Son xəbərlər
Son xəbərlər

Sahildə kişi meyiti tapıldı

Sahildə kişi meyiti tapıldıAydının Kuşadası rayonunda sahildə kişi meyiti tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Güzelçamlı sahilində səhər saatlarında qeydə alınıb. Gəzinti edən vətəndaşlar dəniz kənarında hərəkətsiz uzanan şəxsi görərək aidiyyəti qurumlara məlumat veriblər. Əraziyə göndərilən təcili yardım briqadası həmin şəxsin artıq dünyasını dəyişdiyini müəyyən edib.

Meyitin üzərindən Mehmet Çelik adına şəxsiyyət vəsiqəsi çıxıb. Onun bədənində hər hansı kəsici və ya deşici alət izinə rast gəlinməyib. Parkinson xəstəsi olduğu deyilən Çelik’in ötən gün axşam saatlarında evdən çıxdığı, lakin bir daha geri qayıtmadığı bildirilib.

Mərhumun dəqiq ölüm səbəbi Aydın Adnan Menderes Universitetinin məhkəmə-tibbi ekspertiza mərkəzində aparılacaq otopsidən sonra məlum olacaq.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 637   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife