. Gece.ws

Vikipediya Inzibatcilara Muraciet - Wikipedia - Gece.ws

Ana Səhifə - Vikipediya Inzibatcilara Muraciet
Qısa keçid yönləndirmə
  • VP:İMVP:İM
  • Bu səhifə vasitəsilə inzibatçılara müraciət edə bilərsiniz. Əgər başqa istifadəçilər ilə problemləriniz, yaxud digər suallarınız varsa bu səhifəni istifadə edə bilərsiniz.
  • İstifadəçi hüquqları barədə Vikipediya:İstifadəçi hüquqları üçün müraciətlər səhifəsinə müraciət edə bilərsiz.
  • Vikipediya istifadəsi və redaktələrinizlə bağlı suallarınız üçün Vikipediya:Yardım masası səhifəsinə baş çəkə bilərsiniz.
  • Vikipediyadakı məzmunla bağlı yeni təklifləriniz varsa, Vikipediya:Kənd meydanı səhifəsinə yaza bilərsiniz.
  • Arxivdəki müzakirələrə buradan baxa bilərsiz.


ㅤYeni müraciət yaratㅤ


⛭
İnzibatçılar
  • Araz Yaquboglu
  • Atakhanli
  • Gadir
  • Nemoralis
  • Nicat49
  • Sortilegus
  • Sura Shukurlu
  • Toghrul R
  • Turkmen
  • Wertuose
  • White Demon
⛭
Vikipediyanın müzakirə və müraciət səhifələri
Ümumi
  • İnzibatçılar
    • müraciət
  • Bürokratlar
    • müraciət
  • İnterfeys inzibatçıları
    • müraciət
  • Botlar
    • istəklər
  • Auto Wiki Browser
    • istəklər
  • Addəyişmə müraciətləri
  • Bərpa üçün namizəd səhifələr
  • İstifadəçi adı dəyişdirmək
  • İstifadəçi hüquqları üçün müraciətlər
  • Silinməyə namizəd səhifələr
    • fayllar
  • Kateqoriya müzakirələri
  • Şablon müzakirələri
    • istəklər
  • Kənd meydanı
    • transliterasiya
  • Yükləmə müraciətləri
  • Yardım masası
İstifadəçi davranışları
  • Təftişçilərə müraciət
  • Şikayət
    • inzibatçı
  • Bloklama tələbləri
  • Mühafizə tələbləri
  • Versiya gizləmə tələbləri
Digər müraciətlər
  • Məqalə namizədləri
    • qiymətləndirmə
  • Tərcümə istəkləri
  • Məqalə istəkləri


Mündəricat

  • 1 Müvəqqəti hesablar
  • 2 Wikisun
  • 3 Problem
  • 4 Məqaləmi paylaşmaq istəyirəm amma deyirki vikiləşdirilməmiş məqalədir
  • 5 Salam, Hikmət Quliyev səhifəsində redaktə etdim. Əsərlərin adı təkrar düşdüyü üçün bəzi təkrarları sildim. Amma redaktə təsdiqlənmir
  • 6 Kömək
  • 7 üçün icazə

Müvəqqəti hesablar

redaktə
Son rəy: 20 saat öncə6 şərhMüzakirədə 3 nəfər

Salam. Patrullar bu hesabların ip məlumatlarına baxa bilir? Sofia (müzakirə) 17:25, 1 iyul 2025 (UTC)Cavabla

Xeyr, baxa bilmir. Nemoralis (müzakirə) 18:01, 1 iyul 2025 (UTC)Cavabla
☹☹☹ Sofia (müzakirə) 18:06, 1 iyul 2025 (UTC)Cavabla
Patrullarla bağlı olan tələbləri IPyə baxa bilmə tələbləri ilə birləşdirsək, bu hüququ patrullara da vermək olar. Müzakirəyə ehtiyac var. Ətraflı: mw:Special:PermanentLink/7717563#Clarification on manual granting. Nemoralis (müzakirə) 18:55, 1 iyul 2025 (UTC)Cavabla
Fondun qlobal siyasətinə əsasən 6 ay fəaliyyət və 300 redaktəsi olan istifadəçilərə bu hüququ vermək olar manual olaraq. Nemoralis (müzakirə) 21:33, 6 iyul 2025 (UTC)Cavabla
Şəxsidə də danışmışdıq, hələ də maraqlıdır. Bu hüquq digər istifadəçilərin nə kimi işlərinə yaraya bilər? Hörmətlə, Qədir (müzakirə) 21:42, 6 iyul 2025 (UTC)Cavabla

Wikisun

redaktə
Son rəy: 1 saat öncə10 şərhMüzakirədə 3 nəfər

Salam. 100-dən artıq məqalədə xaric keçid kimi Wikisun göstərilib. AWB/JWB ilə yoxlaya bilərsiniz. Sofia (müzakirə) 22:13, 1 iyul 2025 (UTC)Cavabla

Keçən dəfə təmizləmişdim. Yenə əlavə edilib? Hörmətlə, Qədir (müzakirə) 20:24, 4 iyul 2025 (UTC)Cavabla
May-iyun ayında yaradılan məqalələrdə qalıb hələ də. Sofia (müzakirə) 20:29, 4 iyul 2025 (UTC)Cavabla
Saytı blok siyahısına aldım. Buna rahat bir vaxtı baxa bilərəm, istəsəz ona kimi silinməsində kömək edə bilərsiz. Hörmətlə, Qədir (müzakirə) 20:40, 4 iyul 2025 (UTC)Cavabla
@Sofia, indi yoxladım, təxmini 300 məqalədir. Ya əllə təmizləmək lazımdır, ya da bot bu işi görməlidir. İstifadəçilər (@Samral, @Ulviyya Karim, @Elvinsadiqov) tərəfindən xarici keçid kimi verilmiş bu saytın keçidləri silinib məqalələrə müvafiq olaraq mənbə/mənbəsiz/qaralama şablonları əlavə edilməlidir, həmçinin İstifadəçi:Elvinsadiqov tərəfindən yaradılan məqalələr kateqoriyasızdır. AWB/JWB ilə və ya digər üsullarla edə bilirsinizsə siz edin və ya başqası da müdaxilə edə bilər. Sonra unudulmadan bu başlığı yekunlaşdıraq. Ping: @White Demon, @Nemoralis, @ChanisCaucasi. Hörmətlə, Qədir (müzakirə) 09:51, 5 iyul 2025 (UTC)Cavabla
@Gadir, botlarla təmizlənməsi mümkündürsə, edək lütfən. Kateqoriyasızları çalışacıq həll edək. “Məqalələrə mənbəsiz və ya qaralama şablonları əlavə edilməlidir” fikrinizlə isə əsla razı deyiləm. Çünki buna əsas yoxdur. Məqalələr nə mənbəsizdi, nə də qaralama formasında. samral müzakirə 13:24, 6 iyul 2025 (UTC)Cavabla
@Samral, Sofia həll edib. "Müvafiq olaraq" yazmışam, yəni hansına lazımdırsa. Məsələn, mən sadəcə xarici keçid kimi həmin sayt qeyd edilmiş və məzmunu qaralama məqalə kriteriyalarına cavab verən məqalələr görmüşəm və ola bilər ki, onları siz yaratmamısınız/yazmamısınız. Hörmətlə, Qədir (müzakirə) 13:30, 6 iyul 2025 (UTC)Cavabla
Keçidlər silindi, kateqoriyalar da düzələr. Sofia (müzakirə) 18:03, 6 iyul 2025 (UTC)Cavabla
@Gadir, onları qeyd edin, zəhmət olmasa, düzəldim. samral müzakirə 16:20, 7 iyul 2025 (UTC)Cavabla
@Samral, düzü, adlarını xatırlamıram, "insource:" ilə axtarış edəndə bir neçəsini görmüşdüm. Hörmətlə, Qədir (müzakirə) 16:22, 7 iyul 2025 (UTC)Cavabla
  Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. 5 iyul 2025

Problem

redaktə
Son rəy: 4 gün öncə3 şərhMüzakirədə 3 nəfər

Salam.Müəllif Süleyman Qaçay oğlu Alıyevlə bağlı hazır məqaləni yerləşdirmək istəyirəm wiki ens.-yaya sadəcə bloklanıram.Zəhmət olmasa bu problemi çözməkdə mənə kömək edin.Məqaləni yayımlaya bilim. Mr.Zakir Alıyev (müzakirə) 12:27, 2 iyul 2025 (UTC)Cavabla

Qaralama səhifənizdəki məzmunu məqalə kimi dərc etməyi deyirsinizsə, dərc etsəniz də o halı ilə silinəcək. Cari versiya uyğun deyil, digər məqalələrə baxaraq təkmilləşdirə bilərsiniz. Ən əsası isə nəzər yetirin: VP:ALİM və VP:VND. Hörmətlə, Qədir (müzakirə) 13:37, 2 iyul 2025 (UTC)Cavabla
salam məndədə bu problem yaşanır siz problemi çözə bildiz həll etdizsə mənlədə paylaşsaz çox şad olaram Kimyahəryerdə (müzakirə) 16:58, 3 iyul 2025 (UTC)Cavabla

Məqaləmi paylaşmaq istəyirəm amma deyirki vikiləşdirilməmiş məqalədir

redaktə
Son rəy: 3 gün öncə2 şərhMüzakirədə 2 nəfər

Anlamadım mən heç bir yerdən kömək almamışam tamamilə öz təxəyyülüm ilə bu məqaləni yazıram.Və dünəndə həqiqətən bu təcrübəni etdim və etdiklərimi ora yazdım.Xaiş edirəm elə edin paylaşılsın məqaləm Kimyahəryerdə (müzakirə) 16:56, 3 iyul 2025 (UTC)Cavabla

Bunu deyirsiniz? Bunu bloq açaraq orada paylaşa bilərsiniz, biz burada ensiklopediya yazırıq, ensiklopedik və elmi üslubda. VP:EƏ, VP:VND və digər ensiklopediya məqalələri ilə tanış olun. Hörmətlə, Qədir (müzakirə) 21:31, 3 iyul 2025 (UTC)Cavabla

Salam, Hikmət Quliyev səhifəsində redaktə etdim. Əsərlərin adı təkrar düşdüyü üçün bəzi təkrarları sildim. Amma redaktə təsdiqlənmir

redaktə
Son rəy: 3 gün öncə4 şərhMüzakirədə 2 nəfər

Zəhmət olmasa münasibət bildirin. Folklor İnstitutu AMEA (müzakirə) 09:20, 4 iyul 2025 (UTC)Cavabla

Zəhmət olmasa, şəxslərin bütün elmi məqalələrinin adlarını məqalələrə daxil etməyin. Vikipediya nədir, nə deyil tanış olun. Həmçinin istifadəçi adınız qaydalara ziddir. Bu adla fəaliyyət göstərə bilməzsiniz, VP:İAD səhifəsinə müraciət edin, əks halda, fəaliyyətiniz məhdudlaşdırılacaq. Nəzərinizə çatdırım ki, redaktə etdiyiniz məqalələrdəki şəxslərlə və təşkilatlarla olan əlaqələrinizi və maraqlarınızı, həmçinin ödəniş alırsınızsa, onu da qaydalara əsasən istifadəçi səhifənizdə açıqlamalısınız. Hörmətlə, Qədir (müzakirə) 10:09, 4 iyul 2025 (UTC)Cavabla
Mən həmin təşkilatın işçisiyəm. Məqalə adları ilə bağlı fikriizi nəzərə alacam. Müəssisəni təmsil etdiyim üçün təşkilatın adına uyğun ad seçməkdə zəhmət olmasa köməklik edəsiniz Folklor İnstitutu AMEA (müzakirə) 10:48, 4 iyul 2025 (UTC)Cavabla
Ümumiyyətlə, işlədiyiniz yerlə bağlı məqalələri redaktə etməyiniz tövsiyə olunmur. İstifadəçi adı seçimi üçün, buyurun, tanış olun: İstifadəçi adı qaydaları. Hörmətlə, Qədir (müzakirə) 11:34, 4 iyul 2025 (UTC)Cavabla

