Köhnə dudman — Qəhrəman Pərviz Xan dürüst kəndli Allahquluya zülm edir. Oğlu Bədəlin Rəhim xanına yüz əlli qızıl satır və gözəl qızı Gülsanları qaçırır. Allahkülü Parviz Xan onu asmaq əmrini verdi. Bədəl Rəhim xandan qaçmağa və onun yoldaşları ilə birlikdə dağlara doğru hərəkət etməyə çalışır.
Ağaəli Dadaşov — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi. 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N.Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
Sona Salman qızı Hacıyeva (25 iyun, 1907, Şəki – 24 dekabr, 1979, Bakı) – Azərbaycan aktrisası. Mədəniyyət tariximizin unudulmaz simalarından biri olan xalq artisti Sona Hacıyeva milli səhnəmizin ən parlaq ulduzlarından biri olmuşdur. O, elə bir zamanda səhnə fəaliyyətinə başlamışdı ki, bu ağır sənətə nəinki qadınların, hətta kişilərin də belə gəlməsi xoş olmayan münasibətlə qarşılanır, ağır hadisələrlə nəticələnirdi. Görkəmli səhnə ustalarından Əbülhəsən Anaplının, Əbülfət Vəlinin, Hüseyn Ərəblinskinin qətlə yetirilməsi çoxunun gözünü qorxutsa da, millətinin sabahını düşünən işıqlı insanları öz əqidəsindən döndərə bilməmişdi. Belə bir qorxulu və çətin şəraitdə teatra üz tutanlar, sənəti ürəkdən sevənlər, xalqın savadlanması, maariflənməsi üçün həyatlarını çəkinmədən qurban verirdilər.
San-Karlo teatrı (it.Teatro di San Carlo) — İtaliyanınNeapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.
Əbdürrəhim bəy Haqverdiyev (17 may 1870, Şuşa – 17 dekabr 1933, Bakı) — görkəmli Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi (1932). 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881–1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891–1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir.