Son xəbərlər
Son xəbərlər

Ərini davadan ayırmaq istəyən qadın - Yaralandı

Ərini davadan ayırmaq istəyən qadın - YaralandıŞəmkirdə mübahisə edən ərini ayırmağa çalışan qadın xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib.

Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava baş verib.

Nəticədə içkinin təsiri altında olan şəxs ərini davadan ayırmaq istəyən 21 yaşlı S.O.-ya kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini 46 yaşlı A.İsmayılovun törətdiyi ehtimal olunur.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 370   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife