![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Dünən cənab Aydinsalis-in 50 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edirəm və həm öz, həm də ki, Azviki ilə bağlı olan işlərində uğurlar arzu edirəm. Aydinsalis Azvikinin inkişafı üçün əlindən gələni etməyə çalışan bir şəxsdir. Xüsusilə onun şablonlara işləmək bacarığını qeyd etmək istərdim ki, bir çoxlarımız şablonların dilini heç elə bilmirik. Geçikmiş təbrikə görə üzürlü sayın, dünən yazmağa imkanım olmadı. Yubiley yaşınız bir daha mübarək.--BaskervillDe gəlsin ! 07:31, 1 mart 2017 (UTC)
Düşünürəm ki, "Mövzulu ay" layihəsini AzVikinin brendinə çevirmək lazımdır. Elə etmək lazımdır ki, daha çox istifadəçi bu layihəyə maraq göstərsin. Təbii ki, bunun üçün mükafatlandırma mexanizmini təkmilləşdirmək lazımdır. Amma ilk növbədə Qiymətləndirmə Komissiyası öz işini operativ olaraq vaxtında və ədalətli görməlidir. Çünki faktiki olaraq Qiymətləndirmə Komissiyasının üzvləri demək olar ki, fəaliyyətsizlik nümayiş etdirir, nəticədə də üsula uyğunsuzluq və ədalətsizlik halları fərqli formatda inkişaf edir. Məsələn, bunun müəyyən nüanslarını Qolcomaqla apardığım müzakirədə görə bilərsiniz. Ona görə də bütün aktiv iştirakçıları bu mövzu ətrafında ciddi müzakirələrə dəvət edərəm. --►Cekli səkkiz yüz iyirmi doqquz 05:25, 6 mart 2017 (UTC)
Vikipediyada yaratdığım Paris orta əsrlərdə və Müqəddəs Ştefan kafedralı məqalələrinin gözdən əlil insanlar üçün səsli versiyalarını yaratmaqda yardımçı ola bilərsiniz? Bir il öncə məhz məqalələri oxumağa çətinlik çəkən insanlar üçün xüsusi Vikilayihə olan "Danışan Vikipediya"-nı yaratdım və bizim Vikipediyadakı iştirakçıların bu layihəyə maraq göstərəcəklərini ümid etdim. Təəssüf ki, bizim Vikipediyada hər bir layihənin populyarlığı bir müddətdən sonra sıfıra enir. Ona görə də istərdim ki, bu iki məqaləni səsli etməkdə yardımçı olasınız. Düşünürəm ki, Vikipediyanın gözdən əlil insanlar tərəfindən də məlumatlanabiləcək bir məkana çevrilməsi üçün yardım əlinizi əsirgəməyəcəksiniz. --Farid Aliyev (müzakirə) 12:28, 8 mart 2017 (UTC)
10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. --BaskervillDe gəlsin ! 08:20, 9 mart 2017 (UTC)
Note: Apologies for cross-posting and sending in English. This message is available for translation on Meta-Wiki.
As we mentioned last month, the Wikimedia movement is beginning a movement-wide strategy discussion, a process which will run throughout 2017. This movement strategy discussion will focus on the future of our movement: where we want to go together, and what we want to achieve.
Regular updates are being sent to the Wikimedia-l mailing list, and posted on Meta-Wiki. Each month, we are sending overviews of these updates to this page as well. Sign up to receive future announcements and monthly highlights of strategy updates on your user talk page.
Here is a overview of the updates that have been sent since our message last month:
More information about the movement strategy is available on the Meta-Wiki 2017 Wikimedia movement strategy portal.
Posted by MediaWiki message delivery on behalf of the Wikimedia Foundation, 19:43, 9 mart 2017 (UTC) • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin • Get help
Dear Wikimedians/Wikipedians:
Today we are starting a broad discussion to define Wikimedia's future role in the world and develop a collaborative strategy to fulfill that role. You are warmly invited to join the conversation.
There are many ways to participate, by joining an existing conversation or starting your own:
Track A (organized groups): Discussions with your affiliate, committee or other organized group (these are groups that support the Wikimedia movement).
Track B (individual contributors): On Meta or your local language or project wiki.
This is the first of three conversations, and it will run between now and April 15. The purpose of cycle 1 is to discuss the future of the movement and generate major themes around potential directions. What do we want to build or achieve together over the next 15 years?
We welcome you, as we create this conversation together, and look forward to broad and diverse participation from all parts of our movement.
Sincerely,
Nicole Ebber (Track A Lead), Jaime Anstee (Track B Lead), & the engagement support teams05:09, 18 mart 2017 (UTC)
Azvikidə xeyli kobud səhvlərə də yol verilib. Bildiyiniz kimi bu bir ensiklopediyadır və buradakı məqalələr əlifbada olan hərflərlə başlamalıdır. Lakin səhvən, hökmdarlar haqqında məqalələr, məsələn «I Şah Abbas», «II Şah Abbas» adlı məqalələr var. Bu belə olmalı deyil, məqalə adlarında titullar və nömrələr hökmdarın adından sonra yazılmalıdır. Məsələn, « Abbas I », «Abbas II». Bütün dünyada və Milli Ensiklopediyada və ASE-də də belədirsə, biz də belə etməliyik. Burada da "b" variantından söhbət gedə bilməz. Lakin bunları qayda şəklində hazırlayan qurum bizdə yoxdur. Arbitraj Komitəsi olsaydı bu qaydaları hazırlayıb səsverməyə çıxarardı. Ona görə əvvəlcə AK-nin səsverməsi bərpa edilməlidir. Nə qədər ki o yoxdur, biz boş-boş müzakirələr aparmış oluruq. Çünki sonda qərar qəbul edilmir, müzakirələr nəticəsiz qalır. Bildiyiniz kimi xeyli müddət əvvəl Arbitraj Komitəsi layihəsinin səsverməsi əsassız və qaydalara zidd olaraq dayandırılmışdır. halbuki bu layihə neçə illər ərzində kifayət qədər təcrübəli istifadəçilər tərəfindən hazırlanmışdı. Bəzi istifədəçilər elə hesab edirlər AK onlara qarşı yaradılır. Əslində isə bu heç kimə qarşı deyil, azvikinin inkişafı üçündür. Bizdə əksər istifadəçilər müzakirələrə qatılmırlar, müzakirələr isə əksər halda nəticəsiz qalır, çünki qərar qəbul edilmir. AK-si isə istənilən problemin həlli üzrə qərar qəbul etmək səlahiyyətində olan və qərar qəbul etmək təyinatında olan orqandır. Odur ki AK layihəsinin səsverməsinin bərpa edilməsini təklif edirəm. Aydın Məmmədov (müzakirə) 15:38, 23 mart 2017 (UTC)
Aydinsalis, mən aktiv istifadəçi sayı qeyd etmişəm, məqalə sayı yox. Rum rəqəmləri ilə hərflərin yaratdığı problemin həlli ilk növbədə texniki məsələdir. Şəxsən bunu həll etmək üçün hansı mexanizmin vacib olduğunu mən bilmirəm və bu məsələ indi mənim üçün heç prioritet də deyil. Bu sahədə maraqlı olan istifadəçilər özləri nəsə edə bilərlər. Tarixi dövlətlərimizin adları ilə bağlı məsələləri isə tarixçilərimizin və dilçilərimizin birlikdə həll etmələrinin düzgün olduğu qənaətindəyəm. Gördüyünüz kimi hər iki halda AK-ya ehtiyac yoxdur. Belə problemləri istənilər aktiv istifadəçilər müzakirə edərək həll edə bilərlər. Ona görə də lazımsız mövzuları gündəmə gətirib istifadəçilərin diqqətini əhəmiyyətsiz müzakirələrə yönəltməyinizi çox səmərəsiz fəaliyyət hesab edirəm. --►Cekli səkkiz yüz iyirmi doqquz 14:30, 24 mart 2017 (UTC)
Samral, tarixşünaslıqda Əhəmənilərdən Pəhləvilərə kimi İran ərazisində mövcüd olmuş bütün sülalələri bir xanədan hesab edən və qırılmaz (davamlı) Pers hakimiyyətini əsaslandıran (baxmayaraq ki, hakimiyyətdə olan sülalələrin əksəri etnik baxımdan pers deyildi) bir baxış var. Həmin baxışa görə Bütün bu sülalələr Böyük İran ərazisində hakimiyyəti davam etdirmiş sülalələr olmuşdur. Belə ardıcıllığı göstərmək üçün Böyük İran tarixi şablonu yaradıb həmin dövlətlər haqqında olan məqalələrə əlavə edə bilərsiz, müvafiq kateqoriyaları yarada bilərsiz, İran şahənşahlarının siyahısını yarada bilərsiz və sair. Hörmətlə --sefer azeri 05:54, 30 mart 2017 (UTC)
Hökmdarlar haqqında məqalələrin adlarına gəldikdə isə, təəssüf ki hələlik irəli sürülən təkliflər mübahisəlidir. Biz ya ensiklopedik ənənələri tətbiq etməliyik, ya da... Ensiklopedik ənənə odur ki, bu kateqoriyalı məqalələrin adlarında titul addan əvvəl yazılmır, nömrə addan sonra əlavə edir. Mahiyyəti isə mən başa düşdüyümə görə, məqalənin hökmdarın adının birinci hərfi ilə başlaması üçündür. Bu azərbaycanca ensiklopedik ənənədir. Ya bunu qəbul edək, ya da öz bildiyimiz kimi yazaq. Bütün dünyada və azərbaycanca ensiklopediyalarda məqalə adı olacaq Abbas I, biz yazacağıq I Şah Abbas, bütün dünya yazacaq İsgəndər, biz yazacağıq Makedoniyalı İsgəndər. Hamı yazacaq Məhəmməd, biz yazacağıq Məhəmməd peyğəmbər. Mən təklif edirəm ki soyadlarının addan əvvəl yazılması istisna olmaqla, hökmdarlar haqqında və digər şəxslər haqqında məqalələrin adları ASE və AME-də olduğu kimi olsun. Bu təklifim qəbul olunarsa, mübahisələr aradan qalxacaq, qəbul olunmasa, davam edəcək. Biri Şah Abbası titulla yazacaq, o biri titulsuz, biri İsgəndər yazacaq, başqası Makedoniyalı İsgəndər, boş yerə müzakirələr, vaxt itkisi. Aydın Məmmədov (müzakirə) 09:51, 30 mart 2017 (UTC)
Hörmətli həmkarlar,
Bu bəyanatımla bu gündən etibarən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvü olmadığımı bəyan edirəm. Buna səbəb dünən Kənd meydanında Sortilegusla olan yazışmalarımdır. Belə ki, gec də olsa xəbər tutdum ki, müvafiq qrupun yaradılması prosesində iştirak etsək də, Sortilegus və Wertuose qrupun qeydiyyatı üçün müraciət edərkən bizim onlara olan etimadımızdan sui-istifadə edərək, təsisçi kimi yalnız öz adlarını qeyd etdiriblər. Şəxsən mən bunu bizə qarşı ədalətsizlik hesab edirəm. Belə hərəkət qrupun fəaliyyətinin şəffaflığını təmin etmir. Qrupla bağlı strateji qərarların qəbulu zamanı digər üzvlərin hüquqlarını məhdudlaşdırır, onları kənarda saxlayır. Bir sözlə qrup onun yaradılması prosesində iştirak edən və sonradan ona üzv qismində qoşulan istifadəçilərin ümumi maraqlarına uyğun deyil, yalnız iki şəxsin marağına uyğun fəaliyyət göstərir. Ona görə də qrupdan ayrılmağımı məqsədəuyğun hesab edirəm.
Hamıya hörmətlə, --►Cekli829 12:12, 30 mart 2017 (UTC)