Son xəbərlər
Son xəbərlər

Erməni xanım konsul Azərbaycana casusluq ittihamı ilə saxlanıldı

Erməni xanım konsul Azərbaycana casusluq ittihamı ilə saxlanıldıErmənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Ermənistana qayıtdıqdan sonra "Zvarnots" hava limanında saxlanılıb.

APA xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Nəşr xanım konsulun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığını yazır.

Onun üzərində bir neçə sənəd aşkarlanıb, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterlər, sənədlər yoxlanılıb.

Hadisənin bir neçə ay əvvəl baş verdiyi, lakin böyük qalmaqala səbəb ola bilər deyə, konsulun həbsinin gizli saxlanmasına qərar verildiyi bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 477   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife