Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016).
![]() | |
---|---|
est. Triin Narva | |
![]() | |
Ölkə |
![]() |
Doğum tarixi | (30 yaş) |
Doğum yeri | Tallin, Estoniya |
Titulu | qadınlar arasında FİDE ustası (2016) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.129 (aprel 2019) |
FİDE nömrəsi | 4502680 |
![]() |
Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılar — Boris Rıtov və Merike Rıtovanın nəvəsi, FİDE ustası[2] Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır.[3]
2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub. Qadınlar arasında şahmat üzrə Estoniya çempionatında 3 gümüş (2010, 2011, 2012) və 2 bürünc medal qazanıb (2009, 2014).[4] Beş dəfə Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2010-2018).
2013-cü ildə qızıl medalla Qustav Adolf gimnaziyasını bitirmişdir.[5]