Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə yerləşən qədim və ölkə əhəmiyyətli memarlıq abidəsidir. Onun tikinti tarixi VI-VII əsrlərə aid edilir [1].
Didivan | |
---|---|
![]() | |
![]() | |
41°02′52″ şm. e. 45°16′44″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Qazax |
Yerləşir | Xanlıqlar |
Aidiyyatı | VI-VII əsrlər |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyəti |
İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.
Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları Coqaz çayın sahilində və Cəfərli kəndinin yaxınlığında da var.
Didivan qalası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı (02.08.2001-ci il) ilə dövlət qeydiyyatına alınmış ölkə əhəmiyyətli memarlıq abidəsidir və hazırda nümayiş obyekti kimi istifadə olunur.
Bəzi ehtimallara görə, Didivan qalası hələ e.ə. I minillikdə inşa olunub və Avey dağındakı Alban məbədi ilə birlikdə ərazinin müdafiə sisteminin tərkib hissəsi olub. Qala İrəvandan Qazaxa gedən qədim karvan yolunun kənarında, Didivan dağının zirvəsində yerləşir. Həmçinin, qalanın altında gizli keçidlərin olduğu barədə də rəvayətlər mövcuddur.
Qədim tikili memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr sırasındadır. Qabarıq konusvari formada olduğu üçün bəzən bu abidəni yel dəyirmanına da bənzədirlər. Lakin qüllənin daxili konstruksiyası belə bir tipoloji qurğu xüsusiyyətinin olmadığını aydın formada əks etdirir.[2].