Son xəbərlər
Son xəbərlər

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaqAvqustun 30-da Bakıda 36, rayonlarda 38 dərəcə isti gözlənilir.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 418   Tarix: 29 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife