Son xəbərlər
Son xəbərlər

Labubunun yaradıcısı 38 yaşında dünyanın ən varlı 100 adamı sırasına daxil oldu

Labubunun yaradıcısı 38 yaşında dünyanın ən varlı 100 adamı sırasına daxil olduLabubu kuklalarının yaradıcısı Vanq Ninq 38 yaşında planetin ən zəngin 100 adamı sırasına daxil olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onun aktivlərinin ümumi məbləğinin 26,5 milyard dollar olduğu bildirilir. Ninq siyahıda "Lukoil"in səhmdarı Vahid Ələkbərov və "PayPal"ın təsisçisi Peter Tieli geridə qoyub. Cəmi bir il ərzində labubunun yaradıcısının sərvəti 20 milyard dollar artıb.

Bundan əvvəl "Pop Mart" şirkəti labubu kuklalarının mini versiyalarını buraxdığını elan etmişdi. Şirkət özünün ən məşhur labubu kuklalarının mini versiyalarını satışa çıxardığını elan etdikdən sonra birjada səhmləri bahalaşıb. Baş direktor bildirib ki, yeni mini-labubu telefonlar üçün aksesuarlar formatında hazırlanacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 524   Tarix: 28 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife