![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Xoş gördük hörmətli vikipediaçılar. http://az.wikipedia.org/wiki/?q=Ateizm səhifəsini redaktə edərək təkminləşdirməyə çalışıram. Qərəzli redaktələrlə geri qaytarıb bərbad hala salırlar. İndi qərəzli redaktələrə görə bağlanıb. Bura dini saytdır? Mənim redaktələrimə baxın və indiki redaktəyə baxın. Hansı qərəzlidir? Siz dindarsınıza məqalələr din çərçivəsində yaradılmalıdır? Əsas ingilis dilindən tərcümələr edirəm. Xahiş edirəm aydınlıq gətirin. — Bu imzasız yazı Mesimov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Ümumiyyətlə "qərəzli redaktə"yə bağlanıb. redaktəyə bağlanmağın özü qərəzli deyil cənab adminlər? İndiki məqalənin xarici keçidləri "İnsana heyvan deyən ateizm" bu necə düzgün mənbədir? Məqalənin dili bərbad ola bilər, vaxt ayırıb düzəltməyə təkminləşdirməyə çalışıram. — Bu imzasız yazı Mesimov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Hörmətli admin Ateizm səhifəsi müzakirəyə açıq deyil. Mətni təkminləşdirdikdən sonra necə yerləşdirəcəm?
Salam. Mən burada bir məqalə oxudum. Evtanaziya adlanır. Bu məqalədə son iki bölmədə obyektiv yox subyektiv fikir ön plana açıq-aşkar çıxardırılıb. Bu nə dərəcədə düzgündür? Məqalədə subyektiv fikir əlavə etmək vikipediyanın prinsiplərinə zidd deyilmi? --RM-WaRRioR (talk) 20:28, 1 mart 2012 (UTC)
Baskervill - Bunu anlayıram. Amma bu o demək deyil ki, məsəlçün Real ilə bağlı məqalədə Barselonaya qərəzli münasibət bəslənməlidir. Bu misaldır. Bu məqalədə son iki bölməni oxusaz anlayarsınız ki, subyektiv fikir öndədir. Obyektiv yox. --RM-WaRRioR (talk) 10:51, 2 mart 2012 (UTC)
Məndə bunu anlayıram. Vikipediya elə bir məkandır ki, burada bir şəxs ən nifrət etdiyi şəxs barədə belə məqalə yaza bilər. Hal-hazırda Azvikidə 84.929 məqalə var. Təbii ki, bütün bu məqalərin hamısını oxumaq və hansının subyektiv hansının obyektiv olmasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən əgər siz haradasa bir mənalı fikir ilə qarşılaşmısınızsa, zəhmət olmasa bunu özünüz aradan qaldırın. Hörmətlə--Baskervill 11:17, 2 mart 2012 (UTC)
Oldu! Anladım.--RM-WaRRioR (talk) 07:59, 3 mart 2012 (UTC)
AzVikidə bir çox təşkilatlar "terror təşkilatı" kimi səciyyələndirilir. Ancaq hamı tərəfindən qəbul olunan belə bir kriteriya yoxdur. Biri üçün terror təşkilatı olan digəri üçün deyil. Bu səbəbdən Vikipediya müəyyən bir kriteriya əsas götürülməlidir, məsələn, “Azərbaycan dövlətinin terror təşkilatı elan etdiyi təşkilatlar”, “ABŞ-nin terror təşkilatı elan etdiyi təşkilatlar” və s... Ən azı ümumi şəkildə “Terror təşkilatı elan edilmiş təşkilatlar” şəklində olmalıdır. Neytrallığı qorumaq üçün bu çox vacibdir, biri üçün Hizbullah terrorçu təşkilatdır digəri üçün FBI --Melikov Memmed⇒email 09:11, 3 mart 2012 (UTC)
Vikipediyanın xanım istifadəçilərini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm! →Vago ms 14:09, 7 mart 2012 (UTC)
Vikipediyamızda fəaliyyət göstərən bütün qadınları təbrik edirəm. --Babək Akifoğlu 14:44, 8 mart 2012 (UTC)
Salam. Mən dünən Azərbaycanda Müxalifət adlı məqaləmi bitirmişəm. Mən bu məqaləni yaxşı məqaləyə namizədliyin irəli sürmək istəyirəm. Lakin mən məqalənin adını Vikipediya:Yaxşı məqalə namizədlərinə yığanda yeni səhifə açılır. Mən başa düşmədim o səhifəyə nə yazmaq lazımdır. Xshiş edirəm kömək edə bilən varsa məni başa salsın. --GER 10:48, 8 mart 2012 (UTC)
Bu günləri ikinci dəfədir ki, "Vikipediya:Günün seçilmiş şəkli" bölməsində problem yaranıb. 8 mart tarixində bölməyə əlavə edilməli olan şəkil əlavə edilməyib və Ana Səhifədə böyük bir boşluq yaranıb. Mən müdaxilə etmək istədim, ancaq mənim bu sahədə fəaliyyətimə icazə olmadığı barədə yazı çıxdı. Zəhmət olmasa bu bölməni diqqətə saxlayın və şəkilləri bir az çox (təxminən 10 - 15) əlavə edin ki, ən azı 2 həftə şəkilləri əlavə etmək lazım olmasın. Hörmətlə--Baskervill 11:01, 8 mart 2012 (UTC)
Yaxın vaxtlarda (təxminən 7 gün ərzində) Azvikidə yeni iki bölmə fəaliyyətə başlayacaq. Bunlar (Vikipediya:Seçilmiş portallar) və (Vikipediya:Seçilmiş siyahılar) bölmələridir. Əvvəlcə hər bir bölmə ücün ayrı-ayrı laboratoriya yaratmaq barədə fikir olsada, sonradan bütün məqalələri vahid laboratoriyada birləşdirmək barədə razılaşma oldu. Yeni bu iki lahiyənin yaradılmasına böyük ehtiyac var. Azvikidə son dövrlər potensial seçilmiş portallar yaranıb. Məsələn Yaponiya, Qədim Yunanıstan, Almaniya, Fransa və digər portalları göstərmək olar. Eyni aktivliyi siyahılarada şamil etmək istərdim. Belə ki, Vikipediya:Laboratoriyaya namizəd siyahısında olan siyahıların hər biri seçilmiş olmağa layiqdir. Mənim sözüm bu qədər. Sadəcə Azvikinin aktiv istifadəçilərindən bir az daha aktivlik istərdim. Əlimizdə bütün məmulatlar varsa, bu işi qısa zamanda həll etmək lazımdır. Hörmətlə--Baskervill 19:51, 9 mart 2012 (UTC)
Salam, arada bəzi məqalələrdə, bəzi şəkillər görsənilmir. Ona görə mən onları yükləyirəm kompyutera, və ondan sonra yenə vikiyə, ama o fayllar yoxlamanı keçəndə problem yaranır. Nəyə görə bəzi şəkillər AzVikidə görsənilmir? Müsəl üçün bu məqalədə--Hüseynli Zeynalabdin Cavanşir oğlu (talk) 20:58, 10 mart 2012 (UTC)
olar məndə özümün yaratdığım hər hansı məqalənin yaxşı məqalələrdə namizədliyini qoyum? --Corcinya 16:22,11 mart 2011 (UTC)
məlumata görə cox sağ olun --Corcinya 16:22,13 mart 2011 (UTC)
İlaxır çərşənbəniz mübarək! Allah üzümüzə gələn ili xalqımıza əmin-amanlıq və bərəkət ili qərar versin!→Vago ms 11:52, 13 mart 2012 (UTC)
Mən də təbrik edirəm :) --Emin | mesaj 18:58, 13 mart 2012 (UTC)
Azərbaycanca Vikipediyanın tarixində növbəti əlamətdar hadisə baş vermişdir. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı 40000 həddini ötmüşdür. --►Safir yüzüklü Ceklimesaj 12:24, 15 mart 2012 (UTC)
P.S
Azvikinin Azərbaycanda necənci sırada olduğunu (daxil olma sayına görə) bilmirsiniz ki? Bunu alexadan öyrənmək olar?--Baskervill 10:08, 16 mart 2012 (UTC)
Safir yüzüklü Cekli-Sizinlə tamamilə razıyam. Bərbad təhsil sistemi nəticəsində heç kim düzgün cümlə qura bilmir. Bir cümlədə çoxlu orfoqrafik səhvlər olur. Hələ bu harasıdır. Bəzən cümlələr heç bir normaya belə tabe olmur. Bu isə gülünc vəziyyət yaradır. --RM-WaRRioR (talk) 18:01, 16 mart 2012 (UTC)
Hörmətli Sortilegus sizin söylədikləriniz şəxsən mənim üçün xoş bir arzudur. Ümüd edirəm və inanıram ki, bunu uğurla edəcəksiniz. Hər universitetdən ən azı 3 nəfəri daimi şəkildə Azvikiyə cəlb etsək belə bu bizim üçün əsil uğur olar. Bu proqram haqqında zəhmət olmasa Kənd Meydanında vaxtaşırı məlumat verərsiniz. --Baskervill 20:04, 16 mart 2012 (UTC)
Melikov Memmed - mənim rəyimi diqqətlə oxusaydınız bu fikirdə olmazdınız. Mən yazmadım ki, rus vikisi tam tərəfsizdi. Yuxarıda yazdıqlarımı bir daha oxuyun başa düşəcəksiniz. Mən dedim ki, belə fəaliyyətlərə görə tamamilə rus vikisini tərəfli adlandırmaq olmaz. Özünüz də vurğuladınız ki, bunu 2-3 muzdlu insan sırf Azərbaycana aid məqalələrdə edir. --RM-WaRRioR (talk) 13:46, 18 mart 2012 (UTC)
Novruz bayramınız mübarək! Hörmətlə--Orartu (talk) 16:54, 19 mart 2012 (UTC)
Təbrikə qoşuluram. Novruzdan – Yeni gündən başlayaraq hər birimizi öz nəfsimizə hakim edərək, kin, ədavət, həsəd, paxıllığın insanlığa zidd olan yönlərini qəlblərimizdən çıxarmağı, dostluq, qardaşlıq, ehtiram, yardımlaşma kimi insani keyfiyyətləri isə qəlbimizdə çiçəkləndirməyi Allahdan diləyirəm!→Vago ms 06:02, 20 mart 2012 (UTC)
Novruz bayramınız mübarək olsun! Belə gözəl bayramları həmişə yaxınlarınızla, doğmalarınızla bir yerdə keçirəsiniz. Süfrəniz həmişə bərəkətli olsun. Bayramınız mübarək! --Babək Akifoğlu 09:22, 20 mart 2012 (UTC)
Sizin hər birinizin bayramını təbrik edirəm. Hörmətlə --Baskervill 09:42, 20 mart 2012 (UTC)
Zəhmət olmasa, bu kateqoriyanı ya ləğv edin, ya da adını dəyişin, belə ki azərbaycan dilində belə söz yoxdur, var Qriqori təqvimi. --Hörmətlə, Aydın Məmmədov 18:57, 24 mart 2012 (UTC)
Hörmətli Aydın Məmmədov. Bu ifadənin Azərbaycan dilində sırf olaraq "Qriqori Təqvimi" kimi tərcümə olunması hansı kitabda öz əksini tapıb? Bu sualı ona görə verirəm ki, bəzi kitablarda bu Qriqorian Təqvimi kimi qeyd olunub. Məsəlçün İbad Məmmədovun "Köməkçi tarixi fənlər" adlı kitabında belə qeyd olunub. Buna baxmayaraq mən də sizin versiyanızın tərəfdarıyam. Çünki tədqiqatçı İ.Məmmədov bu kitabında demək olar ki, başdan-ayağa rus sözlərinin və terminlərinin təsiri altından çıxa bilməyib və əksər terminlər elə rus dilində səsləndiyi kimi qeyd olunub. --RM-WaRRioR (talk) 16:49, 25 mart 2012 (UTC)
Təşəkkür edirəm! ASE nədir? --RM-WaRRioR (talk) 05:29, 26 mart 2012 (UTC)
Zəhmət olmasa, bu kateqoriyanı da ya ləğv edin, ya da adını "Teymurilər sülaləsi" şəklində dəyişin, belə ki azərbaycan dilində belə termin də yoxdur, ola bilər hansısa inistitutun müəllimi belə bir termin yaratmağa cəhd edib və hansısa "elmi-məqalə"sində belə yazıb, amma biz belə şeylərə əhəmiyyət verməməliyik, biz baxmalıyıq ASE-yə və Azərbaycan tarixinə, varmı orada "Teymurlular sülaləsi"?! Bəlkə Səfəvilər sülaləsinin adını da dəyişib "Səfililər sülaləsi" qoyaq, ya Dərbəndilər sülələsinə, "Dərbəndlilər sülaləsi" deyək?! --Hörmətlə, Aydın Məmmədov 20:57, 25 mart 2012 (UTC)
Sizinlə tamamilə razıyam! Teymurlular deyilən termin yoxdur bizim dildi. Bütün kitablarda TEYMURİLƏR kimi qeyd olunub.--RM-WaRRioR (talk) 05:29, 26 mart 2012 (UTC)
Belə məsələləri Kənd meydanında yox, məqalənin müzakirə səhifəsində və ya mövzu ilə yaxından əlaqəsi olan idarəçilərin müzakirə səhifəsində müzakirəyə çıxarmaq lazımdır. Kənd meydanı Vikipediya ilə bağlı mühüm problemlərin müzakirəsi üçündür. Wertuose (talk) 07:08, 27 mart 2012 (UTC)
Salam. Hər vaxtınız xeyr. Deyə bilərsiz medalları İdarəçilər hansı kriteriyalara uyğun verirlər. Hansı medal üçün nə etmək lazımdı? və ümumiyyətlə AZ.Vikidə neçə növ medal var? --Hörmətlə, Craig Rzayev 18:17, 28 mart 2012 (UTC)
Belə hallar görəndə həqiqətən üzülürəm. Çünki məqalələrimi silən üzərlərində haqqım olan adminlər İrada və Sortilegusdur. Bir məqamı başa düşmürəm niyə bunu edirsiz? Məqalələrin silinməsi üçün ümumi qərar qəbul edilməyibsə və heç kim sizə məqalələrin silinməsi üçün təzyiq göstərmirsə bu hücumlar nəyə lazım. Ona görə öz adımdan siz adminlərə-məqalələrimi silən adminlərə haqqımı halal etmirəm. Əlinizdən gələni edin.
--Vüsal Ağayev (talk) 17:22, 29 mart 2012 (UTC)
İdarəçilərdən xahiş edirəm ki, Vüsalın məqalələrinə toxunmasınlar. Çünki əvvəla silməklə heç bir şey qazanmırıq. İtiririk ancaq. İkincisi də, onun hər məqaləsi Azərbaycan kinosu portalını təşkil edir. Bu məqalələr bir-birilə sıx bağlıdır. Əgər biri olmasa əlaqə qırılır. Qırmızı keçidlər çoxalır. Ən azı Vikipediyanın ən fəal üzvünə və onun buradakı yorulmaz əziyyətinə hörmətlə yanaşmalıyıq. --Babək Akifoğlu 17:48, 30 mart 2012 (UTC)
Salam. Səfəvi-Osmanlı müharibəsi (1723-1727) və Səfəvi-Osmanlı müharibəsi (1723-1732) məqalələrin məzmunu eyni olduğu üçün bu məqalələri bir sistem halına salmaq üçün müvafiq bu iş üzrə səlahiyyətli şəxslərə bu təklifləri edirəm. 1- Həmin məqalələrdən birini silmək, 2- Səfəvi-Osmanlı müharibəsi (1723-1727) məqaləsinin adını dəyişib Osmanlı-Əfqan müharibəsi qoymaq. Əlbəttə hansını münasib görsəniz..--Qara xan 00:06, 30 mart 2012 (UTC)
Salam. Azərbaycan vikipediyasında həm Xortdan həm də ki, Vampir məqaləsi eyni bir mahiyyəti izah etmək üçün yaradılıb. Amma buna baxmayaraq tamam fərqli cür yazılıblar. Həm Xortdan həm də ki, Vampir adlı məqalələrdə sol tərəflərdə başqa dillərdə Vampir məqaləsi verilib. Bu məqalələrə zəhmət olmasa baxın. İndi bunlardan hansı Vampirdi?Adı Xortdan olan yoxsa Vampir olan məqalə? Hər ikisində sol tərəfdə digər vikilərdə olan vampir məqaləsi varsa onda ya Xortdan məqaləsini ya da ki, Vampir məqaləsini silmək lazımdır. 1 məfhum barədə 2 müxtəlif məqalə ola bilməz axı.--RM-WaRRioR (talk) 15:15, 30 mart 2012 (UTC)
Məncə Xortdan məqaləsində mətni silib Vampir məqaləsinə keçid vermək daha doğru olar. yəni Vampiri saxlayaq. --Irada (talk) 15:35, 30 mart 2012 (UTC)
Mən də belə düşünürəm. Çünki Vampir məqaləsi daha genişdir. Amma Xortdan məqaləsində də maarqlı fikirlər var. Onları Vampir məqaləsinə əlavə etmək olar. --RM-WaRRioR (talk) 18:29, 30 mart 2012 (UTC)
Bəs onda nəyə görə hər iki məqalədə digər dillərdə olan Vampir məqaləsi keçidi verilib. Sizdən bir xahişim. Əvvəlcə o məqalələri oxuyun. Əgər sizin dediyiniz kimidirsə onda Xortdan məqaləsinda sol tərəfdə olan başqa dillərə olan keçidlərin hamısı silinməlidir. Çünki sol tərəfdə Xortdana aid olmayan Vampir məqalələrinin keçidləri verilib.--RM-WaRRioR (talk) 09:24, 31 mart 2012 (UTC)