Vikipediyadan istifadə ilə bağlı suallarınızı Vikipediya:Yardım masası səhifəsində qeyd edin.
Salamlar. Son bir neçə ildir davam edən və öz həllinə çatmayan məsələlərdən biri Azərbaycan Vikimediaçıları İstifadəçi Qrupunun İdarə heyətinin formalaşdırılması məsələsidir. Bir çox istifadəçi bu məsələ ilə bağlı fikirlərini bildirib İdarə heyətinin formalaşdırılmasını istəsələr də, həm fikir ayrılıqlarına, həm də müəyyən dərəcədə passivliyə görə məsələ həll olunmamış qalıb. Hazırda mən də daxil olmaqla oflaynda aktiv olan bir sıra istifadəçilər qəti şəkildə bu məsələnin həll olunmasını istəyirlər. Hazırkı vəziyyəti nəzərə aldıqda İdarə heyətinin formalaşdırılmasını istəyiriksə, proses bir neçə mərhələdən ibarət olmalıdır:
İstifadəçi qrupunun idarə heyəti ilə bağlı qaydalar yazılmış olsa da, həmin qaydalar heç vaxt qəbul olunmayıb, təkmil deyil və boşluqlar nəzərə çarpır. Həmin qaydalar əsasında idarə heyəti formalaşdırmaq mümkün deyil. Hazırda mən digər aktiv istifadəçilərlə də məsləhətləşərək daha təkmil olan qaydalar üzərində işləyirəm. Bu qaydalar idarə heyətini və istifadəçi qrupuna üzvlüyü əhatə edir. Konsepsiya bundan ibarətdir ki, bundan sonra istifadəçi qrupuna üzvlük şərtləri gətiriləcək və həmin tələbləri qarşılayan istifadəçilər müraciət əsasında istifadəçi qrupunun üzvü kimi təsdiqlənəcəklər. Yəni sadəcə imza atmaq istifadəçi qrupunun üzvü olmaq üçün kifayət etməyəcək. İstifadəçi qrupunun üzvləri də anonim səsvermə ilə İdarə heyətini seçəcəklər. Qaydaların qaralama versiyası ilə buradan tanış ola bilərsiz (Etherpad linki, redaktə də edə bilərsiz).
Dediyim kimi, qaydalar üzərində bir az da işləmək lazımdır. Qaydaları təkmilləşdirmək üçün geniş tərkibdə görüşə bilərik və ya təklifləri olanlar burada da öz fikirlərini bildirə bilərlər. Məsələn, İdarə heyəti üçün seçkilərin formatı müzakirə mövzusu ola bilər. Əleyhinə/lehinə səslərlə səsvermə də mümkündür, amma hər seçicinin namizədləri sıraladığı (məsələn, 7 namizəd var, ən çox seçilməsini istədiyin namizədi 1-ci yerdə göstərirsən, ən az seçilməsini istədiyini 7-ci yerdə) və ən çox bal alan 5 namizədin seçildiyi format da qəbul oluna bilər. Qaydalar üzərində iş tam başa çatdıqdan sonra I mərhələyə start veriləcək və istifadəçi qrupunun hazırkı üzvlərinin iştirakı ilə səsvermə başlayacaq. İki səsvemənin olması planlaşdırılır: istifadəçi qrupuna üzvlük üçün ayrı, idarə heyəti haqqında ayrı səsvermə. Hazırkı təklifi və konsepsiyanı dəstəkləyənlər Lehinə: şablonu ilə fikirlərini bildirsələr çox yaxşı olardı. Düşünürəm ki, bu məsələnin üstünə düşmək üçün onsuz da xeyli gecikmişik, amma daha da gecikə bilərik və xüsusilə, oflaynda aktiv olan və olmuş hər bir istifadəçinin məsələyə münasibət bildirməsi vacibdir. Sousou no Frieren 17:23, 15 iyun 2025 (UTC)Cavabla
White Demon, təşəbbüsünüz üçün təşəkkür edirəm, gözəl və yerində oldu. Mənə sadəcə maraqlıdır ki, idarə heyəti üzvlərinin tədbirlərdə iştirakı necə tənzimlənəcək? Hər tədbir üçün istifadəçiləri bu heyətmi seçəcək? Qaydalara nəzər yetirəcəm. Hörmətlə, Qədir (müzakirə) 21:42, 15 iyun 2025 (UTC)Cavabla
White Demon, bir neçə məqamla bağlı fikrini öyrənmək istərdim:
Səbrin və diqqətin üçün təşəkkürlər) -- Rüfət Həsənli 07:18, 18 iyun 2025 (UTC)Cavabla
Salam, yuxarıdakı mərhələdə artıq qaydaları formalaşdırdıq və dəyişiklikləri icma olaraq dəstəklədik. İndi isə artıq I mərhələyə başlayırıq və qaydaları rəsmi olaraq təsdiqləyirik. Mən Metadan istifadəçi qrupunun üzvlərinə ümumi mesaj göndərəcəm və 09 iyul 2025-ci ildə səsverməni başladaq. Qaydalar bu səhifədədir. Onların rəsmiləşdirilməsi isə burada aparılacaq.--Turkmen müzakirə 05:51, 7 iyul 2025 (UTC)Cavabla