Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Manaf Novruz oğlu Ağayev (26 aprel 1964, Füzuli) — azərbaycanlı müğənni.
Manaf Ağayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1964(1964-04-26) (61 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1980-ci ildən |
Manaf Ağayev 1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini də məhz Füzuli rayonunda alıb. Musiqiyə həvəsi uşaqlıqdan yaranıb. Məktəb illərində müxtəlif musiqi müsabiqələrində, festivallarda, eləcə də "Füzuli Mədəniyyət Evi"ndə bir sıra uğurlu çıxışları olub.
Orta məktəbi bitirdikdən sonra 1982–84-cü illərdə hərbi xidmətdə olub.
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Mədəni-Maarif" fakültəsinə daxil olub.
İlk albomu 1996-cı ildə işıq üzü görüb və ardıcıllıqla hər il yeni albomlar buraxıb. Bakıda, Sumqayıtda və eləcə də bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib.
2002-ci ildə Manaf Ağayevə həsr edilmiş "Vətənə getməyim gəlir" adlı kitab işıq üzü görüb.
Ən uğurlu nailiyyətlərindən biri 2009-cu ildə ANS TV-də yayımlanan "Toylar kralı" adlı yarışmanın qalibi olmasıdır.
Evlidir, 3 övladı var.
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |