. Gece.ws

Vikipediya Inzibatcilara Muraciet - Wikipedia - Gece.ws

Ana Səhifə - Vikipediya Inzibatcilara Muraciet
Qısa keçid yönləndirmə
  • VP:İMVP:İM
  • Bu səhifə vasitəsilə inzibatçılara müraciət edə bilərsiniz. Əgər başqa istifadəçilər ilə problemləriniz, yaxud digər suallarınız varsa bu səhifəni istifadə edə bilərsiniz.
  • İstifadəçi hüquqları barədə Vikipediya:İstifadəçi hüquqları üçün müraciətlər səhifəsinə müraciət edə bilərsiz.
  • Vikipediya istifadəsi və redaktələrinizlə bağlı suallarınız üçün Vikipediya:Yardım masası səhifəsinə baş çəkə bilərsiniz.
  • Vikipediyadakı məzmunla bağlı yeni təklifləriniz varsa, Vikipediya:Kənd meydanı səhifəsinə yaza bilərsiniz.
  • Arxivdəki müzakirələrə buradan baxa bilərsiz.


ㅤYeni müraciət yaratㅤ


⛭
İnzibatçılar
  • Araz Yaquboglu
  • Atakhanli
  • Gadir
  • Nemoralis
  • Nicat49
  • Sortilegus
  • Sura Shukurlu
  • Toghrul R
  • Turkmen
  • Wertuose
  • White Demon
⛭
Vikipediyanın müzakirə və müraciət səhifələri
Ümumi
  • İnzibatçılar
    • müraciət
  • Bürokratlar
    • müraciət
  • İnterfeys inzibatçıları
    • müraciət
  • Botlar
    • istəklər
  • Auto Wiki Browser
    • istəklər
  • Addəyişmə müraciətləri
  • Bərpa üçün namizəd səhifələr
  • İstifadəçi adı dəyişdirmək
  • İstifadəçi hüquqları üçün müraciətlər
  • Silinməyə namizəd səhifələr
    • fayllar
  • Kateqoriya müzakirələri
  • Şablon müzakirələri
    • istəklər
  • Kənd meydanı
    • transliterasiya
  • Yükləmə müraciətləri
  • Yardım masası
İstifadəçi davranışları
  • Təftişçilərə müraciət
  • Şikayət
    • inzibatçı
  • Bloklama tələbləri
  • Mühafizə tələbləri
  • Versiya gizləmə tələbləri
Digər müraciətlər
  • Məqalə namizədləri
    • qiymətləndirmə
  • Tərcümə istəkləri
  • Məqalə istəkləri


Mündəricat

  • 1 Səhifəni yayımlaya bilmədim
  • 2 Şərh
  • 3 İstifadəçi
  • 4 İP ünvanım bloklanıb
  • 5 Azərbaycanlılar
  • 6 Müvəqqəti hesablar
  • 7 Wikisun
  • 8 Problem
  • 9 Məqaləmi paylaşmaq istəyirəm amma deyirki vikiləşdirilməmiş məqalədir
  • 10 Salam, Hikmət Quliyev səhifəsində redaktə etdim. Əsərlərin adı təkrar düşdüyü üçün bəzi təkrarları sildim. Amma redaktə təsdiqlənmir
  • 11 Kömək
  • 12 Ödenişli töhfə siyasəti ilə bağlı məlumatlandırma

Səhifəni yayımlaya bilmədim

redaktə
Son rəy: 13 gün öncə2 şərhMüzakirədə 2 nəfər

Salam bütün mətni özüm yazdım heç bir reklam xarakterli olmadan amma ləğv edildi. Malinda Global (müzakirə) 14:15, 22 iyun 2025 (UTC)Cavabla

Salam. Söhbət hansı səhifədən gedir. Hörmətlə, Vikotals (müzakirə) 18:01, 23 iyun 2025 (UTC)Cavabla

Şərh

redaktə
Son rəy: 6 gün öncə2 şərhMüzakirədə 2 nəfər

Salam Mən öz profikimdə kiçik dəyişikliklər etdim . Amma düzəlişləri sistem qəbul etmədi . inzibatçıya yazmağı məsləhət gördülər. Xahiş edriəm komək edəsiniz Elman Qasımov (müzakirə) 11:54, 30 iyun 2025 (UTC)Cavabla

Nə yazılmışdı? Nemoralis (müzakirə) 13:25, 30 iyun 2025 (UTC)Cavabla

İstifadəçi

redaktə
Son rəy: 2 gün öncə4 şərhMüzakirədə 3 nəfər

Salam. Mən bu istifadəçinin fəaliyyətini destruktiv qiymətləndirirəm. Əvvəlki iradlarıma müzakirə səhifəsində baxa bilərsiz. İndi Toyota FT-HS məqaləsini yaradıb, qısa olduğundan tərcüməyə bir söz demirəm, məzmun enviki ilə eynidi, di gəl ki, mənbələr fərqlidi, uyğun gəlmir. Sadəcə adı keçən saytları əlavə edib. Kiminsə vaxtı olsa redaktələrinə baxar. — Bikar müzakirə 14:12, 30 iyun 2025 (UTC)Cavabla

Salam dəyərli inzibatçılar.Mənim fəaliyyətimidə destruktivlik halları harada var ? Mənim məqsədim Azərbaycan Vikipediyasına fayda verməkdir. Bundan əlavə olaraq istinadlarımın hamısında tək ad keçmir baxış keçirə bilərsiniz. Envikidə məqalənin özündə istinad yox idi mən də google üzərindən araşdırma edib əlavə etmişəm. Mən AzVikipediyyada fəaliyyətə yeni başlamışam müəyyən yanlış əlavələr edə bilərəm ancaq bu o demək deyilki zərər verməkdir məqsədim. Hər kəs birdən birə redaktə etməyi məqalə yaratmağı öyrənə bilməz. Müəyyən səhvlər edərək onlar üzərində də işləyirəm. Sadəcə olaraq bu formada yüksək basqı məni həvəsdən salır. Mən yeni məqalə yaradıram istinadlar əlavə edirəm müəyyən redaktələr edirəm həmçinin vikiləşdirmə də edirəm ki bunlarda məqsədim Azərbaycan Vikipediyasını zenginləşdirməkdir. Mənim Fəaliyyətim təftiş olunsun əgər problemli nəsə aşkar olunarsa və yaxud məqsədimdə destruktivk həqiqətən varsa o zaman ölçü götürülsün. Mən demirəm ki mənim fəaliyyətim mükəmməldir. Kiçik səhvlərim ola bilir qeyd edildikcə onlar üzərində işləyirəm. Hər birimiz bir anlıq təcrübəli Vikipediyaçı olaraq fəaliyyət göstərmişik zamanla öyrənmişik. Sadəcə olaraq mənə maraqlıdır bu istifadəçi niyə bu qədər mənim fəaliyyətimi problemli hesab edir ? Qərəz haradan qaynaqlanır? Hörmətlə: Mehdisoy88 (müzakirə) 14:44, 30 iyun 2025 (UTC)Cavabla
  •   Yoxlanılır... Hörmətlə, Qədir (müzakirə) 11:44, 4 iyul 2025 (UTC)Cavabla
      Tamamlandı: İstifadəçinin fəaliyyətləri yoxlanıldı və xəbərdarlıq edildi. İzləmə siyahıma aldım, nəzarət edəcəyəm. Hörmətlə, Qədir (müzakirə) 21:33, 4 iyul 2025 (UTC)Cavabla

İP ünvanım bloklanıb

redaktə
Son rəy: 6 gün öncə3 şərhMüzakirədə 2 nəfər

Salam. Nemoralisin blokladığı başqa birisi mənim İP ünvanımdan istifadə edib, ona görə də avtomatik bloklanmışam. Digər şəxs üçün səbəb "vandalizm"dir. İstifadəçi: ~2025-101035 Elnare Azeri (müzakirə) 17:05, 30 iyun 2025 (UTC)Cavabla

IP blokunu götürdüm, indi yoxlayın. Nemoralis (müzakirə) 17:07, 30 iyun 2025 (UTC)Cavabla
Təşəkkür edirəm, indi hər şey qaydasındadır. Elnare Azeri (müzakirə) 17:17, 30 iyun 2025 (UTC)Cavabla

Azərbaycanlılar

redaktə
Son rəy: 8 gün öncə1 şərhMüzakirədə 1 nəfər

Hörmətli Vikipediya inzibatçıları,

Azərbaycanlılar məqaləsində xalqın etnik kimliyini ifadə etmək üçün “Azəri” termini işlədilib. Lakin bu ifadə həm elmi ədəbiyyatda, həm də ictimai yaddaşda geniş şəkildə tənqid olunur. Bir çox mənbələrdə bu termin sovet ideologiyasının məhsulu kimi göstərilir və xalqımızın gerçək etnik kimliyini – türk, Azərbaycan türkü, azərbaycanlı – kimi ifadələrlə əvəz edilməsinin daha doğru olduğu qeyd olunur.

Bu məsələ ilə bağlı müvafiq mənbələr, istinadlar və arqumentlərlə müzakirə səhifəsində əsaslı etiraz irəli sürülmüşdür. İstifadəçiləri bu müzakirəyə dəvət edir və mövcud ifadənin dəyişdirilməsini açıq şəkildə tələb edirəm. Bu mövzunu istifadəçilər də dəstəkləyir.

📎 Müzakirə keçidi: Müzakirə:Azərbaycanlılar#Azərbaycanlılar məqaləsində etnik terminoloji uyğunsuzluq barədə etiraz

--Şövqü (müzakirə) 05:06, 28 iyun 2025 (UTC)Cavabla

Müvəqqəti hesablar

redaktə
Son rəy: 2 saat öncə6 şərhMüzakirədə 3 nəfər

Salam. Patrullar bu hesabların ip məlumatlarına baxa bilir? Sofia (müzakirə) 17:25, 1 iyul 2025 (UTC)Cavabla

Xeyr, baxa bilmir. Nemoralis (müzakirə) 18:01, 1 iyul 2025 (UTC)Cavabla
☹☹☹ Sofia (müzakirə) 18:06, 1 iyul 2025 (UTC)Cavabla
Patrullarla bağlı olan tələbləri IPyə baxa bilmə tələbləri ilə birləşdirsək, bu hüququ patrullara da vermək olar. Müzakirəyə ehtiyac var. Ətraflı: mw:Special:PermanentLink/7717563#Clarification on manual granting. Nemoralis (müzakirə) 18:55, 1 iyul 2025 (UTC)Cavabla
Fondun qlobal siyasətinə əsasən 6 ay fəaliyyət və 300 redaktəsi olan istifadəçilərə bu hüququ vermək olar manual olaraq. Nemoralis (müzakirə) 21:33, 6 iyul 2025 (UTC)Cavabla
Şəxsidə də danışmışdıq, hələ də maraqlıdır. Bu hüquq digər istifadəçilərin nə kimi işlərinə yaraya bilər? Hörmətlə, Qədir (müzakirə) 21:42, 6 iyul 2025 (UTC)Cavabla

Wikisun

redaktə
Son rəy: 6 saat öncə8 şərhMüzakirədə 3 nəfər

Salam. 100-dən artıq məqalədə xaric keçid kimi Wikisun göstərilib. AWB/JWB ilə yoxlaya bilərsiniz. Sofia (müzakirə) 22:13, 1 iyul 2025 (UTC)Cavabla

Keçən dəfə təmizləmişdim. Yenə əlavə edilib? Hörmətlə, Qədir (müzakirə) 20:24, 4 iyul 2025 (UTC)Cavabla
May-iyun ayında yaradılan məqalələrdə qalıb hələ də. Sofia (müzakirə) 20:29, 4 iyul 2025 (UTC)Cavabla
Saytı blok siyahısına aldım. Buna rahat bir vaxtı baxa bilərəm, istəsəz ona kimi silinməsində kömək edə bilərsiz. Hörmətlə, Qədir (müzakirə) 20:40, 4 iyul 2025 (UTC)Cavabla
@Sofia, indi yoxladım, təxmini 300 məqalədir. Ya əllə təmizləmək lazımdır, ya da bot bu işi görməlidir. İstifadəçilər (@Samral, @Ulviyya Karim, @Elvinsadiqov) tərəfindən xarici keçid kimi verilmiş bu saytın keçidləri silinib məqalələrə müvafiq olaraq mənbə/mənbəsiz/qaralama şablonları əlavə edilməlidir, həmçinin İstifadəçi:Elvinsadiqov tərəfindən yaradılan məqalələr kateqoriyasızdır. AWB/JWB ilə və ya digər üsullarla edə bilirsinizsə siz edin və ya başqası da müdaxilə edə bilər. Sonra unudulmadan bu başlığı yekunlaşdıraq. Ping: @White Demon, @Nemoralis, @ChanisCaucasi. Hörmətlə, Qədir (müzakirə) 09:51, 5 iyul 2025 (UTC)Cavabla
@Gadir, botlarla təmizlənməsi mümkündürsə, edək lütfən. Kateqoriyasızları çalışacıq həll edək. “Məqalələrə mənbəsiz və ya qaralama şablonları əlavə edilməlidir” fikrinizlə isə əsla razı deyiləm. Çünki buna əsas yoxdur. Məqalələr nə mənbəsizdi, nə də qaralama formasında. samral müzakirə 13:24, 6 iyul 2025 (UTC)Cavabla
@Samral, Sofia həll edib. "Müvafiq olaraq" yazmışam, yəni hansına lazımdırsa. Məsələn, mən sadəcə xarici keçid kimi həmin sayt qeyd edilmiş və məzmunu qaralama məqalə kriteriyalarına cavab verən məqalələr görmüşəm və ola bilər ki, onları siz yaratmamısınız/yazmamısınız. Hörmətlə, Qədir (müzakirə) 13:30, 6 iyul 2025 (UTC)Cavabla
Keçidlər silindi, kateqoriyalar da düzələr. Sofia (müzakirə) 18:03, 6 iyul 2025 (UTC)Cavabla
  Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. 5 iyul 2025

Problem

redaktə
Son rəy: 3 gün öncə3 şərhMüzakirədə 3 nəfər

Salam.Müəllif Süleyman Qaçay oğlu Alıyevlə bağlı hazır məqaləni yerləşdirmək istəyirəm wiki ens.-yaya sadəcə bloklanıram.Zəhmət olmasa bu problemi çözməkdə mənə kömək edin.Məqaləni yayımlaya bilim. Mr.Zakir Alıyev (müzakirə) 12:27, 2 iyul 2025 (UTC)Cavabla

Qaralama səhifənizdəki məzmunu məqalə kimi dərc etməyi deyirsinizsə, dərc etsəniz də o halı ilə silinəcək. Cari versiya uyğun deyil, digər məqalələrə baxaraq təkmilləşdirə bilərsiniz. Ən əsası isə nəzər yetirin: VP:ALİM və VP:VND. Hörmətlə, Qədir (müzakirə) 13:37, 2 iyul 2025 (UTC)Cavabla
salam məndədə bu problem yaşanır siz problemi çözə bildiz həll etdizsə mənlədə paylaşsaz çox şad olaram Kimyahəryerdə (müzakirə) 16:58, 3 iyul 2025 (UTC)Cavabla

Məqaləmi paylaşmaq istəyirəm amma deyirki vikiləşdirilməmiş məqalədir

redaktə
Son rəy: 3 gün öncə2 şərhMüzakirədə 2 nəfər

Anlamadım mən heç bir yerdən kömək almamışam tamamilə öz təxəyyülüm ilə bu məqaləni yazıram.Və dünəndə həqiqətən bu təcrübəni etdim və etdiklərimi ora yazdım.Xaiş edirəm elə edin paylaşılsın məqaləm Kimyahəryerdə (müzakirə) 16:56, 3 iyul 2025 (UTC)Cavabla

Bunu deyirsiniz? Bunu bloq açaraq orada paylaşa bilərsiniz, biz burada ensiklopediya yazırıq, ensiklopedik və elmi üslubda. VP:EƏ, VP:VND və digər ensiklopediya məqalələri ilə tanış olun. Hörmətlə, Qədir (müzakirə) 21:31, 3 iyul 2025 (UTC)Cavabla

Salam, Hikmət Quliyev səhifəsində redaktə etdim. Əsərlərin adı təkrar düşdüyü üçün bəzi təkrarları sildim. Amma redaktə təsdiqlənmir

redaktə
Son rəy: 2 gün öncə4 şərhMüzakirədə 2 nəfər

Zəhmət olmasa münasibət bildirin. Folklor İnstitutu AMEA (müzakirə) 09:20, 4 iyul 2025 (UTC)Cavabla

Zəhmət olmasa, şəxslərin bütün elmi məqalələrinin adlarını məqalələrə daxil etməyin. Vikipediya nədir, nə deyil tanış olun. Həmçinin istifadəçi adınız qaydalara ziddir. Bu adla fəaliyyət göstərə bilməzsiniz, VP:İAD səhifəsinə müraciət edin, əks halda, fəaliyyətiniz məhdudlaşdırılacaq. Nəzərinizə çatdırım ki, redaktə etdiyiniz məqalələrdəki şəxslərlə və təşkilatlarla olan əlaqələrinizi və maraqlarınızı, həmçinin ödəniş alırsınızsa, onu da qaydalara əsasən istifadəçi səhifənizdə açıqlamalısınız. Hörmətlə, Qədir (müzakirə) 10:09, 4 iyul 2025 (UTC)Cavabla
Mən həmin təşkilatın işçisiyəm. Məqalə adları ilə bağlı fikriizi nəzərə alacam. Müəssisəni təmsil etdiyim üçün təşkilatın adına uyğun ad seçməkdə zəhmət olmasa köməklik edəsiniz Folklor İnstitutu AMEA (müzakirə) 10:48, 4 iyul 2025 (UTC)Cavabla
Ümumiyyətlə, işlədiyiniz yerlə bağlı məqalələri redaktə etməyiniz tövsiyə olunmur. İstifadəçi adı seçimi üçün, buyurun, tanış olun: İstifadəçi adı qaydaları. Hörmətlə, Qədir (müzakirə) 11:34, 4 iyul 2025 (UTC)Cavabla

Kömək

redaktə
Son rəy: 2 saat öncə2 şərhMüzakirədə 2 nəfər

Salam. Məqalə yaratdım yerləşdirmək mümkün olmadı. Zərərli fəaliyyət kimi dəyərləndirildi. Səbəb? Və kömək zəhmət olmazsa. Aazizadeh (müzakirə) 21:39, 5 iyul 2025 (UTC)Cavabla

Göstərilən səbəbi açıq yazın. Nemoralis (müzakirə) 22:24, 6 iyul 2025 (UTC)Cavabla

Ödenişli töhfə siyasəti ilə bağlı məlumatlandırma

redaktə
Son rəy: 2 saat öncə17 şərhMüzakirədə 3 nəfər

Salam hörmətli idarəçilər, Atakhanli Nemoralis samral Turkmen Qədir Sura Shukurlu Vikipediyada daha əvvəl Cenab Ulvi adı ilə səhv açılmış və silinmiş məqalənin mövzusu olan Ulvi Əliyev haqqında qaydalara uyğun şəkildə məqalə yaratmaq niyyətindəyəm. Qeyd etmək istəyirəm ki, bu işi tamamilə könüllü olaraq, heç bir maddi və ya digər qarşılıq almadan edirəm. Vikipediya-nın Ücretli Töhfələr Siyasətinə əsasən şəffaflığı təmin etmək üçün bu məlumatı əvvəlcədən təqdim edirəm. Hörmətlə, Çınarcan (müzakirə) 20:58, 6 iyul 2025 (UTC)Cavabla

Siyasət ödəniş alırsınızsa və ya hansısa yaxınlığınız/marağınız/əlaqəniz varsa bunları açıqlamağı tələb edir. Ödəniş almırsız deyirsiz, şəxsi tanıyırsız ya da marağınız var? Yoxdursa açıqlama vermə gərəyi niyə duyursunuz, çünki var? Böyük ehtimalla məqalə silinəcək, çünki şəxs ensiklopedik deyil. Hörmətlə, Qədir (müzakirə) 21:06, 6 iyul 2025 (UTC)Cavabla
Salam. Qədir
Mən burda ödəniş almadan, şəxsi marağım olmadan fəaliyyət göstərirəm. Sadəcə mövzunu tanıdığım və daha əvvəl səhv açılıb-silinmə hallarını bildiyim üçün, ehtiyac yaranmasın deyə əvvəlcədən şəffaf davranmaq istəmişdim.
Sizin bu cür "ödəniş alırsınızsa, çünki var?" kimi ittiham dolu yanaşmanızı isə əsassız hesab edirəm. Əgər ortada sübut və ya fakt yoxdursa, kiminsə niyyətinə bu formada şübhə ilə yanaşmaq Vikipedi prinsiplərinə uyğun deyil.
Mən fəaliyyətimdə siyasətlərə riayət edirəm və hər hansı qayda pozuntusuna yol vermirəm.
Təşəkkür edirəm. Çınarcan (müzakirə) 21:11, 6 iyul 2025 (UTC)Cavabla
Yaxşı oxuyun, yazılıb ki, xüsusi marağınız yoxdursa açıqlama tələb olunmur. Yoxdursa niyə açıqlama vermə kimi bir məcburiyyət hiss edirsiniz? Qeyri-ensiklopedik şəxslərin məqaləsini yaratmaq spam və destruktiv sayılır, bu da o qəbildəndir. Bu qədər əsassız israrınız bu şübhələrin gerçək olmasına inanmağa vadar edir. Hörmətlə, Qədir (müzakirə) 22:03, 6 iyul 2025 (UTC)Cavabla
Mən bir məsələni qeyd etmək istəyirəm. Siz mənə cavab yazırsınız, sonra həmin cavabı silib açıqlamaya sadəcə 'aydındı' yazırsınız. Ardınca isə 10 dəqiqə sonra eyni sildiyiniz mesajı yenidən yazırsınız. Açığı, bu cür davranış anlaşılmaz təsir bağışlayır və qarşı tərəfi çaşdırır. Əgər mövzu barədə fikriniz dəqiqdirsə, buyurun, bir dəfə yazın, qalsın. Yoxsa bu cür silib-yenidən yazmaq nə etikdir, nə də Vikipediya prinsiplərinə uyğundur. Nəyisə artığ bu məsələni uzatmağ istəmirəm... Çınarcan (müzakirə) 22:09, 6 iyul 2025 (UTC)Cavabla
Gərəksiz israrınızdan sonra yazdım. Uzatmırsız, amma hələ də yazırsız :) Hörmətlə, Qədir (müzakirə) 22:16, 6 iyul 2025 (UTC)Cavabla
Qədir bəy, xidmətli statusunda istifadəçiyə alay və emoji ilə cavab vermək nə etik, nə də Vikipediya prinsiplərinə uyğundur. Müzakirə mədəniyyətinə riayət etməyinizi xahiş edirəm. Mövzu mənim tərəfimdən bağlandı. Çınarcan (müzakirə) 22:21, 6 iyul 2025 (UTC)Cavabla
Cənab Ülvi ensiklopedik şəxs deyil. TikTokda ya da orda-burda bir neçə min izləyicisinin olması o şəxsi Vikipediya üçün əhəmiyyətli biri etmir. Yadıma gəlir ki, bu məqalə bir neçə dildə olan Vikipediyada daha yaradılmışdı, hamısını sildirmişəm. Nəzərə alın ki, bu fəaliyyət qadağandır. Nemoralis (müzakirə) 21:11, 6 iyul 2025 (UTC)Cavabla
Qeyd etdiyiniz kimi, əvvəllər müxtəlif dillərdə bu adda məqalələrin yaradıldığını və silindiyini bilirəm, lakin bu fəaliyyətlərin heç biri mənim tərəfimdən həyata keçirilməyib və onlarla heç bir əlaqəm yoxdur.
Mən yalnız Azərbaycan Vikipediyasında qaydalara uyğun ensiklopedik məqalə olub-olmamasını yoxlayaraq fəaliyyət göstərmək niyyətindəydim.
Əgər bu fəaliyyət qaydalara zidd hesab olunursa və mövzu ensiklopedik deyilsə, qərara hörmətlə yanaşaram. Sadəcə əvvəlki fəaliyyətlərlə bağlı üzərimə məsuliyyət götürmədiyimi qeyd etmək istərdim.
Təşəkkür edirəm. Çınarcan (müzakirə) 21:17, 6 iyul 2025 (UTC)Cavabla
Əlavə olaraq qeyd edim ki, şəxsin ensiklopedik olub-olmamasına qərar verərkən yalnız sosial media izləyici sayı və şəxsi təəssürat yox, mövcud müstəqil və etibarlı mənbələrin olub-olmaması əsas götürülməlidir. Cənab Ülvi ilə bağlı bir neçə fərqli media qurumunda yayımlanmış xəbərlər və müsahibələr mövcuddur. Bir neçə nümunəni əlavə edirəm:
  • Marmara Gazetesi
  • Lent.az
  • Manset.az
Bu kimi etibarlı mənbələr mövcud olduğu halda mövzu üzərindən şəxsi yanaşma ilə deyil, qaydalara uyğun qiymətləndirmə aparılması daha məqsədəuyğundur. Qərar idarəçilərə aiddir, lakin arqument kimi mövcud mənbələrin nəzərə alınmasını tövsiyə edirəm.
Təşəkkür edirəm. Çınarcan (müzakirə) 21:35, 6 iyul 2025 (UTC)Cavabla
Bu mənbələrin hamısı şəxsdən alınmış müsahibələrdir. Mən də müsahibə vermişəm 2-3 sayta. Məqaləmi yaradarsız? Nemoralis (müzakirə) 21:37, 6 iyul 2025 (UTC)Cavabla
Məqalə yaradılması üçün əsas şərtlərdən biri şəxslə bağlı yayımlanan məqalələrin yalnız müsahibə olması yox, həm də onun fəaliyyəti və fəaliyyəti ilə bağlı üçüncü tərəf xəbər materiallarının mövcudluğudur. Cənab Ülvi haqqında yayımlanan materiallar arasında təkcə müsahibələr deyil, onun fəaliyyəti və sosial mediada uğurları ilə bağlı xəbər xarakterli yazılar da yer alır.
Əgər təqdim etdiyiniz nümunədə olduğu kimi yalnız şəxsin öz müsahibəsi varsa və heç bir xəbər, analitik və ya fəaliyyət analizi yoxdur, təbii ki, belə halda ensiklopediklik meyarı ödənməz. Amma bu halda təqdim etdiyim mənbələrdə həm müsahibə, həm də xəbər materialları var.
Mənbələrin tam siyahısını nəzərdən keçirmənizi tövsiyə edirəm:
  • Marmara Gazetesi
  • Lent.az
  • Manset.az
Və qərarı yenə də qaydalara əsaslanaraq verməyinizi rica edirəm. Çınarcan (müzakirə) 21:40, 6 iyul 2025 (UTC)Cavabla
Xeyr, mənbə müstəqil şəkildə şəxsin fəaliyyətini araşdırıb paylaşmalıdır, müsahibə alıb paylaşmaq nə jurnalistikadır nə də Vikipediyada etibarlı mənbə hesab olunur. Hər 3 mənbədəki xəbərin başlığı uzaqdan qışqırır ki, mən müsahibəyəm. Nemoralis (müzakirə) 21:46, 6 iyul 2025 (UTC)Cavabla
Bəli, tamamilə doğrudur ki, yalnız şəxsin verdiyi müsahibələr ensiklopediklik üçün yetərli sayılmır. Amma təqdim etdiyim mənbələr arasında təkcə müsahibə yox, şəxsin fəaliyyəti, sosial mediada qazandığı nəticələr və ictimaiyyətə təsiri ilə bağlı xəbər xarakterli materiallar da yer alır.
Məqalə meyarları sadəcə mənbənin müsahibə olub-olmamasına görə yox, ümumi mənbə müxtəlifliyi və şəxsin fəaliyyəti ilə bağlı müstəqil məlumatların olub-olmamasına əsaslanır.
Hər bir halda, təqdim etdiyim mənbələri yenidən nəzərdən keçirməyinizi və mövzunun yalnız "başlıqdan qışqırır" təəssüratına yox, faktiki məzmuna əsasən qiymətləndirilməsini tövsiyə edirəm.
Əlavə müzakirəyə ehtiyac olarsa, qaydalara əsaslanan arqumentlərlə davam etməyə hazıram. Çınarcan (müzakirə) 21:51, 6 iyul 2025 (UTC)Cavabla
Hörmətli Çınarcan. İlk olaraq, zəhmət olmasa, mənə cavab yazanda süni intellektlə yox öz sözlərinizlə yazın. Eyni cümləni dəfələrlə yazıb nəyəsə nail ola bilməyiniz çətindir. Yuxarıda da qeyd etmişəm ki, müsahibə etibarlı mənbə deyil, şəxsin öz dediklərini xəbər saytına qoyub paylaşıblar, bu qədər. Şəxs mən Nobel qazanmışam desə onu da paylaşacaqlar. Bu qədər sadə. Nemoralis (müzakirə) 21:57, 6 iyul 2025 (UTC)Cavabla
Qeydinizə hörmətlə yanaşıram. Əvvəlki mesajlarımda da bildirmişdim ki, yalnız şəxsin dediklərinə əsaslanan mənbələr ensiklopediklik üçün kifayət etmir. Lakin təqdim etdiyim mənbələrin bir hissəsində yalnız müsahibə yox, eyni zamanda onun fəaliyyəti və ictimai təsiri barədə məlumatlar da mövcuddur.
Əlavə olaraq qeyd edim ki, buradakı fikirlərim və yazdıqlarım şəxsən özümə aiddir, süni intellekt və ya hər hansı avtomat vasitə ilə yazılmayıb. İstənilən halda şəxsi təəssüratdan çox, qaydalara və konkret mənbələrin məzmununa əsaslanaraq qərar verilməsinin daha doğru olduğunu düşünürəm. Vikipediya şəxsi yanaşma ilə yox, müstəqil mənbələrin faktiki məzmunu ilə işləyən platformadır.
Əgər sizdə mənbələrin məzmununu tam araşdırmadan yalnız başlıq və müsahibə etiketi ilə qiymətləndirmə varsa, bunu da qeyd etmək yerinə düşər. Çınarcan (müzakirə) 22:02, 6 iyul 2025 (UTC)Cavabla
Başa düşmürəm, bir mövzuya aydınlıq gətirmək üçün israr etməyim, süni intellektlə yazdığım deməkdirmi Çınarcan (müzakirə) 22:03, 6 iyul 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:İnzibatçılara_müraciət&oldid=8232901"
GECE.WS