Reina gecə klubunda terror aktı - 2017-ci ilin 1 yanvar tarixində gecə saat 01:12-də İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror aktı. AK-47 avtomatı və Əl qumbarası ilə gercəkləşdirilmiş terror aktı nəticəsində ilkin məlumatlara görə 39 nəfər həlak olmuş, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Reina gecə klubunda terror aktı | |
---|---|
![]() | |
Hücum yeri |
Beşiktaş, İstanbul, ![]() |
Vaxt |
1 yanvar, 2017 01:12 (UTC+3) |
Silah | AK-47 və Əl qumbarası |
Həlak olanlar | 39 |
Yaralılar | 69 |
![]() |
Terror aktının naməlum şəxs tərəfindən əsasən AK-47 avtomatı ilə törədildiyi bildirilir. Santa Klaus forması geyinmiş şəxs girişdəki polis əməkdaşını öldürdükdən sonra içəri daxil olaraq gecə klubunda əylənən kütlənin üzərinə sərbəst atəş açmağa başlamışdır. İlk atəşin 01:15 də açıldığı bildirilir.[1][2][3]
Atəş açılan zaman Reina gecə klubunda 700 nəfərə yaxın şəxsin Yeni ili qarşılamaq üçün orada olduğu qeyd olunub.[4] 39 nəfər açılan atəşlər nəticəsində dünyasını dəyişib[5][6][7] (15 nəfərə yaxının xarici ölkə vətəndaşı olduğu bildilir)[8] və 69 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bilidilir.[9] Polis tərəfindən hadisənin baş verdiyi ərazi mühafizə altına alınıb.[10] Onlarla insan terror aktının qurbanı olmamaq üçün hündürlükdən tullanaraq canlarının qurtarmağa çalışıblar[11]
Ölkə | Ölü | Yaralı | Mənbə |
---|---|---|---|
Türkiyə | 11 | məlum deyil | [12] |
Səudiyyə Ərəbistanı | 7 | 9 | [13][14] |
İraq | 2 | 0 | [13] |
Livan | 3 | 7 | [14][15] |
İordaniya | 2 | 4 | [16] |
Hindistan | 2 | 0 | [17] |
Tunis | 2 | 0 | [18] |
Liviya | 1 | 3 | [19] |
İsrail | 1 | 1 | [20][21][22] |
Kanada | 1 | 0 | [13] |
Belçika | 1 | 0 | [23] |
Suriya | 1 | 0 | [13] |
Küveyt | 1 | 0 | [24] |
Fransa | 3 | [25] | |
Mərakeş | 2 | 3 | [26] |
Azərbaycan | 2 | [27] | |
Bolqarıstan | 1 | [28] | |
Məlum deyil | 1 | 36 | [12] |
Cəmi | 39 | 69 | [12] |