Son xəbərlər
Son xəbərlər

Bu ərazi plana düşdü: Evlər söküləcək - Sakinlərə kompensasiya veriləcək

Bu ərazi plana düşdü: Evlər söküləcək - Sakinlərə kompensasiya veriləcəkBakının Yasamal rayonunda yeni söküntü prosesi həyata keçiriləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Yasamal rayonunda yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Hazırda həmin ərazilərdə inventarizasiya işləri aparılır. Bu proses tamamlandıqdan sonra söküləcək evlərin dəqiq sayı açıqlanacaq.

Planlaşdırmaya əsasən, söküntü işləri mərhələli şəkildə icra ediləcək. Əmlakı söküləcək sakinlərə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Lakin evlərin dəyəri fərqli olduğundan, bu məbləğin daha yüksək olması istisna edilmir. Kompensasiyanın dəqiq həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11888   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife