. Gece.ws

Rentgen Sualari - Wikipedia - Gece.ws

Ana Səhifə - Rentgen Sualari

Rentgen şüaları — fotonlarının enerjisi elektromaqnit dalğaları şkalasında ultrabənövşəyi şüalanma ilə qamma şüalanma arasında yerləşən (10 eV-dən bir neçə MeV-ə qədər) elektromaqnit dalğaları. Bu, ~103-dən ~10−2 Å (~102-dən ~10−3 nm) dalğa uzunluqlarına uyğundur.[1]

Rentgen borusu-Rentgen şüalarını almaq üçün istifadə olunan cihaz.
Rentgen şüaları sürətli elektronların metal hədəflə toqquşmasından sonra yaranır.
Bakıda yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserdə rentgen otağı

Tarixi

redaktə

Rentgen şüalanması Vilhelm Konrad Rentgen tərəfindən kəşf edilmişdir. 1895-ci il noyabrın 8-də axşam saatlarında katod şüalarını təcrübə ilə öyrənən zaman Rentgen qaranlıq otaqda katod-şüa borusunun yaxınlığında platinosinerodist barium ilə örtülmüş kartonun işıqlandığını müşahidə etdi. Növbəti bir neçə həftə ərzində o, yeni kəşf etdiyi və "X-şüaları" (iks-şüaları) adlandırdığı şüalanmanın bütün əsas xüsusiyyətlərini öyrəndi. 1895-ci il dekabrın 22-də Rentgen Vürtsburq Universitetinin Fizika İnstitutunda kəşfi haqqında ilk ictimai çıxışını etdi. 1895-ci il dekabrın 28-də Vürtsburq Fizika-Tibb Cəmiyyətinin jurnalında Rentgenin "Yeni növ şüalar haqqında" adlı məqaləsi dərc olunmuşdur.[2]

Bəzi məlumatlara görə, yalnız 1896-cı ildə nəşr edilmiş[3][4] və onlara istinad edən mənbələrdə X-şüalarının fotokimyəvi təsirə malik olduğu Rentgendən 11 il əvvəl, Bakı real məktəbinin direktoru və fizika müəllimi, Bakı Fotoqrafiya Həvəskarları Dərnəyinin sədri Yeqor Semyonoviç Kamenski (1838–1895) tərəfindən təsvir edilmişdir. Həmin dərnəyin katibi Aleksandr Mişon da guya rentgenə bənzər fotoqrafiya təcrübələri aparmışdı, lakin 1949-cu il fevralın 22-də SSRİ Elmlər Akademiyasının Fizika-Riyaziyyat Elmləri Tarixi Komissiyasının iclasında Kamenskinin prioritetini əsaslandırmaq üçün mövcud materialın kifayət etmədiyi qənaətinə gəlinmiş və daha dəqiq və etibarlı məlumatların axtarışının davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.[5]

Bəzi mənbələr rentgen şüalarının kəşfçisi kimi ukraynalı fizik İvan Pavloviç Pulyuyu göstərir, o, Rentgenin kəşfi dərc etməsindən 10 il əvvəl vakuum borularında axınlarla maraqlanmağa başlamışdı. Bu iddialara görə, Pulyuy qeyri-şəffaf obyektlərdən keçən və foto lövhələri işıqlandıran şüaları müşahidə etmişdi. 1890-cı ildə guya qurbağa skeleti və uşaq əlinin fotoşəkillərini əldə etmiş və Avropa jurnallarında dərc etdirmişdi, lakin şüaların ətraflı öyrənilməsi və patent alınması ilə məşğul olmamışdı.[6] Bu fikir R. Qayda və R. Plyaşkonun Pulyuya həsr olunmuş monoqrafiyasında[7] və fizika tarixinə dair digər əsərlərdə təkzib edilir, burada bu əfsanənin mənşəyi və inkişafı ətraflı təhlil olunur.[8]. Pulyuy həqiqətən də rentgen şüalanmasının fizikasının öyrənilməsinə və tətbiq metodlarına böyük töhfə vermişdir (məsələn, rentgen şüaları ilə şüalanan qazlarda elektrik keçiriciliyinin yaranmasını ilk dəfə kəşf etmişdir), lakin bu, Rentgenin kəşfindən sonra olmuşdur.[7]

İstinadlar

redaktə
  1. ↑ Блохин М. А. Рентгеновское излучение // Физическая энциклопедия : [в 5 т.] / Гл. ред. А. М. Прохоров. — М.: Большая российская энциклопедия, 1994. — Т. 4: Пойнтинга — Робертсона — Стримеры. — С. 375–377. — 704 с. — 40 000 экз. — ISBN 5-85270-087-8.
  2. ↑ W. C. Röntgen. "Ueber eine neue Art von Strahlen". Sonderabbdruck aus den Sitzungsberichten der Würzburger Physik.-medic. Gesellschaft. 1895. /.
  3. ↑ "Природа и люди". — № 28, 1896.
  4. ↑ Каспий. — Газета. — Баку, 1896.
  5. ↑ В Комиссии по истории физико-математических наук // Вестник АН СССР . 19 (4). 1949. 83—84. 2019-02-24 tarixində arxivləşdirilib.
  6. ↑ "Отечественная рентгенология". Рентгенодиагностика. 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-16.
  7. ↑ 1 2 Гайда Р., Пляцко Р. Іван Пулюй. 1845–1918: Життєписно-бібліографічний нарис / Наукове товариство імені Шевченка у Львові / Олег Купчинський (відп. ред.). — Львів. — 1998. — 284 с. — (Визначні діячі НПШ; 7). — На обкл. автор не зазначений. — ISBN 5-7707-8500-4.
  8. ↑ Фіалков Л. Іван Пулюй ніколи не спростовував відкриття Рентгена // Вісник НАНУ (ukrayna) (9—10). 1996. 93—95.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rentgen_şüaları&oldid=8171389"
GECE.WS