![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Salam. Uzun müddətdir davam edən idarəçi-istifadəçi mübahisələrinə hamımız şahid oluruq. Və bu mübahisələr vaxtı hərə bir qaydaya istinad edir. Biri silinməli məqalə kriteriyalarını əsas gətirir, biri ensiklopedik əhəmiyyətliliyə keçid verir, biri idarəçilərin vəzifəsindən danışır. Heç kim çıxıb demir ki, vikipediyamızda yazılan qaydaladaların bir çoxu layihə halındadır. Məncə bunları müzakirə edib, son hala salaraq səsverməyə çıxarmalıyıq. Çünki qaydaları qəbul etməsək normal fəaliyyət göstərmək mümkün olmayacaq. --Aabdullayev851 (müzakirə) 22:00, 20 fevral 2016 (UTC)
Bu qaydaların sonu nə oldu? Ən önəmli qayda idarəçilərin fəaliyyəti, səlahiyyəti və onların hərəkətinə nəzarət mexanizmidir. Bu qaydalar üzərində birinci olaraq işləmək lazımdır. --Aabdullayev851 (müzakirə) 13:50, 2 mart 2016 (UTC)
Salam hörmətli Vikipediya idarəçiləri,
Mən Milli Dəstə [5] səhifəsini yaratdıqdan sonra loqonu yüklədim, ancaq loqonun lisenziyası ilə bağlı suallar yarandı və müzakirədən (ingilis dilində) sonra silindi. Mənə isə Wikimedia Commons-a yazıb, lisenziyalaşdırmaq üçün sübutedici sənədlər göndərməyi tələb etdilər. Mən isə 28 Fevral tarixində Wikimedia Commons-a məktub yazdım, ancaq cavab gəlmədi. Göndərdiyim məktub bu ünvana göndərilmişdi. [email protected] [Ticket#2016022810011205]. Uzun sözün qısası mənə loqonu yükləməkdə yardımçı olun. Loqo bizim azarkeş qrupumuza məxsusdur və biz bu loqonu tərtib etmişik. Bu barədə niyə şübhələr yarandığına hələ də təəccüb edirəm. Mümkünsə nəyi və necə edəcəyim barədə mənə kömək edərdiz. --145.120.9.204 02:16, 24 mart 2016 (UTC) --Shamil55 (müzakirə) 22:45, 25 mart 2016 (UTC)
Salam men wikipediyaya yeni qosulmusam meqale yaratmaq isteyirem lakin bacarmiram kim mene komek ede biler? Ilkin 10 (müzakirə) 18:55, 29 fevral 2016 (UTC)Ilkin
Çox sağolun təşəkkür edirəm hər birinizə
mən vikipediyada əsas çətinliyi simvollarda çəkirəm simvolların mənasını bilmirəm necə örgənə bilərəm simvolların mənasını?
Salam mən vikiyə yeni qoşulmuşam məqalə yaratmağı yaxşı bilmirəm yəni ki məqalədə sol yaxud sağ tərə şəkili necə qoyurlar? Ilkin 10 (müzakirə) 14:47, 1 mart 2016 (UTC)
şəkili necə əlavə edə bilərəm? Ilkin 10 (müzakirə) 15:37, 9 mart 2016 (UTC)
Vikipediyanın əsas qaydası olan 5 əsas prinsipin mövcud versiyasını yenilədim. Xahiş edirəm müzakirə edək. --Aabdullayev851 (müzakirə) 10:04, 3 mart 2016 (UTC)
1 həftə ərzində heç kim öz fikrini yazmadı. Səbəb nədir görəsən? Məni müzakirə etmədən dəyişiklikdə günahlandıranlar niyə əməli iş görmürlər? Öz fikrinizi niyə yazmadınız? --Aabdullayev851 (müzakirə) 21:34, 11 mart 2016 (UTC)
Seçilmiş məqalə statusu olan Mohandas Karamçand Qandi məqaləsinin adını Mahatma Qandi olaraq dəyişdirmək istəyirəm. Problem olmaz ki? --Yusif Sərrac (müzakirə) 15:31, 3 mart 2016 (UTC)
Salam. Azərbaycan Vikipediyasında olan bütün şablonların toplandığı bir başlıq var? Varsa zəhmət olmasa link atarsız. --Yusif Sərrac (müzakirə) 21:46, 4 mart 2016 (UTC)
Salam mən film kateqoriyası üzrə məqalə yaratmaq istəyirəm lakin anlayışım yoxdur kpmək edə bilərsiz yəni belə bir şey mümkündür ki, viki mənə məqaləyə aid suallar versin məsələn serialın çıxdğı tarix getdiyi kanal nə qədər getdiyi zaman kimi suallar versin mənə məndə suallara cavab və məqalə yaransın bele bir şey mümkündür? Ilkin 10 (müzakirə) 16:25, 7 mart 2016 (UTC)
Fərid bəy çox sağolun təşəkkür edirəm bağışlayın birdə mən şəkili necə yükləyə bilərəm? Ilkin 10 (müzakirə) 04:33, 8 mart 2016 (UTC)
Salam mən vikiyə şəkil yükləyirəm lakin silinir müəllifi özüm deyiləm o zaman müəllif kimi qeyd edim? Ilkin 10 (müzakirə) 15:31, 15 mart 2016 (UTC)
Hello!
Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin. Təşəkkür!
The completion suggester beta feature will become the default at the first group of wikis on Thursday, 10 March. This initial rollout will start with some of the smaller wikis to ensure the change happens in an organized way. The remaining wikis will receive the update on Wednesday, 16 March. This update brings three major improvements to search. Improved search result ordering, a tolerance for a small number of spelling errors, and suggests fewer typos.
Since December 2015, 19,000 editors have already opted into the completion suggester beta feature. Contributors are encouraged to try out the feature ahead of the release. Please share any comments on the Completion Suggester discussion page in any language.
To learn more about the work of the Discovery department and other improvements to search, please check out the Wikimedia blog. Read about CirrusSearch, the MediaWiki extension that makes wiki search possible.Salam mən vikidə məqale yaratmışam lakin axtarış bölməsində məqaləni tapmaq olmur adını yazıram gəlmir googledədə məqalənin adını yazıb axtarıram oradada tapılmır bu nədən olar məqalə amma vikidə var silinməyib. Ilkin 10 (müzakirə) 15:35, 10 mart 2016 (UTC)
salam mən wikidə yeniyəm şəkil əlavə edə bilmirəm yəni vikidə məqalə yaradıram lakin məqaləyə şəkil əlavə edə bilmirəm kömək edə bilərsiz? — Bu imzasız yazı Ilkin 10 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Cox sağolun təşəkkür edirəm. Ilkin 10 (müzakirə) 14:57, 14 mart 2016 (UTC)
Salam bir məqalənin vikidə və googledə axtarış zamanı tapılması üçün nə qədər vaxt lazımdır yəni mən vikidə məqalə yaratmışam məqalənin adını vikidə axtarış bölməsinə yazıram çıxmır googledədə axtarış edirəm gəlmir məqaləinin axtarış zamanı tapılması üçün nə qədər vaxt lazımdır? Ilkin 10 (müzakirə) 14:48, 14 mart 2016 (UTC)
Çox sağolun təşəkkür edirəm Ilkin 10 (müzakirə) 16:01, 14 mart 2016 (UTC)
Salam. Daha əvvvəl də qeyd etdiyim kimi idarəçilər və istifadəçilər arasında yaranan əsas problem qanunların və qaydaların olmaması, mövcüd qanunların isə tam təkmilləşdirilməməsidir. Buna görə də qaydaların yenidən yazılmasına ehtiyac olduğunu düşünürəm. Bunu da Kənd meydanında qeyd etmişdim. İlk iş olaraq 5 əsas prinsipin redaktəsi ilə başladım. Lakin redaktə bitdikdən sonra idarəçilərdən biri bütün redaktələrimi geri qaytararaq, köhnə versiyanı bərpa etmiş və məni blokla hədələmişdir. Mən də öz yazdığım versiyanı istifadəçi səhifəmdə təkrar yazaraq yenidən müzakirəyə çıxarmaq istəyirəm. Siz istifadəçilərdən və idarəçilərdən xahiş edirəm müzakirədə aktiv iştirak edərək öz dəyərli fikirlərinizi bölüşəsiniz. Unutmayaq ki, Vikipediya heç kimin şəxsi mülkü deyil, bu ictimai bir layihədir.
Qeyd edim ki, mən təklif etdiyim versiya ingilis dilli vikipediyada olan qaydaların tərcüməsidir. Belə düşünürəm ki, bu ən mükəmməl formadır. --Aabdullayev851 (müzakirə) 13:04, 15 mart 2016 (UTC)
Aabdullayev851, səsverməni başlatdım: Vikipediya:Səsvermə/Beş əsas prinsip--Ağ iβlis (müzakirə) 16:32, 19 mart 2016 (UTC)
Mehtiyev Seymur Bəxtiyar oğlu (19.12.1984,Azərbaycan) -Uroloq-Androloq, cərrah.
Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən Dr. Seymur Mehtiyev, uroloq-androloq ixtisası üzrə çalışdıqdan sonra öz ixtisasını daha da təkmilləşdirmək üçün İstanbul Universitetinin Tibb fakultəsinin Urologiya-andrologiya kafedrasında fəaliyyət göstərmişdir.
Türkiyədə olarkən bir çox xəstəxanalarda və klinikalarda həm terapevtik, həm də ən yeni üsullarla cərrahi müdaxilələrdə yaxından iştirak etmiş və nailiyyətlər qazanmışdır.
Avropa Uroloqlar Cəmiyyətinin, Türkiyə Uroloqlar Cəmiyyətinin və Türkiyə Androloqlar Cəmiyyətinin həqiqi üzvü olan Dr. Seymur Mehtiyev İspaniya, Çexiya və Almaniya kimi ölkələrdə keçirilən elmi konfranslarda iştirak etmiş və məruzələr hazırlamışdır. 2012-ci ildə ABŞ-ın Cleveland Universitetində Endourologiya üzrə müşahidəçi olmuşdur.
Doktorluq dissertasiyası üzərində işləyir. Azərbaycan, İngilis, Türk, Rus dillərini bilir.
Dr. Seymur Mehtiyev Bakının bir neçə səhiyyə müəsisələrində çalışmış, topladığı təcrübələr sayəsində böyük nailiyyətlər qazanmışdır. Hal-hazırda fəaliyyətini Real Hospitalda uroloq-androloq cərrah, həmçinin klinikanın Baş həkimi olaraq uğurla davam etdirməkdədir.
Dr. Seymur Mehtiyev, 2015-ci ildə Fransanın məşhur Medipol Hospitalında böyrək daşlarının flexibl lazerlə müalicəsi kursunda iştirak etmiş, birbaşa canlı böyrək daşı əməliyyatlarını həyata keçirmişdir.
Bu illərdə daima Avropada beynəlxalq konqreslərdə və kurslarda iştirak edir. Qazanılan yeni təcrübəni müvəfəqiyyətlə ölkəmizdə tətbiq etməkdədir.
— Bu imzasız yazı Azərbaycan Həkimləri (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 12:52, 17 mart 2016 (UTC)
Apologies for writing in English. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
Hello Wikimedians!
The Wikipedia Library is announcing signups today for free, full-access accounts to published research as part of our Publisher Donation Program. You can sign up for access to research materials from:
Non-English
Expansions
Many other partnerships with accounts available are listed on our partners page, including Project MUSE, De Gruyter, EBSCO, Newspapers.com and British Newspaper Archive. Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team 20:30, 17 mart 2016 (UTC)
Salam mən vikidə məqalə yaratmışam indi məqalənin adını googleyə yazıb axtarıram məqalə googledə tapılmır niyə? Ilkin 10 (müzakirə) 09:16, 18 mart 2016 (UTC)
Gəl təzədən evlənək (film, 2012) Ilkin 10 (müzakirə) 09:29, 18 mart 2016 (UTC)
Yəni indi məqalədədir problem? Ilkin 10 (müzakirə) 09:52, 18 mart 2016 (UTC)
Cox sağolun Ilkin 10 (müzakirə) 15:49, 18 mart 2016 (UTC)
Burada (Kateqoriya:Vikianbara yüklənməli fayllar) 300-ə qədər şəkil var ki, vikianbara yüklənməlidir. Bunun daha asan yolunu bilən varmı? Bir vaxt Samral, Cekli829 elə mən də bir az yüklədik Commonsa. Amma o üsul vaxtı çox alır. Asan yolu olsa əla olardı. --Araz Yaquboglu (müzakirə) 05:02, 19 mart 2016 (UTC)
Salam! Mən sualı Vikikitabın Kənd Meydanında da yazmışam, sadəcə, düşünürəm ki, burada da yazsam daha tez cavab alaram. İngiliscə Vikikitabda Vikiuşaq layihəsi var. Bu layihədə də Food Alphabet adlı bölmə var. Mən də Azərbaycanca Vikikitabda bu bölməni yaratmaq istəyirəm. Amma adı necə olsun? Məncə Ərzaq Əlifbası daha məqsədəuyğundur. IBAnk (müzakirə) 15:05, 19 mart 2016 (UTC)
Salam. Bütün vikipediyaçıları 2 önəmli səsvermədə iştiraka dəvət edirəm.
Səsvermələr bu 2 qayda haqqındadır.
1-Qeyd:Bu səsverməyə Arbitraj Komitəsi şablonunda da göstərilən Arbitraj Komitəsi qaydasının bütün alt başlıqları (AK-ya müraciət, AK-ya müraciət forması, AK-ya təqdim edilmiş ərizələr, AK-nın qərarları, AK-da dayandırılmış ərizələr və AK-nın seçilmə qaydaları) da daxildir.--samral müzakirə 20:29, 23 mart 2016 (UTC)
Ana Səhifə sözü düzgün deyil. Bizim dildə daha çox Əsas Səhifə sözü işlənir. Ana Səhifə sözü isə daha çox Türkiyə türkçəsində "Ana Sayfa" formasında işlənir.--samral müzakirə 18:49, 25 mart 2016 (UTC)
Samral, açdığın müzakirəyə heç bir zərurət yoxdur. "Səhifə" sözündəki "S" hərfinin böyük deyil, kiçik ("s") yazılması ilə bağlı müzakirə açsaydın daha yaxşı olardı. --►Asiya səfiri Cekli 19:52, 25 mart 2016 (UTC)
Artıq bir həftədən çoxdur ki, Kənd meydanında azvikinin idarəçiləri bir qrup qərəzli istifadəçi tərəfindən müzakirəyə çıxarılıb. Onların kimliyini də mən araşdırdım – yarısı indi də bloklu olan istifadəçilərdir.Müzakirələri buradadır. Burada və kənd meydanında yazılan şərhlərdən də qərəz tam aydın görünür – “məni bloklayıb”, “mən etdiyim redaktəni geri qaytarıb”, “mənim məqaləmi silib” və s. “mənim... mənim”. Təbii ki, bütün bunlar idarəçilərin səlahiyyətlərinə daxil olan şeylərdir və hər geri qaytarılan redaktəyə görə, hər silinən məqaləyə görə idarəçiyə qarşı belə kin və qərəz bəsləmək yəqin ki, bir bizim bəzi azviki istifadəçilərinin xüsusiyyətidir. Bu müzakirənin digər bir neqativ tərəfi bu bir qrup istifadəçinin dəstəsindən olmayan digər istifadəçiləri də müzakirəyə cəlb etmək, onları da nə vaxtsa hansısa məqaləsi silinibsə, hansısa redaktəsi geri qaytarılıbsa – bunları xatırlatdırıb idarəçilərlə qarşı-qarşıya qoymaqdır. Belə müzakirə təşkil edən istifadəçilər getsinlər görüm ingilis vikipediyasında 1200 idarəçinin, ya rus vikipediyasında 80 idarəçinin birdən bu cür müzakirəsini keçirdə bilərlərmi? Dərhal ömürlük bloklanarlaq. Bu məsələnin təşkilatçıları da təbii ki, bloklanacaqlar, çoxu onsuz da dediyim kimi blokludurlar. Digər bir arqumentləri isə metadan onlara belə bir müzakirənin keçirilməsinin və Arbitraj komitəsinin dərhal yaradılmasının tövsiyə olunduğunu söyləmələridir. Ona görə də Arbitrajla bağlı qanunu tələm-tələsik öz təşəbbüsləri ilə səsverməyə də çıxarıblar. Metadan onlara bu tövsiyə verən şəxsin kimliyi də araşdırılır. Və ümumiyyətlə belə bir tövsiyə olub, ya olmayıb o da araşdırılır. İndilik Kənd meydanındakı müzakirə səhifədən qaldırılır, təftiş edəndən sonra isə Arbitrajla bağlı səsvermə də böyük ehtimal ki, dayandırılacaq. Hörmətlə: --Sortilegus (müzakirə) 09:03, 27 mart 2016 (UTC)
