Bu məqalədə həddən artıq ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Bu məqalə və ya bölmə reklam xarakteri daşıyır. Mətnin yazı üslubunu dəyişərək layihəyə kömək edə bilərsiniz. (iyun 2025) |
Kapital Bank, Azərbaycan Əmanət Bankının varisi kimi 1874-cü ildən etibarən uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 40 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital Bank | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyəti |
Sənaye | Bank sektoru |
Məhsulları | kreditlər, kartlar, ipotekalar, əmanətlər, istiqraz |
Təsis tarixi | Rusiya Əmanət Bankının kassası: 24 iyul 1874 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 5000-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Məmmədov Fərid İdarə Heyətinin sədri Hüseynov Fərid |
kapitalbank.az | |
![]() |
1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.
Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi.
1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.
29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alındı.
Hazırda "Kapital Bank" ASC-nin səhmlərinin 81.08%-i "Paşa Holdinq"-ə məxsusdur. Bankın nizamnamə kapitalı 265 mln AZN-dir. 121 filialı və 52 şöbəsi ilə Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.[1] 7 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də Bank Azərbaycanda liderdir.[2]
Universal bank olan Kapital Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 5 milyondan çox fiziki və 40 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.
Birbank Biznes, Kapital Bank tərəfindən mikro, kiçik və orta sahibkarlar, habelə korporativ müştərilər üçün xüsusi olaraq hazırlanmış rəqəmsal bankçılıq platformasıdır. Platforma istifadəçilərə onlayn bank hesabı açmaq, sürətli və girovsuz kreditlərə müraciət etmək, ödəniş və köçürmələri 7/24 həyata keçirmək imkanı yaradır.
Hazırda bu platformadan 40 000-dən çox biznes müştəri istifadə edir. Təkcə 2024-cü il ərzində açılmış yeni hesabların 94%-i tam onlayn formada gerçəkləşmişdir. Platforma üzərindən həyata keçirilən köçürmə və ödənişlər bankın bu sahədəki əməliyyatlarının 98%-dən çoxunu təşkil edir.
Birbank Biznes həmçinin ekoloji dəyərlərə önəm verən bizneslərə xüsusi dəstək imkanları təqdim etməklə yaşıl sahibkarlıq təşəbbüslərinin də yanında yer alır.
Birbank, Kapital Bank-ın əmtəə nişanı olaraq, 2018-ci ildə istifadəyə verilmişdir. Azərbaycanda ilk rəqəmsal bank olaraq tanınan Birbank ölkədə ən çox yüklənilən mobil tətbiqdir, bütün əməliyyatları mobil tətbiqdən idarə etmək mümkündür. 3 milyondan çox istifadəçisi olan Birbank Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi — Bir ekosistemi-nin əsas brendlərindən biridir.
İstifadəçilərə ödənişlərin həyata keçirilməsi, köçürmələr, kredit müraciətləri, kart əməliyyatları və əmanətlərin idarə olunması kimi xidmətlər tamamilə onlayn şəkildə təqdim edən Birbank ölkədə rəqəmsal davranışların formalaşmasına önəmli töhfə verir. Rəqəmsal bankçılıq fəaliyyətinin nəticəsində milyonlarla kağıza qənaət olunmuş, enerji və su istehlakı azaldılmışdır ki, bu da bankın dayanıqlı maliyyə modeli kimi çıxış etməsinə şərait yaradıb.
Müştəri ehtiyaclarını uyğun məhsul dizaynı, şəffaflıq və sadəlik prinsipləri əsasında qurulan xidmət təcrübəsi Birbank-a bir sıra beynəlxalq mükafatlar da qazandırıb.
Birbank Private, yüksək gəlirli fərdi müştərilər üçün nəzərdə tutulmuş, fərdiləşdirilmiş maliyyə xidmətləri təqdim edən premium bankçılıq modelidir. Fərdi müştərilər maliyyə məsləhətləri, şəxsi menecer xidməti, xüsusi kredit və depozit məhsulları və fərdiləşdirilmiş faiz şərtləri kimi bir çox özəl imkanlardan faydalana bilirlər.
Birbank Private maksimum rahatlıq, vaxt səmərəliliyi və fərdi yanaşma təklif edərək müştərilərinin hər bir maliyyə ehtiyacına uyğun, çevik və yüksək səviyyəli həllər təqdim edir.
“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
2025-ci ildə Kapital Banka beynəlxalq reytinq agentlikləri Standard & Poor's və Moody’s tərəfindən reytinqlar verilmişdir. Standard & Poor's agentliyi Kapital Banka uzunmüddətli "BB-" reytinqini vermiş, Bankın reytinq proqnozunu "pozitiv" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq "B" olmuşdur. Moody’s Investors Service isə Kapital Bankın xarici valyutada olan depozitlərinin uzunmüddətli reytinqini "Ba2" səviyyəsində təyin etmişdir. Bankın reytinq proqnozu "pozitiv" kimi qiymətləndirmişdir.[21]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Vikianbarda Kapital Bank ilə əlaqəli mediafayllar var. |