Ukrayna İnternet Partiyası (ukr. Інтернет Партія України) – Ukraynada yaradılmış siyasi partiya. Baş qərargahı Odessa şəhərində yerləşir. Dünyanın ilk internet partiyası kimi təqdim olunur.[1]
![]() | |
Lideri | Dmitri Qolubov |
Quruluş tarixi | 2007 |
Baş qərargah | Odessa |
Rəngləri | yaşıl və ağ |
Saytı | ipu.com.ua — rəsmi saytı |
Bayrağı |
![]() |
![]() |
Partiya 2007-ci ildə haker Dmitri Qolubov tərəfindən qurulmuşdur. Partiyanın yaradılması konqresi 1 oktyabr 2007-ci ildə baş tutmuşdur. Partiya rəsmi olaraq 24 fevral 2009-cu ildə təqdim olunmuş, 1 martda ilk rəsmi konqresi keçirilmişdir. Partiyanın şüarı "bürokratiyaya qarşı elektron hökumət" adlanır.[1]
2012-ci ildə keçirilmiş Ukrayna parlament seçkilərində partiya bir yer uğrunda mübarizə aparmış, lakin parlamentdə təmsil oluna bilməmişdir.[2][3] 2014-cü ildə partiya Dart Veyder adlı bir şəxsi namizəd göstərməyə cəhd etmişdir. Lakin şəxsin real kimliyi təsdiqlənmədiyi üçün onun qeydiyyatı qəbul edilməmişdir.[4][5][6] Partiya Dart Vader adlı şəxsi 2014-cü ildə Kiyev və Odessa şəhərinin mer seçkiləri üçün də namizəd göstərilmişdir.[7][8] 2014-cü ildəki Ukrayna parlament seçkilərində partiya Dart Veyder ilə yanaşı digər "Ulduz müharibələri" personajlarını – Çubakka, Padme Amidala və Yodanı namizəd kimi təqdim etmişdir.[9] Seçkilər zamanı partiya tələb olunan 5% həddi keçə bilməmiş və səslərin cəmi 0,36%-ni toplamışdır.[10] Partiya qurucusu Qolubov parlamentə seçilə bilmişdir.[11]
23 oktyabr 2015-ci ildə İnternet Partiyasının üzvləri Dart Vader heykəlinin açılış mərasimində iştirak etmişdir. Bu heykəl Odessada yerləşən Lenin heykəlinin sənətçi Aleksandr Milov tərəfindən modifikasiya edilməsi ilə yaradılmışdır.[12][13]
2019-cu ildəki Ukrayna parlament seçkilərində partiyanın bir namizədi olsa da, səslərin cəmi 0,15%-ni (133 səs) toplaya bilmişdir.[14] Partiya lideri Qolubov bu dəfə müstəqil namizəd kimi parlamentə seçilmişdir.[11]
Ukrayna İnternet Partiyasının məqsədlərinə bütün ölkəni kompüterləşdirmək, rəqəmsal mediaya keçid etmək, əhalini pulsuz kompüter kursları ilə təmin etmək, bürokratiyanın neqativ tərəflərini yox etmək, vergi sisteminin liberallaşdırılması, spirtli içkiləri və siqareti qadağan etmək, kənd təsərrüfatı islahatları aparmaq kimi hədəflər daxildir.[1]