Hörmətli Sortilegus. Siz müzakirəyə ehtiyac olmadığını burada göstərməliydiniz. Artıq gecdir. Müzakirənin keçirilməsi barədə qərar qəbul olunub. Bunun qarşsını almaq istiqamətində son redaktələriniz və yazdıqlarınız qeyri-qanunidir. Əminəm ki müxtəlif vasitələrlə bunların qarşısı alınacaqdır. Yeri gəlmişkən, sizin fikrinizi də bilmək istəyirəm. Müzakirəyə ehtiyac olmadığını vurğulamaqla nə vəd edirsiniz? Ədaləti təmin edə biləcəksinizmi? Şikayətlərə baxılmasını və vikipediya qaydalarına uyğun qərarların qəbul edilməsinə boyun olursuzmu? Heç nə etmək fikrində də deyilsiz, sadəcə ədalət tələb edənlərə hədə-qorxu gəlməkdən başqa. — Bu imzasız yazı 185.30.91.202 (m) tərəfindən əlavə edilib; 19:34, 27 mart 2016 (UTC)
Salam. Bu müzakirəni mən açmışdım. Metaya edilən müraciətdən sonra Vikimediya Fondundan e-mail gəldi. Düşünürəm ki, digər istifadəçilərə də bu tip e-mail gəlib. Orada cavablandırmağımızı istədikləri bəzi sullar var idi. Bu suallara cavab verdikdən qısa bir müddət sonra isə aşağıdakı məzmunda ikinci mətn gəldi :
Hi,
I’d like to thank you again for providing your insights on the recent situation on the Azerbaijani Wikipedia. This email is sent in BCC to all users responded to my questionnaire sent in early March.
After a thorough investigation by the support and safety team at the Wikimedia Foundation, we understand that the current major issues on the Azerbaijani Wikipedia are as follows :
User concerns of admin rights abuse by a few admins, most notably by User:Sefer_azeri. Lack of local community policies that regulate admins’ work, or admins’ decision appeal process.
We understand the need for a harmonious, peaceful community in order to create a productive editing environment. However for both legal and ethical reasons the WMF strives to limit office actions to cases of obvious harm to an individual user's personal safety or where we're legally required to intervene.
As the above prescribed issues do not rise to the level that WMF can take office actions, we urge the Azerbaijani community to come together in order to resolve those issues internally and with the help of the global community on meta.
Meanwhile, we recommend the following prioritization as a guideline to what needs to be done as a resolution roadmap : Desysop of rights-abusive admins, most notably User:Sefer_azeri if judged appropriate If you believe that a user's rights need to be removed, this should probably happen first to allow for a clean slate. Requests to remove user’s rights can be made on meta. To request the removal of another user's permissions, you must gain consensus on the local wiki first. When there is community consensus that the user's access should be removed, a trusted user from that wiki should provide a link to the discussion on the steward's request page, a brief explanation of the reason for the request, and a summary of the results of discussion. In order to create consensus, we recommend starting a specific topic on the local village square on Azerbaijani Wikipedia. The discussion should include links that demonstrate the admin rights abuse. The topic should be opened for discussion and vote for a few days before submitting the request to the steward page on meta. Set-up policies to regulate admins’ work Activate the ArbCom and/or draft and put major policies into effect
In order to simplify the process, we will be happy to provide ideas based on existing policies or the experiences of other communities on steps 2 & 3 once the community is done with dealing with step 1 or decides not to pursue that action. We believe that this is a complex issue, and looking at the resolution systematically as a step-by-step process is an essential element to make progress.
Please let us know if you have any questions.
Best regards, -- Haitham Shammaa Senior Strategist Wikimedia Foundation
Imagine a world in which every single human being can freely share in the sum of all knowledge. Click the "edit" button now, and help us make it a reality!
Bu məktub əsasında mən də lazımı işləri görməyə başladım. Bunun sizi niyə narahat etdiyini bilmirəm amma kütləvi olaraq müzakirəni silmənizin səbəbini bilmək istərdim. Hörmətlə Aabdullayev851 (müzakirə) 07:25, 30 mart 2016 (UTC).
İndi keçək mənim suallarıma. Xahiş edirəm aşağıdakı suallara cavab verəsiniz :
Hörmətlə Aabdullayev851 (müzakirə) 04:17, 31 mart 2016 (UTC)
Xahiş edirəm bu mövzuda öz fikrinizi bildirəsiniz. Bu Vikipediyanın ən əhməiyyətli qaydasıdır. Bunun müzakirəsində və səsverməsində hamımız aktiv iştirak etməliyik. --Aabdullayev851 (müzakirə) 08:11, 30 mart 2016 (UTC)
Hörmətli Aabdullayev851. Bu istiqamətdə fəaliyyətiniz təqdirəlayiqdir. Amma nəzərə alın ki, vikipediyada bu "Beş sütun"dan başqa istənilən qayda səsvermə ilə qəbul edilir. Bu "Beş sütun" isə dəyişməzdir. İngiliscə və rusca mətnin həcmində fərq ola bilər, amma məzmunu eynidir, məzmununda heç bir fərq yoxdur. İntervikilərdə "Beş sütun"ları bir-bir açıb baxın. Görün hansı səsvermə ilə qəbul olunub?! Mənə elə gəlir ki, bizdəki "5 sütun" 2 variantda ola bilər: Ruscadan tərcümə, və ingiliscədən tərcümə. Əslində biz bunlardan birini rəsmən seçməliyik. 185.40.35.29 12:21, 30 mart 2016 (UTC)
Əziz Vikipediya idarəçi və istifadəçiləri! Hazırda laboratoriyalarda gedən səsvermədə müxtəlif IP-lərdən daxil olub və idarəçilərin bütün bloklamalarına baxmayaraq yenidən qəsdən destruktor fəaliyyəti ilə məşğul olan A. Məmmədovun qarşısı nəyə görə alınmır? Məncə bu istifadəçi nəhayət özünə hesabat verməlidir. Məncə bütün bu qanunlardankənar hərəkətlər hər kəsi bezdiribdir. Təklif edirəm bütün laboratoriya səhifələrini IP-lərdən mühafizə edək, yəni onsuzda laboratoriyalarda ancaq avtotəsdiqlənmiş istifadəçilər səsvermə hüququna malikdirdirlər. Bura IP-lərdən daxil olan anonimlər əsasən vandalizmlə məşğuldurlar, məncə nəhayət bir tədbir görülməlidir. Çünki A.Məmmədov kimi insanlar hələ də buradan rəsmi şəkildə uzaqlaşdırıldıqlarını anlamaq iqtidarında deyillər. Yəni Aydının nə vaxtsa burada yenidən fəaliyyət göstərmə ehtimalı 0 bərabərdir. Ancaq o müxtləif kompüterlərdən daxil olub, buranın stabilliyinə təhlükə törədir. İdarəçilərdən bu məsələ ilə bağlı yekdil qərar bildirmələrini xahiş edirəm. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 15:57, 30 mart 2016 (UTC)