Son xəbərlər
Son xəbərlər

Qayınata kürəkənini güllələyərək öldürüb

Qayınata kürəkənini güllələyərək öldürübAksarayda qayınata kürəkənini güllələyərək öldürüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə mərkəzi rayonun Böyük Bölcək məhəlləsində baş verib. Məlumata görə, 59 yaşlı Yılmaz A., təxminən 3 ildir boşanma ərəfəsində olan qızını davamlı olaraq narahat edən kürəkəni Uğur Denizi dəfələrlə şikayət etməsinə baxmayaraq, təzyiqlərin dayanmadığını bildirib. Dünən axşam saatlarında isə 38 yaşlı Uğur Deniz yenidən qayınatasının evinin önünə gələrək qışqırmağa və həyat yoldaşına səslənməyə başlayıb.

Qayınata Yılmaz A. ilə kürəkəni arasında mübahisə yaranıb. Mübahisə davaya çevrildiyi anda keçmiş kənd icra nümayəndəsi olduğu deyilən Yılmaz A. silahını çıxararaq kürəkəninə bir daraq güllə atıb. Uğur Deniz ağır yaralanaraq yerə yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, Deniz həyatını itirib.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerində apardıqları araşdırmadan sonra mərhumun meyiti xəstəxananın morquna yerləşdirilib.

Yılmaz A. isə polis tərəfindən evində saxlanılaraq istintaqa cəlb olunub. Aksaray Rayon Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 618   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife