. Gece.ws

Mak Klintok Adasi - Wikipedia - Gece.ws

Ana Səhifə - Mak Klintok Adasi

Mak-Klintok adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 521 m. Zirvə adanın mərkəzində yerləşir. Sahəsi 612 km²-dir.

Mak-Klintok adası
rus. Мак-Клинтока
Ümumi məlumatlar
Sahəsi 612 km²
Uzunluğu
  • 31 km
Eni 25 km
Hündür nöqtəsi 521 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°11′26″ şm. e. 56°34′18″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Arxangelsk vilayəti
Arxipelaq
  • Frans-İosif Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Mak-Klintok adası xəritədə
Mak-Klintok adası
Mak-Klintok adası

Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Dillon burnunu göstərmək olar. Burada qədim tikilinin qalıqları və astronomik məntəqə vardır.

Ada gölə sahib olmasa da kiçik axarları vardır.

Ada irlandiyalı qütb araşdırmaşısı Frensis Leopold Mak-Klintokun (ing. Francis Leopold McClintock) şərəfinə adlandırılmışdır.

Mündəricat

  • 1 Buzlaqları
  • 2 Yerləşdiyi akvatoriya
    • 2.1 Boğazlar
  • 3 Mak-Klintok adasının burunları
  • 4 Yaxınlığında yerləşən adalar
  • 5 Xəritə

Buzlaqları

redaktə

Ada ərazisi buzla örtülüdür. Ən böyük buzlağı Simondur.

Yerləşdiyi akvatoriya

redaktə

Adanın sahillərini Barens dənizi yuyur.

Boğazlar

redaktə
  • Aderder boğazı — Mak-Klintok adasını qərbdən Breydi adasından ayırır.
  • Neqri boğazı — ensiz boğaz adanı şərqdən Qallya adasından ayırır.

Mak-Klintok adasının burunları

redaktə
  • Dillon burnu — adanın qərb nöqtəsi.
  • Karpin burnu
  • Qrili burnu
  • Koplend burnu — ucqar şimal nöqtəsi
  • Berqen burnu
  • Bryunn burnu
  • Oppolser burnu

Yaxınlığında yerləşən adalar

redaktə
Kiçik adalar
  • Lyuriki adaları
  • Oqord adası
  • Borisyak adaları
İri adalar
  • Alcer adası
  • Breydi adası
  • Hall adası

Xəritə

redaktə
  • Xəritə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mak-Klintok_adası&oldid=8011804"
GECE.WS