Son xəbərlər
Son xəbərlər

Evindəki krandan hərəkət edən qəribə canlı çıxdı - VİDEO

Evindəki krandan hərəkət edən qəribə canlı çıxdı - VİDEOTrabzonun Akçaabat rayonunda bir evin kranından çıxan sirli canlı gündəm olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə rayon sakininin evində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə krandan axan suyun içində qurdabənzər, hərəkət edən canlı olduğu görünür.

Vətəndaşın mobil telefonla çəkdiyi kadrlar qısa müddətdə sürətlə yayılaraq "Krandan nə çıxdı?" sualını gündəmə gətirib.

Məsələ ilə bağlı aidiyyəti qurumlar və mütəxəssislər araşdırmalara başlayıb. Hazırda həmin canlının nə olduğu barədə rəsmi açıqlama verilməyib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 957   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife