![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Hörmətli istifadəçilər, bu siyahıya diqqət yetirin. İstifadəçilərin adları "E" hərfinfən başlayır. Bu problemi aradan qaldırın, məndə fevral ayı üçün olan nəticələri yerləşdirim. CalalC99 (mesaj) 12:04, 2 mart 2019 (UTC)
Salam hörmətli istifadəçilər və idarəçilər. Bu şablona diqqət yetirmənizi xahiş edirəm. Bu şablonun hal-hazırda olan versiyasında olan məlumatlara diqqət yetirin, daha sonra isə hələ tamamlanması qismət olmayan bu versiyaya diqqət yetirin və müqayisə edin. Həmin şablonu yenidən qurduğun zaman, NMW03 bütün dəyişmələrimi geri aldı və şablonun əvvəl olan versiyasına qaytardı və bunu standart versiya adlandırdı. Mən bunun standrat versiya olduğunu bilirəm. Amma bu tip standrat versiyalar digər dövlətlər üçün tətbiq olunmalıdır. Misal üçün Lesoto, Tuvalu və ya nə bilim Malta olsun və s. Amma Rusiya tipdə dövlətin, Kanada, Birləşmiş Ştatlar tipdə dövlətlərin həmin standart şablona ehtiyyac yoxdur. Onlara daha geniş şablon lazımdır. Eyni ilə Latviya üçün geniş şablon lazımdır. İndi isə siz standart tipdə olan şablonu və mənim hazırladığım, hələ tamamlanması qismət olmayan şablonu müqayisə edin və bu məsələnin həllində mənə yardım edin. CalalC99 (mesaj) 20:06, 8 mart 2019 (UTC)
Hörmətli idarəçilər və istifadəçilər. NMW03, Latviya Prezidenti məqaləsində etdiyim dəyişmələri ciddi əsas olmadan geri qalır. Mən, misal üçün bu sözləri götürəcəm: "Latviyanın Riqa şəhərində" sözlərinə [[]] əlavə etsəm, bu alınar: "Latviyanın Riqa şəhərində". ın və ə hərfləri nəzərə alınmadı. Bu problem olmasın deyə, sözləri ümumi [[]]-yə götürdüm və belə alındı: Latviyanın Riqa şəhərində. Bu versiyanın normal olduğunu düşünürəm. NMW03 isə dirəşir mənimlə. Mən deyən yox, o deyən olsun. Niyə? Özüdə mənə izahda vermir. Elə öz bildiyini edir. Bu mesaja isə diqqət yetirin. Mənə hədə qorxu gəlir və məni özbaşınalığda ittiham edir. Əslində mən onu özbaşınalığda ittiham etməliyəm, amma eləmirəm. Bura yazmağı düşünmürdüm, istəmirəm bu mini hadisə, geniş miqyas alsın. Sadəcə onun etdiyi hörmətsizli olaraq hesab edirəm və buna son qoymasını tələb edirəm. Heç bir əsas göstərmədən, dəyişmə müharibəsi aparır. CalalC99 (mesaj) 13:06, 9 mart 2019 (UTC)
Salam. Metaya azviki üçün “importer” hüququ almaq üçün müraciət etmişdim. Amma metada ilk öncə azviki üçün “Import” funksiyasını aktivləşdirmək lazım olduğunu dedilər. Bu funksiyanı aktivləşdirmək üçün phabricatora müraciət edilməlidi. Amma phabricator müraciətləri konsensus ilə həll edir. Zəhmət olmasa səsvermədə/müzakirədə iştirak edin: Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Sultan11, Wertuose, White Demon, Samral, Wikipediya M, Sefer azeri, Namikilisu, Masalli qasimli, Turkmen, Drabdullayev17, Aykhan Zayedzadeh, CalalC99.--NMW03 (müzakirə) 17:29, 10 mart 2019 (UTC)
Salam, EuroFantasy Flaqifikasiya/Makedoniyanı müzakirəsiz Şimali Makedoniya etdiyindən, bütün Makedoniya bayrağı olan yerlərdə səhv var. Kim bunu həll edə bilər ki, həm köhnə variant olsun, həm indi ki.--Azerifactory (müzakirə) 10:13, 12 mart 2019 (UTC)
Hörmətli vikicəmiyyət, bildiyiniz kimi dəyərli idarəçimiz Turkmenin təşəbbüsü ilə Vikixəbərin incubatordan çıxarılaması və azad fəaliyyətə başlanması üçün addımlar atılmışdır. Hazırda isə layihənin azad şəkildə fəaliyyətə başlaması üçün bir neçə kiçik şərt qalıb ki, May ayına qədər onlar həll olunsa layihə müstəqil fəaliyyətə başlayacaq. İlk olaraq VikiXəbərdə aktiv istifadəçilərin sayı bir qədər artmalıdır. Yaxın bir ay ərzində ən azı 10 nəfər ara sıra orada fəal olsa çox yaxşı olar. İkinci əsas məsələ isə translatewiki.netdə MediaWiki core hissəsində təxinən 1400-ə yaxın tərcümə olunmayan mesaj var. May ayına qədər bunlar tərcümə olunsa layihənin azad şəkildə fəaliyyəti üçün heç bir maneə qalmayacaq. Bu qədər görülən işdən sonra bir buna görə layihə işıq üzü görməsə, çəkilən əziyyət boşa getmiş olar. İngiliscə müəyyən qədər biliyi olan və bir qədər də boş vaxt ayıra bilən bir neçə könüllü bu işi qısa zamanda həll edər fikrimcə. Mövzu ilə bağlı istənilən sualınızı bu başlıq altında qeyd edə bilərsiniz. Hörmətlə --eldarado ✉ 18:42, 12 mart 2019 (UTC)
Hello Wikimedians!
The Wikipedia Library is announcing signups today for free, full-access, accounts to published research as part of our Publisher Donation Program. You can sign up for new accounts and research materials on the Library Card platform:
Many other partnerships with accounts available are listed on our partners page, including Baylor University Press, Taylor & Francis, Cairn, Annual Reviews and Bloomsbury. You can request new partnerships on our Suggestions page.
Do better research and help expand the use of high quality references across Wikipedia projects: sign up today!
--The Wikipedia Library Team 17:40, 13 mart 2019 (UTC)
Salam. Bu fotonun arxa fonunu svg formatda edə bilərsiniz? Yəni, arxa fonu ağ rəngdə olmasın. CalalC99 (mesaj) 17:38, 15 mart 2019 (UTC)
Bildirirəm ki bundan əvvəl Ayan Bəkirov istifadəçi adı ilə qeydiyyatdan keçmişdim. Məqsədim Vikipediyada fəaliyyət göstərmək, səhvləri düzəltmək olub. lakin düzəltdiyim səhvlərin hamısı geri qaytarılıb. özümü isə blokladılar. Guya ki adım arvad adıdır. Bu adamlara nə qədər suallar versəm də heç biri cavab vermədi. Hər bi vətəndaşın vikipediyada fəaliyyət göstərmək hüququ var. Ona görə yeni hasab açdım və vikipediyaya fəaliyyətimi davam etdirmək qərarına gəldim. Mən əgər ziyannlı fəaliyyət göstərmişəmsə, yendən bloklaya bilərsiniz. İndi bir sualım var, Anar kerimxanova, bu xəbərdarlığıma niyə cavab vermir? Anar kerimxanov etdiyi hərəkətə cavab verə bilmirsə, həmin hərəkəti niyə edir? Səhv etdiyini başa düşürsə, niyə səhvini düzəltmir? Mənim istədiyim yalnız budur, başqa bir şey istəmirəm və ümumiyyətlə burada bundan sonra heç fəaliyyət göstərməyəcəyəm, ən azından ona görə ki burada idarəçilər mənim fəaliyyətimə imkan vermirlər. Hörmətlə, Ayxan Bəkirov (müzakirə) 12:12, 19 mart 2019 (UTC)
Bildiyiniz kimi, Astananın adı Nursultan olub amma məqalənin adını dəyişməkdən əvvəl, məncə hələ gözləmək lazımdır.--Azerifactory (müzakirə) 04:27, 21 mart 2019 (UTC)
Salam. Hörmətli vikipediyaçılar, bildiyiniz kimi bir müddət əvvəl İdarəçilərin və bürokratların seçilməsi qaydalarında dəyişiklik edilməsi ilə bağlı iki təklif irəli sürülmüşdü və burada (Kənd meydanında) müzakirə olunmuşdu. Təkliflərin biri ilə vikicəmiyyətin böyük bir qismi razı olmasa da digər təklifi dəstəkləyənlərin sayı az deyildi. Ona görə də həmin dəyişiklik ilə bağlı səsverməyə start verirəm. Özünü azviki cəmiyyətinin üzvü sayan hər kəsi səsverməyə dəvət edirəm. Hörmətlə --eldarado ✉ 08:26, 22 mart 2019 (UTC)
Salam hörmətli istifadəçilər. AzViKi-də hal-hazırda dörd status mövcuddur. "Seçilmiş məqalə", "Seçilmiş siyahı", "Seçilmiş portal" və "Yaxşı məqalə". Rus dilli ViKipediya-də, o cümlədən bir-sıra digər ViKipediyalarda isə daha bir status mövcuddur. Rus dilində adı belədir: "Добротное статья". Azərbaycan dilində tərcümə etsəm, "Qənaətbəxş məqalə" statusu olacaq. Azərbaycan dilli ViKipediyadada belə bir statusun mövcud olmasına ehtiyyac varmı və əgər varsa, həmin status yaradılmalıdırmı? Həmin statusun yaradılması, məncə AzViKi-yə olan maraqı artırar. Siz necə düşünürsünüz? CalalC99 (mesaj) 17:14, 22 mart 2019 (UTC)
Bayaq təsadüfən bu səhifəyə baxırdım. Əvvəla mövzulu ay planının elə də kamil olmadığını gördüm, ikincisi də böyük ehtimalla həm bu səbəblə, həm də VikiBahar-la eyni vaxta düşdüyünə görə bu mövzulu ayın zəif baş tutduğunu düşünürəm. Ona görə də təklif edirəm ki, bu mövzulu ayın planı təkmilləşdirilsin və növbəti aylardan birində yenidən keçirilsin. Mövzulu ayların mövzusununun harada, necə və kimlər tərəfindən müəyyən edildiyini dəqiq bilmədiyim üçün təklifimi bura yazdım.--samral müzakirə 17:50, 22 mart 2019 (UTC)
Hörmətli vikipediyaçılar. Dünya Şahmat Federasiyası(FİDE) tərəfindən şahmatçılara təqdim olunan titulların bizim dildə tərcüməsində bəzi yanlışlıqların olduğunu düşünürəm. Belə ki, FİDE tərəfindən tədqim olunan 4 açıq titul və 4 qadınlar üçün nəzərdə tutulmuş titul mövcuddur. Buradan ətraflı məlumat toplaya bilərsiniz. Lakin bizim mənbələrdə açıq titullar kişilər üçün nəzərdə tutulmuş titul kimi qeyd olunur və eyni zamanda azvikidə olan məqalələrdə də. Misal üçün:Sarasadat Xademəlşəriyə və Günay Məmmədzadə məqalələrində qadınlara kişilər arasında beynəlxalq usta titulunun verildiyi qeyd olunub. Bəzi etibarlı Azərbaycan və Rusdilli mənbələrdə də bu cür tərcümə olunmasına baxmayaraq bunun yanlış olduğunu düşünürəm. Çünki FİDE titullarında belə bir cümlə var: Though the open FIDE titles are not gender-segregated, the following four titles given by FIDE are exclusive to women and may be held simultaneously with an open title. Buradan aydın olur ki, açıq titullarda cinsiyyət ayrı seçkiliyi edilmir. Yəni bu titul kişilər üçün deyil ümumi açıq tituldur. Sizin də fikirlərinizi bilmək maraqlı olardı, lütfən mövzuya fikir bildirməmişdən əvvəl burada baş tutmuş müzakirəni də oxuyun. Hörmətlə --eldarado ✉ 15:23, 23 mart 2019 (UTC)
Nazim Əhmədli - təsadüfən qarşıma çıxdı. Ensiklopedikdirmi? -- Hüseynzadə (müzakirə) 19:58, 23 mart 2019 (UTC)
Salam əziz həmkarlar! Keçən il iyununda müzakirə ilə belə bir qərar müzakirə edilmişdir ki, xüsusi olmayan tarixlərə məqalə daxilində daxili keçid verilməsin, fəqət görürəm ki, bu qaydaya çox az istifadəçi riayət edir. Ona görə də bu qaydanın Eldarado tərəfindən irəli sürülmüş variantının qəbul edilməsi və müəyyən təlimat səhifələrindən birinə yerləşdirilməsi barədə səsvermə keçirmək qərarına gəldim. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 23:14, 24 mart 2019 (UTC)
Lehinə: --Babayevv (müzakirə) 13:39, 26 mart 2019 (UTC)
Fəzazaman, yoxsa fəza-zaman? Rus dilli vikipediyada defislə yazılıb. -- Hüseynzadə (müzakirə) 19:48, 25 mart 2019 (UTC)
Salam, yoldaşlar. Az əvvəl Şəms Pəhləvi haqqında məqalə yaratdım. Məqalənin şablon hissəsində vəfat səbəbi və peşəsi bölmələrinə heç nə əlavə etməyimə baxmayaraq, ölüm səbəbi kimi xərçəng, peşəsi kimi isə aristocrat olduğu yazısı görünür. Belə başa düşdüm ki, hansısa yoldaş şəxs şablonunun anasını müsbət mənada ağladıb.. Sizcə bunun səbəbi nədir ?--Baskervill müzakirə 06:34, 26 mart 2019 (UTC)
Salam hörmətli Baskervill. Düzəliş etdim. Şablon Vikidata ilə çalışdığı üçün avtomatik azvikidə olmayan məlumatları Vikidatadan ixrac edir. Lazımsız məlumatları sizdə Vikidata üzərindən çıxarsaz avtomatik məqalədən də çıxacaq. Uğurlar.--Turkmen müzakirə 07:22, 26 mart 2019 (UTC)
Ay Baskervill, sən bunu yazanda mən hələ yuxuda idim :) Artıq digər həmkarlarım kifayət qədər münasibət bildiriblər. Əlavə şərhim yoxdur. --►Cekli829 09:37, 26 mart 2019 (UTC)
Salam həmkarlar. Vikidatada sizdə problem var? Dil keçidləri əlavə etmək olmur. Məsələn: bunu Con Dyui ilə bağlamaq alınmır. --Araz Yaquboglu (müzakirə) 07:54, 28 mart 2019 (UTC)
Hamıyam salam. Mən təklif etmək istərdim ki, Ana səhifədə olan günün seçilmiş şəkili bölməsi ləğv edilsin. Başqa vikipediyalardan örnəklər vermək istəmirəm, sadəcə bunun bəzi səbəblərini izah etmək istərdim. Əvvəlcə onu deyim ki, seçilmiş məqalə, yaxşı məqalə, seçilmiş siyahını viki cəmiyyət seçir, xəbərlər və bilirsinizmi bölməsini də fəal istifadəçilər yazır, ancaq şəkilləri biz yox, commons təyin edir. 4-5 il bundan əvvəl şəkillər səsvermə yolu ilə seçilmiş statusu vermək söhbəti bizdə də vardı, sonradan ləğv olundu. Əsas məsələ isə ölçülərlə bağlıdır. 2 gündən bir gələn fotonun ölçüsü böyük olduğundan sağ tərəfdə boşluq yaranır və bu çox pis görüntü verir. --Baskervill (müzakirə) 15:33, 28 mart 2019 (UTC)