. Gece.ws

Manaf Agayev - Wikipedia - Gece.ws

Ana Səhifə - Manaf Agayev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Manaf Novruz oğlu Ağayev — azərbaycanlı müğənni.

Manaf Ağayev
Manaf Novruz oğlu Ağayev
Ümumi məlumatlar
Doğum tarixi 24 aprel 1964 (61 yaş)
Doğum yeri Şıxlı, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1980–h.h.

Həyatı və fəaliyyəti

redaktə

Ağayev Manaf Novruz oğlu 1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini də məhz Füzuli rayonunda alıb. Musiqiyə həvəsi lap uşaqlıqdan yaranıb. Məktəb illərində müxtəlif musiqi müsabiqələrində, festivallarda, eləcə də “Füzuli Mədəniyyət Evi”ndə bir sıra uğurlu çıxışları olub.

Orta məktəbi bitirdikdən sonra 1982-84-cü illərdə hərbi xidmətdə olub.

1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olur.

İlk albomu 1996-ci ildə işıq üzü görür. Və ardıcıllıqla hər il yeni albomları ilə sevənlərinin görüşünə gəlib. Bütün albomlarda vətən həsrəti, yurd nisgili açıq aydın görünür. Manaf Ağayev müxtəlif illərdə mükafatlarla da təltif olunub. Bakıda, Sumqayıtda və eləcə də bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib.

2002-ci ildə Manaf Ağayevə həsr edilmiş “Vətənə getməyim gəlir” adlı kitab işıq üzü görüb.

Ən uğurlu nailiyyətlərindən biri isə 2009-cu ildə yerli telekanalların birində keçirilən “Toylar kralı” adlı yarışmanın qalibi olmasıdır.

Evlidir, 3 övladı var.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • https://www.facebook.com/manafagayev
  • https://m.youtube.com/user/manafagayev
  • http://instagram.com/manafagayev
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Manaf_Ağayev&oldid=8226698"
GECE.WS