Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Şimali Qafqazda yaşayan türkdilli etnosdur. Onlar Dağıstanın, Çeçenistanın və Şimali Osetiyanın yerli və qədim xalqlarından biridir. Qumuqlar Şimali Qafqazda ən böyük türkdilli xalq hesab olunurlar. Qafqazda azərbaycanlılardan sonra sonra ikinci ən böyük türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736[1] nəfəri Dağıstan Respublikası ərazisində yaşayır.
Qumuqlar qum. Къумукълар | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili | qumuq, rus |
Dini | İslam (sünni) |
![]() |
Qumuqlar qumuq dilində (qum. къумукъ тил) danışırlar. Konkret olaraq Qıpçaq dilləri qrupuna daxildi.
Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur.
Rusiya Federasiyası | 2002-ci il siyahıyaalma, min nəfər(* Arxivləşdirilib 2012-01-26 at the Wayback Machine) |
---|---|
Dağıstan | 365,8 |
Şimali Osetiya | 12,7 |
Tümen vilayəti | 12,3 |
o cümlədən Xantı-Man Muxtar Vilayəti | 9,6 |
o cümlədən Yamal-Nenets Muxtar Vilayəti | 2,6 |
Çeçenistan | 8,9 |
Stavropol diyarı | 5,7 |
Moskva | 1,6 |
Həştərxan vilayəti | 1,4 |
Rostov vilayəti | 1,3 |
Sayı 1000 nəfərdən yuxarı olan qumuqlar göstərilib. |
Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001)[2] qumuq yaşayır.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |