![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müraciət etmək istəyirsinizsə, əsas səhifədən istifadə edə bilərsiniz. |
Vikipediya:Həftənin Layihəsini açmış bulunmaktayım.türkçe viki için hayati bir önem taşıyan Vikipediya:Həftənin Layihəsi'nin azerice için hayırtlı olmasını umuyorum. en çok katkı yapan için bu ödülü hazırladım.iyi çalışmalar.--Uannis 15:44, 3 May 2007 (UTC)
Bir iki məqaləmiz var ki, onlar tez-tez anonim istifadəçilər tərəfindən vandallığa məruz qalır. Mən bu cür məqalələrin redaktə edilməsinin anonim istifadəçilər üçün bağlamağımızın (mühafizə) tərəfdarıyam. Bu cür məqalələrdən bir neçəsi:
Bu siyahını genişləndirə də bilərik --A_M_D m-f 14:50, 4 May 2007 (UTC)
Səsvermənin nəticəsinə görə təklif qəbul olunmuşdur. --TimBitsتِمبِتس 05:03, 17 May 2007 (UTC)
İstifadəçilərin səsvermə hüquqları barədə
İndiyə qədər hansı istifadəçilərin səsvermə hüququnun olub-olmadığı barədə ortaq alınmış qərar olmadiığı üçün bu səsvermə başladılır. Bu səsvermə yekunlaşana qədər yuxarıdakı idarəçi seçkisi və müzakirələrin dayandırılması xahiş olunur. Səsvermə 1 həftə müddətində aparilacaq və 17 may günü yekunlaşacaq.
Səsvermə hüququ ilə bağlı təklif:
1. Azərbaycan Vikipediyasındakı səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər.
2. Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərdən ən azı biri yerinə yetirilməlidir:
Qeyd: İstifadəçi səhifəsi, istifadəçi müzakirəsi və kiçik redaktələrin sayı yuxarıda göstərilən minimum redaktə sayının yarısından az olmalıdır. Qeyd 2: İstisna hal kimi cari səsvermədə səsvermənin elan edilməsindən əvvəl qeydiyyatdan keçmiş bütün istifadəçilər iştirak edə bilər.
Səsvərmə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burda iki hal istisnadır:
1)İdarəçi seçkisində idarəçi namizədinin ən azı 10 səs alması və istifadəçiyə qarşı səsverənlərin sayı ümumi səsverənlərin (Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir) 1/3-ni keçməməlidir. Əks halda istifadəçi seçilməmiş sayılır. İstifadəçi səsvermənin sonunda sadə çoxluq ilə irəlidə olarsa səsvermə müddəti bir dəfə artırılır və istifadəçi artırılmış vaxtda lazımi miqdarda səs ala bilməmişsə uduzmuş hesab edilir. Həmçinin hər bir istifadəçi 3 dəfə idarəçi seçiminə namizədliyini irəli sürə bilər. İdarəçi seçilmiş və sonradan üzürlü səbəblərdən bu statusdan çıxmış şəxslər həmçinin namizədliyini 3 dəfə verə bilər.
2)Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).
Bütün səsvermələr mövzudan asılı olaraq 1 həftə, 15 gün və ya 1 ay müddətinə keçirilir. Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər.
Yuxaridaki reqemler mentiqli arqumentler gosterilimsse ve bu barede konsensus varsa deyise biler. 3 ay olmasinin sebebi oldur ki, muddetle yanasi redakte sayi serti de var. 2 ay muddetde 200 redakte ise aya ortalama 100 redakte edir, bu ise normal istifadecinin redakte seyindan daha coxdur mence. Ona gore de, 200 redaktenin normal seraitde 3 aya edile bileceyini hesab etmek mentiqli olardi. Bundan elave bu muddeti gozlemek istemeyen istifadeci 600 redakte ederek de bu haqqa sahib ola biler. Bu reqem cox gorune biler amma burda meqsed istifadecinin ancaq sesverme haqqi ala bilmek ucun redakte etmesinin qarsininin alinmasidir. --TimBitsتِمبِتس 12:16, 10 May 2007 (UTC)
Birinci mesele ile bagli teklifinizi ireli sure bilersiniz. Menim aglima indi bir sey gelmir. Ikincisi ise eger meslehetdirse onda 2/3 qaydasini idareci secmine de tetbiq etmek olar. --TimBitsتِمبِتس 12:18, 10 May 2007 (UTC)
Mən indi bunları əvvəlki mətnə əlavə etsəm düzgün çıxmaz. Artıq bu mətnə səs verənlər var, bunu sonradan səsə qoyarıq. İstifadəçinin namizədliyini irəli sürməsi barədə təklifim təxminən belədir:
İdarəçi seçimi haqqında :
Əlavə məsələlərdə çıxa bilər. Bunların hamısını müzakirə edib əlavə səsverməyə çıxardarıq--A_M_D m-f 17:30, 10 May 2007 (UTC)
Her nuansi sesvermeye qoymaga ehtiyac yoxdur. Eslinde muzakirerlerle gelinen konsensus hemise daha yaxsidir. Sesverme en sonda kecirilmelidir. Bele ki, mence yuxarida surulen teklifler meqbuldur, sesverme neticesinde alinan qerara gore hazirlanacaq prinsipe elave ederek gelecekde tetbiq etmek olar. --TimBitsتِمبِتس 20:05, 10 May 2007 (UTC)
Etiraz edən yoxsa belə bir cümlədə artırardım- Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir. Səs verə bilməyəcəklərini bilə-bilə səs verib hissə etibarilə qarşı çıxanları sayını azalda bilərlər.--A_M_D m-f 20:21, 12 May 2007 (UTC)
DİQQƏT: Yuxarıda yazılanları müzakirə etdik və buna uyğun olaraq Vikipediya:Seçkilər məqaləsi yaradıldı. Bu məqalə 17 iyuna (Bakı vaxtı ilə) çox az qalmasını və səsverənlərin bu qanunları dəstəklədiklərini nəzərə alınıb yaradılmışdır. Həmçinin idarəçi olmaq istəyən şəxs üçün minimum tələbləridə yazdım. Buna da bir nəzər salsanız sevinərəm. şərtləri buna əsasən yazdım:
Burdan reyinizi bildirin. --TimBitsتِمبِتس 05:09, 10 May 2007 (UTC)