Kömək

redaktə
Son rəy: 19 saat öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Məqalə yaratdım yerləşdirmək mümkün olmadı. Zərərli fəaliyyət kimi dəyərləndirildi. Səbəb? Və kömək zəhmət olmazsa. Aazizadeh (müzakirə) 21:39, 5 iyul 2025 (UTC)Cavabla

Göstərilən səbəbi açıq yazın. Nemoralis (müzakirə) 22:24, 6 iyul 2025 (UTC)Cavabla

üçün icazə

redaktə
Son rəy: 41 dəqiqə öncə7 şərhMüzakirədə 3 nəfər

Salam.

Kapital Bank məqaləsini redaktə etməyim üçün icazə verməyinizi xahiş edirəm. Farizaliyev25 (müzakirə) 06:21, 7 iyul 2025 (UTC)Cavabla

  Qəbul edilmədi: Vikipediyada maraqlarınız olan və ya işlədiyiniz yerlərlə əlaqəli mövzuları redaktəyə etməyə icazə verilmir. Məqalə qeyri-ensiklopedik əlavələrdən, reklam və təbliğat məzmundan və müəlliflik hüquqlarının pozulması səbəbindən mühafizə olunub, açılmayacaq. Kukla hesablar yaratmağa davam etməyin. Hörmətlə, Qədir (müzakirə) 08:30, 7 iyul 2025 (UTC)Cavabla

Qədir, məqalənin redaktəsinə bu cür məhdudiyyət qoymaq doğru deyil. Maraqlı olan şəxsin məqaləni redaktə etməsinin qadağan oldunduğu hansı qaydada yazılıb, zəhmət olmasa istinad verə bilərsinizmi? Edilən redaktə qaydaları pozursa, qarşısı alına bilər, amma "redaktə edən şəxsin məqalədə marağı var deyə birdən qaydanı pozar, ona görə redaktə etməsinə icazə vermirəm" yanaşması doğru deyil. Məqalənin də əvvəlki versiyasına baxdım və orada bir neçə cümlədən başqa elə də ciddi etiraz doğuran bir şey görmürəm. Təklif edirəm ki, məqalənin qaralama versiyasını işləsinlər, normal olarsa, indiki məqalə onunla əvəz olunsun.--Wertuose (müzakirə) 08:44, 7 iyul 2025 (UTC)Cavabla

Davamlı kukla hesablar yaradıb problemli redaktələrlə məşğul olurlar, mühafizə olunması normaldır. Davamlı bu məqalədəki redaktələri izləmək və təftiş etmək fikrim yoxdur. Məqaləyə sadəcə reklam/PR, copy-paste və qeyri-ensiklopedik əlavələr etməklə məşğul olurlar. Maraqlı olan şəxs məqalədə konstruktiv redaktələr edə bilmirsə o zaman redaktəsinə icazə verilmir. Ümumiyyətlə redaktə etmək isə tövsiyə olunmur, bu qədər problemli redaktələrdən və kukla hesablardan sonra mühafizə edilib. Pozuntuları aşkarlayıb tədbir görmüşəm, hətta məqalə illərdir copy-paste halda qalıb ki, silib yenidən özüm yazmışam. Qaralamanı qaralama səhifəsində işləsinlər, o da qaydalara uyğun, əks halda, yenə silinəcək. İstifadəçi fəzasında məzmun sərbəst deyil. Hörmətlə, Qədir (müzakirə) 08:56, 7 iyul 2025 (UTC)Cavabla
Bütün məqalələrdəki redaktələri izləmək və təftiş etmək onsuz da mümkün deyil, amma bunu əsas gətirib bütün məqalələri bloklamırıq axı. Məqaləni bloklamaqdan əlavə istifadəçiləri də bloklamısınız və buna görə qaralama ad fəzasında da işləyə bilmirlər. Kukla hesab olduqlarına görə bloklanıblar, amma ola bilər ki, hamısı eyni yerdə işlədikləri üçün IP-ləri eynidir və bir hesabda yazdığınız xəbərdarlığı digər hesabı işlədən şəxs görmür. Ümumiyyətlə, bu tərzdə aqressiv bloklamalar doğru deyil. Dediyiniz fikirdən belə çıxır ki, tələbə öz oxuduğu təhsil müəssisəsi haqqında, yaxud hansısa alim öz elm sahəsi haqqında məqalə yazmamalıdır. Əksinə, əlaqəli olan şəxslərin məqalələr üzərində işləməsi tövsiyə olunur, bunun üçün təlimlər keçirilir, təbliğat aparılır. Amma razıyam ki, məqalədə reklam və copy-paste məlumatların olmasına icazə verilməməlidir və bunun qarşısını almaq lazımdır. Etirazınız yoxdursa, bankın adını daşıyan hesab istisna olmaqla, məqalədə son fəaliyyət göstərən istifadəçilərin blokunu açım ki, qaralamada fəaliyyət göstərsinlər. Məqalənin mühafizə səviyyəsini isə hələlik yalnız inzibatçıların redaktəsi üçün açıq qoyacam.--Wertuose (müzakirə) 14:41, 7 iyul 2025 (UTC)Cavabla
Birinci qeyd etdiyiniz cümləni ona görə demişəm ki, xəbərdarlıqlara da məhəl qoymurlar, əsaslı qaytarılmış redaktələri iqnor edərək geri qaytarırlar, elə bil belə də olmalıdır. Bura bax: İstifadəçi müzakirəsi:Kapitalbank. Görmək yox, konkret iqnor edirlər, sonra bloklananda da xahiş edirlər ki, bloku açın. İstifadəçilər destruktiv fəaliyyət göstərirlər, ortada maraq toqquşması var (problem yaradanda artıq blok və mühafizə tətbiq olunur) və bura elə bil sanki bankın fərdi səhifəsi imiş kimi qaydaları və xəbərdarlıqları iqnor edərək necə gəldi əlavələr edirlər, bura bankın saytı deyil. Hesab edirəm ki, mühafizə yerindədir və açıldığı təqdirdə təkrar problemli redaktələr davam edəcək. Özü də məqalə tam mühafizə edilməyib, təcrübəli istifadəçilər, marağınız varsa elə siz özünüz də açıqlayaraq düzgün şəkildə redaktələr apara bilərsiniz, təbii ki. Onsuz da hamısı oranın əməkdaşı olduğu üçün bu müraciət edən şəxs elə öz qaralamasında məzmun üzərində işləyə bilər. Amma qaralamada da nə reklam/PR ola, nə müəlliflik hüquqları pozuntusu, nə də qeyri-ensiklopedik məzmun. Neytral, mənbələrə əsaslanan və stil kitabçasına uyğun məqalə ola. Məsuliyyətli olmaq lazımdır, on ildir məqalə o gündədir və siz də daxil bir çox təcrübəli istifadəçinin orada redaktələri olub. Belə məqalələrimiz çoxdur. Ümumiyyətlə, mövzu kənara çıxmasın, amma sizin belə mövzularda qəfil aktivləşərək gəlib fikir bildirməyiniz düzgün deyil, yəqin ki, sizə kənardan müraciətlər olunub və onun nəticəsində bu başlığa şərh yazmağa qərar vermisiniz. Bunu daha öncəki qoşulduğunuz müzakirələrə əsaslanaraq deyirəm. Hörmətlə, Qədir (müzakirə) 15:39, 7 iyul 2025 (UTC)Cavabla
  Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 17:28, 7 iyul 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:İnzibatçılara_müraciət&oldid=8233657"
GECE.WS