Son xəbərlər
Son xəbərlər

Quyu cinayətii ilə bağlı detallar üzə çıxdı! 2 nəfər həbs edildi

Quyu cinayətii ilə bağlı detallar üzə çıxdı! 2 nəfər həbs edildiİstanbulun Fatih rayonunda inşaat materialları və qum satışı ilə məşğul olan bir müəssisənin quyusunda tapılan meyitlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Cibali küçəsində qeydə alınıb. Ərazidən gələn pis qoxu səbəbindən sakinlər polisə məlumat verib. Hadisə yerinə gələn polis və xilasedicilər müəssisəyə məxsus quyuda kişi meyiti aşkarlayıb. Araşdırmalar nəticəsində meyitin bir müddətdir itkin düşən 43 yaşlı Sedat Dereliyə aid olduğu müəyyən edilib. Meyit dalğıc-xilasetmə qrupu tərəfindən quyudan çıxarılaraq ekspertiza üçün Ədliyyə Tibb İnstitutuna təhvil verilib.

Faktla bağlı müəssisənin sahibi Şaban K. və oğlu Aydın Cem K. saxlanılıb. İstintaq zamanı Aydın Cem K. ifadəsində bildirib ki, Sedat Dereli silah almaq üçün ondan kömək istəyib. O, 10 min lirəyə tapança aldığını və hadisə günü mağazaya çağırdığı Sedata silahı göstərərkən silahın təsadüfən atəş açdığını, nəticədə Derelinin başından vurularaq yerə yıxıldığını söyləyib.

Saxlanılan ata və oğul məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 513   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife