Bu, Azərbaycanlılar məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Vikipediya:VikiLayihə Azərbaycan tarixi (Keyfiyyət: Normal, Əhəmiyyət: Ən) | |||
---|---|---|---|
![]() |
| ||
![]() |
Bu məqalənin qiymətləndirmə şkalasına görə keyfiyyəti: Normal. | ||
Ən | Bu məqalənin qiymətləndirmə şkalasına görə əhəmiyyəti: Ən | ||
↓ Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin |
Müzakirələrin arxivi:
|
Azərbaycanlılar məqaləsində xalqın etnik kimliyini ifadə etmək üçün “Azəri” termini istifadə olunur. Lakin bu ifadə nə elmi, nə tarixi, nə də xalqın öz dilində və qəlbində geniş qəbul olunmuşdur. Bir sıra mənbələrdə, o cümlədən Tadeusz Świętochowski-nin Russia and Azerbaijan: A Borderland in Transition (1995, səh. 35–40) əsərində, bu termin sovet ideologiyasının məhsulu kimi qiymətləndirilir və xalqımızın əsl kimliyini – Azərbaycan türkü olduğunu – tam şəkildə əks etdirmədiyi vurğulanır.[1]
“Azəri” kəliməsinin yayğın işlənməsi onun doğruluğunu sübut etmir. Vikipediya məqalələrində doğru, etibarlı və müvafiq mənbələrə əsaslanan məlumatların verilməsi zəruridir.[2]
Azərbaycan dilində yayımlanan bəzi elmi mənbələrdə də “azərbaycanlı” və “Azərbaycan türkü” ifadələrinin üstünlüyü qeyd olunur. Məsələn, “Azərbaycanlı və azərbaycançılıq tarixi, etno-sosioloji rakursda” adlı məqalədə göstərilir ki, “Azəri” etnonimi etno-sosioloji və tarixi baxımdan mübahisəlidir və bu terminlə bağlı ciddi konseptual ixtilaflar mövcuddur.[3]
Məqalələr tərəfsiz və neytral olmalı, yəni tarixi və etnik reallıqlara əsaslanmalıdır. Audrey L. Altstadt da The Azerbaijani Turks: Power and Identity under Russian Rule (1992, səh. 12–18) əsərində bu terminə bənzər yanaşma sərgiləyir.[4]
İnzibatçıları və redaktorları, xalqımızın kimliyinə hörmətlə yanaşaraq, məqalədə doğru, elmi əsaslı, tərəfsiz və neytral terminologiyanın işlədilməsini təmin etməyə çağırıram.
Azərbaycanın böyük şairləri və ziyalıları — Bəxtiyar Vahabzadədən Xəlil Rza Ulutürkə qədər — “Azəri” ifadəsinin yerində olmadığı barədə müxtəlif fikirlər səsləndirmiş, milli kimliyimizin daha dəqiq ifadə olunmasını vacib saymışlar.[5][6]
Bu səbəbdən, “Azəri” terminindən istifadənin yenidən qiymətləndirilməsini, onun yerinə sadəcə türk, Azərbaycan türkü və azərbaycanlı ifadələrinin qalmasını təklif edirəm.
Daha çox mənbə, qaynaq göstərə bilərdim, demək istədiyim bunlara misaldır.
Müzakirə səhifəsində bu fikirlə oxşar yanaşmanı daha əvvəl qeyd edən istifadəçi də olmuşdur. Mən də bu yanaşmanı əsaslı mənbələr və arqumentlərlə dəstəkləyirəm. --Şövqü (müzakirə) 04:50, 28 iyun 2025 (UTC)Cavabla
Şərh: Mənbələrdən başqa qeyd etmək istərdim ki, konrket olaraq Türkiyə Azərbaycanlıları (Qarsdan, İstanbuldan, Ağrıdan və s.) həm özünə, həm də bizə demək olar ki, ancaq "Azəri" sözü deyirlər. Özüm bunu dəfələrlə şəxsən müşahidə etmişəm.
Amma, mənbələrə qayıdaq. Mənbələrin özlərində göstərilir ki, bu mübahisəli bir ifadədir. Mübahisələr boş yerdə yaranmır. Bu mübahisənin mənbəsi də odur ki, bəzi Azərbaycanlılar həmin ifadəni işlədir. Onun mübahisəli olmağı məqalədə qeyd etmək olar. Lakin, hazırki mətndə heç bir terminoliji uyğunsuzluq yoxdur. --Мурад 97 (müzakirə) 19:49, 6 iyul 2025 (UTC)Cavabla
Məncə, bu müzakirəni davam etmək artıq mənasızdır. --Мурад 97 (müzakirə) 09:38, 7 iyul 2025 (UTC)Cavabla
İstinadlar