![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Hamını finala keçməyimiz münasibətilə təbrik edirəm. Safuraya finalda uğurlar arzulayıram.--Eмϊn >> 21:07, 27 May 2010 (UTC)
Məndə bu təbrikə qoşuluram. :) --Pərviz 21:15, 27 May 2010 (UTC)
Təbrik edirəm :) --Ira 21:17, 27 May 2010 (UTC)
Gözümüz aydın --sefer azeri 02:53, 28 May 2010 (UTC)
Özünü itirməsəydi lap yaxşı olardı. Final üçün qorxuram. Bu qədər pul xərcləyirlər, qızın psixoloji hazırlığını heç düşünməyiblər. Finala çıxana kimi ürəyim az qala partlasın... Təbrik edirəm! :) --Proger danış 22:35, 27 May 2010 (UTC)
Təbrik edirəm.proger kimin fikirləşirəm.--Axan.bulut 10:11, 28 May 2010 (UTC)
Bu başlığı açanda birinci olacağımızı fikirləşirdim. Amma beşinci olduq. Birinci olmasaqda, ermənistanı qabaqladıq. Hamını təbrik edirəm!--Eмϊn >> 22:23, 29 May 2010 (UTC)
Beşinici rütbə iyi nəticə dir.təbrik edirəm--Axan.bulut 22:43, 29 May 2010 (UTC)--Axan.bulut 22:43, 29 May 2010 (UTC)
Beşinci olsaqda, hamını təbrik edirəm! İnşallah gələn il qalib gələrik! Amin deməyən dillər qurusun... :)) --Pərviz 23:05, 29 May 2010 (UTC)
Bütün azərbaycanlıları və Azərbaycan dostlarını istedadlı Azərbaycan qızı Səfurə Əlizadənin Avroviziya mahnı yarışmasında uğuru münasibətilə təbrik edirəm.Rəqabət böyük olsa da o qalib gəldi.--Acategory 13:49, 30 May 2010 (UTC)
Aminnnnnnnnnnnnnnnnnnn --E-citizen 07:37, 1 İyun 2010 (UTC)
Bildiyiniz kimi hər il dünyanın 1 ölkəsində Wikimedia fondu layihələrinin fəal iştirakçılarının toplantısı keçirilir. Bu il toplantı Polşanın Qdansk şəhərində 9-11 iyul tarixləri arasında keçiriləcək. Çox böyük ehtimal ki, mən orada Azərbaycandilli Vikipediyanın idarəçisi və təmsilçisi kimi iştirak edəcəm. Azərbaycandan, mənim bildiyim qədər, daha bir-neçə nümayəndə olacaq. Fəaliyyətimizi koordinə etmək üçün daha kimlərin tədbirdə iştirak edəcəyini bilmək istərdim. İştirak etmək imkanı olmayan vikidaşlarımız da (ifadə mənə məxsus deyil:)) öz fikirlərini, təkliflərini burda yaza bilərlər - bu bizə tədbirdə hansı problemləri qabartmağın lazım olması ilə bağlı böyük kömək olardı. Hörmətlə:--Sortilegus 20:37, 31 May 2010 (UTC)
Əfsuslar olsun ki, bu tədbirdə mən iştirak edə bilməyəcəyəm. Çox istərdim ki, orada olum. Lakin bu mümkün deyil. İnanıram ki, Sortilegus və digərləri bizi layiqincə təmsil edəcəklər. Yaxşı olardı ki, Qdanskdan əvvəl Bakıda bir toplantı keçirək. Nümayəndə heyətimizə uğurlar arzu edirəm. -- Cekli829 10:00, 1 iyun 2010 (Cek vaxtı ilə)
Sortilegus, Azərbaycan Vikipediyaçıları adından salamımızı bizi tanıyanlara və şəxsən Cimboya yetirin. Konfrans işyirakçılarının, şəhərin və ümumiyyətlə maraqlı yerlərin şəklini çəkmək yaddan çıxmasın :) --Ira 05:32, 1 İyun 2010 (UTC)
Arzu və istəklər öz yerində. Cimboyla bir şəkil də çəkdirərəm, zakaz versəniz:) Mən əsasən istəyirəm 2 əlifbalı Vikipediya məsələsini orda qabardım, bununla bağlı digər vikipediyaların təcrübəsini öyrənim, ya o yanlıq, ya bu yanlıq bu məsələni bu il birdəfəlik həll edək. Ceklinin təklifini də dəstəkləyirəm. Amma bəlkə biz konfransa qatılaq, qayıdandan sonra burda bir görüş keçirək. Mən də sizin qarşınızda hesabat xarakterli bir nitq yapım?:) Çalışacam vikipediyamızı layiqincə təmsil edim. Bannerimizi də aparacam, imkan olsa konfrans zalında bir yaxşı yerdə divardan asacam (bannerimiz də maşallah, 2 metr uzununa, metr yarım eninədir:)) --Sortilegus 15:14, 1 İyun 2010 (UTC)
Bannerin sağında və solunda Şimali və Cənubi Azərbaycan bayraqlarını da qoymağı unutma. Gedib-gəlin, sonra görüşərik. -- Cekli829 9:10, 2 iyun 2010 (Cek vaxtı ilə)
Hörmətli Sortilegus! Qdansk şəhərində Wikimedia fondu layihələrinin fəal iştirakçılarının toplantısının növbəti illərdə Bakıda və yaxud Sumqayıtda və yaxud da Azərbaycanın hər hansısa bir regionunda keçirilməsinə nail olmaq üçün təşəbbüs göstərməyinizi tövsiyyə edirəm. -- Cekli829 11:41, 4 iyun 2010 (Cek vaxtı ilə)
Hə, ideya kimi orda dövriyyəyə buraxmaq olar. Onun üçün çox ciddi iş görülməlidir. Tək bizim təşəbbüs göstərməyimizlə iş düzəlməz. Ya dövlət səviyyəsində, ya qeyri-hökumət qurumları səviyyəsində iş aparılmalıdır. --Sortilegus 17:48, 4 İyun 2010 (UTC)
Son illər dövlətimizin bu kimi tədbirlərin təşkilində böyük təcrübəsi var. Ümid edirəm ki, əməli fəaliyyətə keçsək dövlət bizi dəstəkləyəcəkdir. -- Cekli829 11:30, 5 iyun 2010 (Cek vaxtı ilə)
Azərbaycandilli Vikipediyada idarəçi seçkisi keçirilir. Qeydiyyatdan keçmiş istifadəçilər səsvermədə bu səhifədə → Vikipediya:İdarəçilər iştirak edə bilərlər.--Sortilegus 16:21, 2 İyun 2010 (UTC)
Hörmətli az.vikipediyaçılar ! 4 iyun 2010-cu ildə azərbaycan səhifəsindəki ” Şuşa (1978) ” məqaləsinə müəyyən düzəlişlər etdim.Düzəlişdən saat yarım sonra məqalənin yaradıcısı = Vusal1981 = adlı dostumuz heç bir səbəb göstərmədən etdiyim bütün düzəlişləri rədd edərək köhnə variantı qaytardı.
Onun bu hərəkətinin mahiyyətini başa düşə bilmirəm.
Etdiyim düzəlişlər aşağıdakı xarakterdədir :
Dostumuz = Vusal1981 = bütün bu düzəlişləri rədd etdi.
Mən bilmək istəyirəm :
Hamınıza hörmətlə --Acategory 17:10, 4 İyun 2010 (UTC)
--Vüsal Ağayev 07:10, 5 İyun 2010 (UTC)
Hörmətli dostlar.Məsələyə münasibət bilidirdiyinizə görə hamınıza təşəkkür edirəm.Mən lazım olan cavabı aldım.Müzakirələri dost söhbəti və elmi mübahisələr hesab edirəm.Deyilənlərlə bağlı demək istəyirəm ki :
Və ən əsası. Azərbaycan Vikipediyasında mən ciddi, həvəsli və elmli bir kollektiv görürəm.Yaranmış və yeni məqlələrdə məsuliyyətli yanaşma hiss edilir.Bu və yeni gələcək insanlarla Vikipediyamızın daha da elmili və maraqlı olacağına inanıram.
Hamınıza böyük hörmətlə və mehribançılıq arzusu ilə --Acategory 08:20, 5 İyun 2010 (UTC)
İcazənizlə mən də bu məsələylə bağlı bir kaç kəlmə söyləyim:) Azərbaycan dilinin qaydalarına əməl etməmiz vacib məsələ deyil, tələbdir. Təxminən 2 il bundan qabaq AzVikidə bu qaydalara əməl olunan məqalələri barmaqla saymaq olardı. Türk və Azərbaycan dillərinin qarışığı olan bir vikipediyaydı. Bu gün bu problem Azərbaycan dilini mükəmməl bilən fəal istifadəçilərimizin sayəsində qismən həll olunub, amma hələ bu sahədə görüləsi çoxlu işlər var. lərin geri qaytarılması normal haldır. Məsələn, ola bilər ki bir istifadəçi birdəfəlik redaktədə 50 lazımsız, 5 lazımlı, düzgün redaktə edib. Bütün məqaləni oxuyub onun 50 lazımsız redaktəsini bir-bir düzəltməkdənsə, elə 5 lazımlı redaktəni qurban verib məqaləni əvvəlki halına qaytarmaq daha məqsədəuyğundur. Əgər bu mübahisə doğurursa redaktəni geri qaytaran istifadəçinin müzakirə səhifəsində bunu müzakirə etmək lazımdır. Kənd meydanında yalnız bütün vikicəmiyyət üçün vacib olan məsələlər müzakirəyə çıxarılır. Digər bir məsələ, hər yeni istifadəçi AzVikini öz zövqünə uyğun, özü düzgün bildiyi kimi redaktə edib dəyişdirə bilməz. Heç idarəçilərin də buna ixtiyarları yoxdur. Burda artıq qəbul olunmuş qəliblər, stillər var. Bəli, onların da bəzilərində yanlışlıqlar tapmaq olar. Bu cür kütləvi dəyişiklik aparmaq üçün mütləq ümumi razılıq olmalıdır. İlk günlərdən fəal olan yeni istifadəçilər (sevindirici haldır ki, son vaxtlar belələrinin sayı artıb) çalışıb əvvəlcə AzVikinin iş prinsipini, qanun-qaydalarını, ilkin texniki məsələləri öyrənməlidirlər. Bunları biləndən sonra artıq məncə, bu cür məsələləri onlar özləri üçün asanlıqla çözə bilərlər.Hörmətlə:--Sortilegus 18:09, 5 İyun 2010 (UTC)
Azərbaycan dilinin qaydalarına əməl etmək "AzVikinin iş prinsipini, qanun-qaydalarını, ilkin texniki məsələləri öyrənməlidirlər" prinsipi ilə üst-üstə düşməlidir. Əgər AzVikinin iş prinsipi Azərbaycan dilinin və qrammatikasının təhrif olunmasına yönəlibsə, ilk növbədə bu prinsiplər dəyişdirilməlidir. --Ira 19:42, 5 İyun 2010 (UTC)
Bu məsələylə bağlı istifadəçi Acategorynin müzakirə səhifəsində yazmışam. [1] Yəni bu texniki məsələləri bilmək vacibdir.--Sortilegus 19:52, 5 İyun 2010 (UTC)
Nəhayət, 2006-cı ildə AR TN tərəfindən təsdiq olunmuş və 2009-cu ildə çapdan çıxmış ali məktəblər üçün dərslik olan "Ali bitkilərin sistematikası" kitabı (müəllifi Elşad Qurbanovdur) əlimə düşüb. Sistematika ilə bağlı E-citizenlə əvvəllər söhbət etmişdik və bizim düşündüyümüz kimi də oldu. Belə ki, bizdə istər orta məktəblərdə, istərsə də internet səhifələrində verilən əksər fəsilə adları bu kitabda Sıra kimi gedir. AzVikidəki bütün sistematikanı bu kitab əsasında aparılmasına münasibətinizi bilmək istərdim?
Bu məsələ müsbət həll olunsa, nəhayət botanika ilə bağlı fəsilə, sıra və şöbə adları ilə bağlı bu şübhəli məsələlərə də birdəfəlik son qoymağa nail ola biləcəyimizə ümid edirəm.
Kitabdakı taksonlar burada verilib. Hörmətlə --Vago 07:57, 5 İyun 2010 (UTC)
Hallo, my name us Anastasiya Lvova, I'm "duty" in Connectivity project. The essence of the "Connectivity" project is to study and enhance the coherence of Wikipedia, or, in other words, to improve hypertext navigation between articles. The project deals with deadends, isolated articles, non-categorized articles, transitivity of the category tree, etc.
We want to work with your language version, but we need MediaWiki:Disambiguationspage for it. Is it possible to configure it for our usage?
thanks in advance, Lvova 14:22, 10 İyun 2010 (UTC)
müzakirə Sortilegus (müzakirə • töhfələr • statistikalar)un müzakirə səhifəsindən köçürülmüşdür
Xoş gördük, həmkar.
Mən bu Kənd Meydanındakı şəkillə bağlı yazıram. Bəlkə onu dəyişək? Bir, iki fikrim var.. Hesab edirəm ki, tam adına uyğun olmamalıdır. Yəni həqiqətən kənddən olan şəkil olmasa da olar. Adi kafe və ya parlament tipli şəkillər də yerləşdirmək olar. Məsələn gürcü vikipediyasında çox qəşəng ediblər. Fikriniz? --Proger danış 12:27, 18 İyun 2010 (UTC)
Salam. "Kənd meydanı" ifadəsi əslində boş-boşuna seçilməyib. Kəndlərdə adətən kənd camaatı belə meydanlara toplaşıb kəndin həyatındakı vacib yenilikləri müzakirə edirlər, bəzən qeybət qılırlar:) Ad bununla assosiasiya olunur. Buna uyğun bir şəkil tapmalıyıq. Parlament şəklini necə qoyaq ora? Onda gərək bölmənin adını "Parlament tribunası"na dəyişək:) Mən bir vaxtlar nə qədər axtardım uyğun şəkil tapa bilmədim, hətta kənd meydanında da istifadəçilərə müraciət etdim, heç kimdən səs çıxmadı. --Sortilegus 12:39, 18 İyun 2010 (UTC)
Yox. -- Cekli829 18:05, 18 iyun 2010 (Cek vaxtı ilə)
Bununla bağlı qərar vermək üçün gərək müzakirələri elə Kənd meydanının özündə aparaq, vikicəmiyyət fikrini bildirsin.--Sortilegus 13:08, 18 İyun 2010 (UTC)
Qarşıyam. Heç bizim milıətin nümayəndələrinə oxşamır. Başqa bir şey tapmaq lazımdır. --Proger danış 13:29, 18 İyun 2010 (UTC)
Bəs bunlar necə?
--MrArifnajafov 14:04, 18 İyun 2010 (UTC)
Mən şəkili necə təsəvvür edirəm onu deyim. Bu hansısa rəssamın çəkdiyi tablo ola bilər. Tabloda meydandır - bir tərəfdə lap tutaq ki saqqallı-saqqalsız kişilər oturub söhbət edirlər, kimlərsə (tutaq ki, gənclər və ya qadınlar) meydanda o tərəf-bu tərəfə gəzirlər. Lap prinsipcə atlı araba, nə bilim daha nələrsə də ola bilər tabloda:) Hansısa rəssamın belə bir tablosunu nə vaxtsa görmüşəm, yadıma sala bilmirəm. Hər halda bu mənim fantaziyamdır:) Daha maraqlı təkliflər də ola bilər.--Sortilegus 14:10, 18 İyun 2010 (UTC)
Zordur :). Amma bu vəziyyətdə yox... Belə bir şey, amma daha real olsaydı... :) --Proger danış 14:28, 18 İyun 2010 (UTC)
--Pərviz 15:21, 18 İyun 2010 (UTC)
Şəkillərə baxdıqca, rəhmətlik Baba Pünhanın "Təxmis"inin son hissəsi yadıma düşür :) :
Edəməm tərk, Füzuli, Bakının bulvarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
--Vago 15:25, 18 İyun 2010 (UTC)
Mənim köhnə şəkil xoşuma gəlirdi (qız bulaq başında). Bəlkə mən bir az konservatoram, amma o şəkil bir sənət əsəri idi, bu şəkillər isə yumuşaq desək, tamam başqa stildir. --Ira 04:11, 19 İyun 2010 (UTC)
Salamlar məndə bir neçə könə Bakı şəkilləri var, bilmirəm yarayar ya yox, özünüz baxın. --sefer azeri 16:24, 20 İyun 2010 (UTC)
<gallery>Şəkil:Köhnə Bakı.jpg Şəkil:Köhnə Bakı 1.jpg Şəkil:Maiden Tower OLD.jpg Şəkil:Köhnə Bakı 3.jpg Şəkil:Köhnə Bakı 4.jpg Şəkil:Köhnə Bakı 5.jpg </gallery>
Görünür düz yerinə heç bir variant gəlmir. Ancaq hesab edirəm ki, hazırki o "ikon" fason şeydənsə "Miniatür" daha göz oxşayır. Bəlkə daha uyğun variant tapılmayanadək ondan istifadə edək? --Proger danış 11:21, 28 İyun 2010 (UTC)