və yalnız XX əsrin əvvəllərində ekspressionizm və sürrealizmin inkişafı ilə yenidən kəşf olundu.[23]
Vikianbarda Henri Fyusli ilə əlaqəli mediafayllar var. |
Xarici video | |
---|---|
Fuseli's Titania and Bottom, Smarthistory |